Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə542/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   538   539   540   541   542   543   544   545   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
454 
Ümumiyyətlə, Günəşli yatağının geoloji kəsilişində 17 horizont və MQ lay dəstələrində neft və qaz 
yığımları müəyyən edilmişdir. Neft-su və qaz-su təmasları müxtəlif dərinliklərdə ayrı-ayrı tektonik bloklarda 
mövcuddur. Yataq 1980-cı ildə istismara verilmişdir. 
Tədqiqatın birinci mərhələsində Quyu potensialı (QP) və Qamma karotaj (QK) məlumatları 
işlənmişdir. Emal prosesi zamanı ilk növbədə Günəşli X-1, Günəşli X-2, Günəşli X-3, Günəşli X-4-dən əldə 
edilmiş QK diaqramlarında parasekvenslərin sərhədlərini, transqressiya səthlərini və maksimal su basma 
səthlərini müəyyən etdik. Parasekvens sərhədləri əvvəlki çökmə parasekvensin sonunun və yenisinin 
başlanğıcını göstərir. 
Dəniz səviyyəsinin nisbi artması səbəbindən akkomodasiya məkanının yaranma sürətinin 
çöküntütoplanma sürətini aşdığı nöqtə transqressiv səth olaraq təyin olunur. Dəniz səviyyəsində artım sürəti 
yavaşladıqca, çöküntütoplanma sistemi yaşayış yerlərini çöküntülərlə doldurduğu nöqtəyə çatır. Bu sahil 
xəttinin maksimum uzanma nöqtəsi maksimal su basma səthi kimi təyin olunur.
Bu səthlərin və sərhədlərin müəyyənləşdirilməsi sonradan yuxarıda göstərilən quyuların müxtəlif 
dərinliklərində çöküntü sistem traktların növlərini müəyyənləşdirməyə imkan verir. Tədqiqatın növbəti 
mərhələsi əvvəllər müəyyən edilmiş oxşar sərhədlərin və Günəşli X-1, Günəşli X-2, Günəşli X-3 və Günəşli 
X-4 quyularının QK diaqramları ilə əlaqələndirilməsindən ibarət idi. 
Çəkilmiş korrelyasiya profillərinin təhlili dəniz səviyyəli yüksək dayaq, transgresiv sistem traktını və 
dəniz səviyyəli aşağı dayaq sistem traktını müəyyənləşdirməyə imkan verdi. Nisbi dəniz səviyyəsinin çökmə 
sürətindən daha sürətli böyüməsi dövründə inkişaf etmiş şelfdəki çöküntülər transqressiv sistem traktı olaraq 
təyin olunur. 
Aşağı dəniz səviyyəsinin aralığı aşağı dayaq, bu dövrün yataqları isə dəniz səviyyəsinin alt dayağının 
sistem traktı kimi müəyyən edilir. Nisbi dəniz səviyyəsi yavaş-yavaş artır, lakin çöküntü axını nisbətən 
yüksəkdir. Dövrə boyunca yüksək dəniz səviyyəsinin dövrü və bu dövrdə çökən qatlar, yüksək dayaqlı 
sistemlərin sistem traktı olaraq təyin edilir. Günəşli sahəsindəki Balaxanı lay dəstəsinin VII-IX 
horizontlarında tam parasekvenslərin, X horizontunda və Fasilə lay dəstəsində fərqlənərək çəkildiyi 
korrelyasiya profillərinin təhlili yalnız natamam parasekvenslərin müşahidə olunduğunu göstərir. 
Məhsuldar qatın üst şöbəsində aparılan tədqiqatlar Günəşli yatağındakı əsas karbohidrogen yığılmalarının 
Balaxanı lay dəstəsinin VII, VIII, IХ, X horizontlarında və Fasila lay dəstəsində olduğunu göstərdi. Əsas neft 
yığımlarının əsasən dəniz səviyyəsinin aşağı durum sistem traktların fasiyalarına, daha nadir hallarda isə 
transqressiv sistem traktlarına aid edildiyi aydın oldu.



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   538   539   540   541   542   543   544   545   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə