Ministry of education of azerbaijan republic sumgayit state university


REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFINDA AZAD İQTİSADİ ZONALARIN ROLU



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə535/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   531   532   533   534   535   536   537   538   ...   579
magistr2021 3 2

 
REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFINDA AZAD İQTİSADİ ZONALARIN ROLU 
 
Sultanova A.E. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:
 
sultanovaysel99@gmail.com 
 
Azad iqtisadi zonalar (AİZ) dedikdə ölkə ərazisində yerləşən və müxtəlif güzəştlərin tətbiq olunduğu 
ərazilər başa düşülür. AİZ-lər xüsusi rejim altında fəaliyyət göstərir və dövlət ərazisinin bir hissəsidir. Azad 
iqtisadi zonaların ərazisində məhsullar gömrük nəzarətindən azad olur və vergiyə cəlb edilmirlər. AİZ-lərin 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
448 
ərazisində ölkənin digər ərazilərində istifadə olunmayan müəyyən güzəştlər tətbiq edilir. Belə güzəştlərə 
xarici ticarətdə güzəştlər,maliyyə güzəştləri, fiskal güzəştlər, administrativ (inzibati) güzəştlər aiddir.
Xarici ticarətdə güzəştlər ixrac və idxal rüsumlarının azaldılmasını və ya tamamilə ləğvini,xarici 
ticarət proseslərinin sadələşdirilməsini nəzərdə tutur. Maliyyə güzəştləri dedikdə güzəştli dövlət kreditləri, 
torpaqlardan istifadədə icarə haqqının azaldılması, kommunal xidmətlərə aşağı qiymət qoymaq yolu ilə 
güzəştlərin tətbiqi başa düşülür.
Fiskal güzəştlərə müəyyən fəaliyyət növlərinin vergilər baxımından stimullaşdırılması aiddir. 
Administrativ və ya inzibati güzəştlər isə xarici ölkə vətəndaşlarının giriş və çıxışı prosedurlarının 
sadələşdirilməsini və müəssisələrin qeydiyyatdan keçirilməsini nəzərdə tutur. 
Azad iqtisadi zonalarda tətbiq olunan güzəştlər nəticəsində mənfəət norması 30-35%, bəzən isə daha 
artıq olur.
Müasir dünyamızda dünya dövlətləri arasında iqtisadi münasibətlər, beynəlxalq ticarət əlaqələri 
genişlənmişdir və bu proses günü-gündən daha geniş vüsət almağa başlamışdır. Həmçinin ölkələrin 
iqtisadiyyatına kapital qoyuluşunun miqdarı da xeyli artmışdır. Bütün bunların nəticəsi kimi azad iqtisadi 
zonalar (AİZ) yaradılmışdır.
İlk azad iqtisadi zonaların yaradılması 1934-cü ilə təsadüf edir. ABŞ-da yaradılmış ilk AİZ xarici 
ticarətin genişləndirilməsi və gömrük rüsumlarının azaldılması məqsədini daşıyırdı.
Azad istisadi zonaların yaradılmasında əsas məqsəd müəyyən ərazinin əlverişli coğrafi mövqeyindən 
və nəqliyyat imkanlarından səmərəli istifadə etmək, buraya investisiyaların cəlb edilməsi, əhali üçün yeni iş 
yerlərinin açılması, ölkənin inkişafdan geri qalmış bölgələrinin inkişafına təkan verməkdir.
Azad iqtisadi zonalar inkişaf etmiş ölkələrin yerləşdiyi regionlarda iqtisadi baxımdan qeyri-
bərabərliyin aradan qalxmasına kömək edir. Azad iqtisadi zonalar yalnız xarici bazara deyil, həm də daxili 
bazara xidmət göstərir. İnkişaf etməkdə olan ölkələrdə isə azad iqtisadi zonalar ölkəyə xarici investisiyaların 
cəlb olunmasına, yeni texnologiyaların mənimsənilməsinə imkan yaradır.
Azad iqtisadi zonaların yaradılması üçün daha əlverişli hesab olunan ərazilər bir qayda olaraq, xarici 
ölkələrlə sərhədyanı mövqeyə malik olur. Bu ərazilərdə dəniz ticarəti limanları və magistral nəqliyyat 
şəbəkələri (dəmiryolu, avtomobil yolu, aeroportlar) yerləşir ki, bu da həmin ərazini sənaye, elmi və mədəni 
mərkəzlərlə, həmçinin daha qiymətli təbii resursların cəmləşdiyi regionlarla birləşdirir.Azad iqtisadi zonalar 
öz ölçülərinə, orada tətbiq edilən güzəştlərin növlərinə, gömrük sərhəddinin olub-olmamasına görə müxtəlif 
cür olurlar. 
AİZ-in təşkili ölkənin xarici iqtisadi əlaqələrə təkcə istehsal yönümündən deyil, həmçinin turizm, 
mədəniyyət kimi sahələrdən qoşulmasını da təmin edir. Bütün bunlar da valyuta daxilolmalarının həcmində 
artıma səbəb olur.
Beynəlxalq şirkətlər azad iqtisadi zonaları əlverişli güzəştlər və yüksək mənfəət imkanı olaraq görür 
və bu şirkətlər istehsalı genişləndirməklə regionun davamlı iqtisadi inkişafına nail olur.
Mütəxəssislərin müşahidələrinə görə, bir çox azad iqtisadi zonalar özünəməxsus inkişaf yolu 
keçmişdir. İlkina olaraq anbar və tranzit zonalarından ixrac-istehsalat, daha sonra isə kompleks zonalara 
çevriliblər. Dünya təcrübəsi bunu deməyə əsas verir ki, ixrac zonaları olmadığı halda, ölkədən əmtəələrin və 
xidmətlərin ixracı ildə 7%, belə zonalar olduqda isə 20% artır. 
Göründüyü kimi, dünya praktikasında azad iqtisadi zonalar o məqsədlərlə yaradılır ki, bunlar həm 
zonaların özlərinin, həm də ölkənin bütün ərazisinin rifah səviyyəsinin yüksəldilməsinə yönəldilib. 
“Xüsüsi iqtisadi zonalar haqqında Azərbaycan Respublikasının qanunu” 14 aprel 2009-cu il tarixində 
qəbul olunmuşdur. Bu qanuna əsasən azad iqtisadi zonaların yaradılması üçün vacib olan infrastruktur 
(yollar, qaz, su, elektrik enerjisi və s. ) işçi qüvvəsi və digər amillər nəzərə alınmalıdır. Həmçinin AİZ-ə tələb 
olunan – azad ticarət, güzəştli gömrük, vergilərdən azad olunma, investisiyaların genişlənməsi məqsədilə 
şəraitin yaradılması üçün əsasnamə hazırlanmışdır.
Ölkəmizdə dünya standartlarına cavab verən Ələt azad iqtisadi zonanın yaradılması istiqamətində 
müəyyən işlər görülür.
Ələtin iqtisadi coğrafi mövqeyinin əlverişliliyi, dəniz sahilində yerləşməsi, ərazisinin düzənlik olması, 
paytaxta yaxın yerləşməsi və həmçinin respublikanın digər bölgəlrini birləşdirən dəmir yolu, avtomobil 
magistrallarının üzərində yerləşməsi bu ərazinin azad iqtisadi zona üşün əlverişli olmasını göstərir. Yaxın 
gələcəkdə Ələt azad iqtisadi zonasının liman, nəqliyyat qovşağı və azad ticarət zonası kimi fəaliyyət 
göstərməsi planlaşdırılır. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   531   532   533   534   535   536   537   538   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə