Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə539/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   535   536   537   538   539   540   541   542   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
451 
İşdə ən əsas Darvin küpəsi yatağının QGT kompleksi təhlil olunmuş, onların interpretasiya
modelləri qurulmuş, nəticədə isə müvafiq geofiziki parametrlerin qiymətləri təyin edilmişdir. Bu
qiymətlər əsasında təyin olunmuş kollektor layların məsaməlilik, gillilik əmsalları QGT- nin bir neçə
üsulu vasitəsilə qiymətləndirilmişdir.
Buna görə müxtəlif nomoqram, paletkalar, qrafiki və həmçinin də analitik ifadələrdən də istifadə 
edilmişdir. Alınan nəticələrin müqayisəsi zamanı aparılmış, müxtəlif üsullar ilə təyin olunmuş əmsalların 
qiymetlərinin uyğunlugu aşkar olunmuşdur. 
Nəticələr:
-Tədqiqat sahəsi üzrə kompleks QGT üsulları diaqramları interpretasiya olunmuş, nəticədəe QLD –də 
ümumı nişanlara görə Darvin küpəsi şərti olaraq 1 saylı quyu kəsilişi üzrə təyin edilmiş 10 kollektor 
laylardan 8-i neftli, 2-si sulu; şərti 2 saylı quyu kəsilişi üzrə təyin edilmiş 10 kollektor laydan 7-i neftli, 3-
ü sulu; şərt 3 saylı quyu üzrə 10 kollektor laydan 9-u neftli, 1-i sulu; şərti 4 saylı quyu kəsilişi üzre secilmiş 
10 kollektor laylardandan 7-si neftli, 3-ü sulu kollektor lay kimi qiymətləndirilmisdir. 
- Məsaməlik, neft-qaz doyumluluq gillilik parametrlerinin MQ-nin QLD üzrə dəyisməsini nəzərə alan 
2D və 3D fəza modelləri qurulmuşdur. 
SEYSMİK KƏŞFİYYAT VƏ QUYU MƏLUMATLARININ BİRGI İNTERPRETASİYASINA 
ƏSASINDA KOLLEKTORLARIN AYRILMASI VƏ QİYMƏTLƏNDİRİLMƏSİ 
 
Teymurlu İ. S. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail: 
iteymurovv98@gmail.com
 
 
Son illər də geofiziki məlumatların daha da dəqiq, keyfiyyətli interpretasiyası məqsədinə görə müxtəlif 
üsullar yaradılmış və tətbiq olunmuşdur. Bu üsullardan biridə quyu və seysmik kəşfiyyat məlumatlarının 
kompleks emal və interpretasiya üsuludur. Bu üsul geoloji cisimlərin daxilı qurulusu və çöküntülərin litoloji 
tərkibi barədə məlumat almağa imkan yaradır.
Tədqiqat işində məqsəd seysmik və QGT məlumatlarının birgə interpretasiyası əsasında CXÇ-nin 
Abşeron-Balxanyanı tektonik zonasının Çıraq sahəsi üzrə kollektor süxurların petrofiziki səciyyəsini
müəyyənləşdirmək və onun məhsuldarlığı haqqında məlumat əldə etməkdir.
Məlumdur ki, istənilən geofiziki parametrin iki üsulun tətbiqi əsasında öyrənilməsi zamanı bu üsullar 
arasında statistik əlaqənin öyrənilməsi muhüm məsələlərdən biri hesab olunur. 
Bu baxımdan da, tədqiqat apardığımız Çıraq strukturunun 1 saylı quyu kəsilişində seysmik ve quyu 
məlumatlarına görə əldə edilmiş, layların effektiv məsaməliyi (Km) və gilliliyi (Kg) və nisbi amplitud 
arasında korelyasiya
Əmsalı hesablanmışdır. Müəyyən olunmuşdur ki, bu parametrlər daxilində korrelyasiya əlaqəsi 
mövcuddur və effektiv məsaməliklə nisbi amplitud arasında korelyasiya əmsalı rKm, =0,83-ə, gilliliklə 
nisbi amplituda arasında korelyasiya əmsalı isə rKg, =0,79-a bərəbərdir. Bu isə korelyasiya əlaqəsi əsasında 
alınmış proqnoz dəyərləndirmələrin qənaətbəxş etibarlılığına əsas verir. 
Seysmik kəsilişin struktur formasiya modifikasiyası və QGT məlumatları əsasında alınmış qiymətlər 
müqayisə edilərək onlar arasında statistik əlaqənin mövcudluğu aşkar edilmişdir. Bu məqsədlə xüsusi 
proqramlardan istifadə etməklə, hər iki üsulla alınmış effektiv məsaməliyin ( Km, QGT, Km, sey.) və 
gilliliyin (Kg, QGT, Kg, sey.) quyu potensialının nisbi amplitudundan asılılıq qrafikləri qurulmuş, onların 
xətti reqresiya tənliyi verilmişdir. 
Bu parametrlər arasında xətti reqresiya tənliyi Km=28,087 +3,78; Kg =32,511 +43 kimi olmuşdur. Bu 
tənliyə əsasən quyu kəsilişinin digər horizont və lay dəstələri üçün tədqiq olunan Km , Kg parametrlərinin 
proqnoz qiymətininin qiymətinə əsasən hesablamaq olar.
Tədqiqat işindən belə qərara gəlmək olar ki, oxşar geoloji-geofiziki şəraitdə istənilən yatağın quyu 
kəsilişlərinin lay dəstələri Km=28,087 +3,78 və Kg =32,511 +43, 594 xətti reqressiya tənliklərindən istifadə 
etmək ilə layların effektiv məsaməliyi və gilliliyini təyin etmək olar ki, bu da əlverisli şəraitdə tədqiq olunan 
obyektin məhsuldarlılığını proqnoz etməyə imkan verir. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   535   536   537   538   539   540   541   542   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə