Ministry of education of azerbaijan republic sumgayit state university



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə529/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   525   526   527   528   529   530   531   532   ...   579
magistr2021 3 2

 
Rzayev E.H. 
Bakı Dövlət Universiteti 
E-mail:
 
Elshad.rz@outlook.com 
 
Müstəqillik əldə etdikdən sonra Azərbaycanda iqtisadiyyatı daha da inkişaf etdirmək məqsədi ilə 
çoxsaylı ölkədaxili və transmilli neft-qaz kəmərləri, nəqliyyat və digər sahələrdə kommunikasiya 
layihələrinə imza atıldı. Bakı-Tbilisi-Ceyhan transmilli neft kəməri, Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzurum), 
Transanadolu(TANAP), Transadriatik (TAP) qaz kəmərləri, Bakı-Tbilisi-Qars transmilli dəmir yolu xətti, 
İpək yolu (TRANSEKA) beynəlxalq avtomobil yolları və başqa layihələr bunlara misal ola bilər.
20 sentyabr 1994-cü ildə Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti 
arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Əsrin müqaviləsi” üzrə istismara çıxarılan "Azəri-Çıraq-
Günəşli" yataqlarından neft məhsullarının dünya bazarına daşınması üçün müvafiq ötürücülük qabiliyyətinə 
malik yeni neft kəmərinin inşa edilməsi zərurəti meydana çıxdı. Artıq 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan 
transmilli neft kommunikasiya xətti fəaliyyətə başladı. Bakı-Tbilisi-Ceyhan boru xətti Azərbaycan neftinin 
Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəql edən 
kəmərdir. Azərbaycandan (443 km), Gürcüstandan (249 km) və Türkiyədən (1076 km) keçir. 
Təyinatına və istifadə məqsədindən asılı olaraq magistral xətti kəmərləri aşağıdakı növlərə ayırmaq 
olar: 
- magistral boru kəmərləri - neft, neft məhsulları, qaz, su və sairəni uzaq məsafələrə nəql etmək üçün 
nəzərdə tutulmuş tikililərdir; 
- magistral nəqliyyat xətləri - avtomobil və dəmir yolları ilə sərnişin və yüklərin daşınması üçün 
nəzərdə tutulmuş tikililərdir; 
- magistral kommunikasiya xətləri - daha geniş məzmunlu termin olub yuxarıda göstərilən xətti 
kommunikasiya xətlərini və digər növləri özündə birləşdirir; 
- transmilli kommunikasiya xətləri - iki və daha çox ölkə ərazisindən keçməklə inşa edilən 
kommunikasiya xətləridir. 
Ölkəmizin ərazisində transmilli layihələrlə yanaşı müstəqillik illərində ölkədaxili xətti kommunikasiya 
layihələri həyata keçirilmiş və keçirilməkdədir. Belə layihələr meliorasiya və su təsərrüfatı sahəsində, Kür və 
Araz çaylarının axım səviyyəsinin monitorinqi, yerquruluşu işlərində, daha böyük həcmdə nəqliyyat 
sferasında aparılır. Müstəqillik illərində “ Ölkə İqtisadiyyatının arteriya damarı nəqliyyatdır” devizi altında 
ölkəni qərb-şərq, şimal-cənub və digər istiqamətlərdə kəsib keçən beynəlxalq və respublika əhəmiyyətli 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   525   526   527   528   529   530   531   532   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə