|
Ministry of education of azerbaijan republic sumgayit state universityAZƏRBAYCANDA TƏHLÜKƏLİ HİDROMETROLOJİ HADİSƏLƏR VƏ ONLARINmagistr2021 3 2AZƏRBAYCANDA TƏHLÜKƏLİ HİDROMETROLOJİ HADİSƏLƏR VƏ ONLARIN
TƏSƏRÜFFAT SAHƏLƏRİNƏ TƏSİRİ
Rzazadə T.Y.
Sumqayıt Dövlət Universiteti
E-mail:
Justuqay@gmail.com
Ekstremal meteoroloji hadisələrin irimiqyaslı nəticələri, quraqlıq, daşqın və meşə yanğınlarını əhatə
edir ki, bu da Azərbaycanın bütün bölgələr miqyasında əhəmiyyətli dərəcədə ziyan vurur (iqtisadi zərər də
daxil olmaqla). Lakin ümumi fonda ekstremal meteoroloji hadisələrin ziyan problemi bununla
məhdudlaşmır. Tezisdə həmçinin dağlıq ərazilərdə sel, uçqun təhlükəsi və bütün bunların insanların həyat
fəaliyyətinə, iqtisadiyyata olan təsir məsələlərinə də baxılmışdır.
Azərbaycanda böyük iqtisadi ziyana
daşqınlar (sellər), qasırğalar, külək, leysan, dolu səbəb olur.
Dağıdıcı Hidrometeoroloji hadisələr bütün dunyada olduğu kimi, Respublikamızın təsərrüfatında da
böyük problemlər yaradır. Dağıdıcı Hidrometeoroloji hadisələrin bas verməsi nəticəsində hər il ölkəmizin
iqtisadiyyatına orta hesabla 30-50 mln. dollar (ekstermal illərdə isə 50-200 mln.dollar) miqdarında zərər
dəyir və bəzən insan tələfatına da səbəb olur. İqlim dəyişmələrinin təsiri nəticəsində son 10 ildə təhlükəli
hidrometeoroloji hadisələrin təkrarlanmasının artması müəyyənləşdirilmişdir, belə ki, yalnız dasqınlar
nəticəsində respublikamızın iqtisadiyyatına təqribən 1,6 milyard manat ziyan dəymisdir ki, bunun da 66,8 %-
i 2010-cu ildə baş verən daşqınların payına düşür. Ən çox sel hadisələri Respublikanın Şəki-Zaqatala və
Naxçıvanın yüksək dağlıq ərazilərində baş verir. Respublika ərazisində yaranan sellərin 85-87%-i yağış
suları hesabına formalaşır. Son illərdə respublikamızda baş verən sellərin statistik təhlili göstərir ki, onların
70.8%-i cənub yamaclarda müşahidə edilir. Bu yamacda sellərin maksimum sayı (31.2%) may ayının payına
düşür.
|
|
|