Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə526/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   522   523   524   525   526   527   528   529   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
441 
parçalanma ehtimalı daha da artır, nəticədə daşqın və subasma hadisələrinin baş verməsinə səbəb ola bilər. 
Daşqın yaradan amillərdən biri də onun hidroloji şəraitidir. Hidroloji şəraitə çayların sululuğu, dib və asılı 
gətirmələri, səth axımı, çaylann qida mənbələri, yağıntılarla təmin olunması və s. daxildir. Çayların dəniz 
səviyyəsindən aşağıda yerləşdiyini, yatağın və çayın mənsəbinin tez-tez gətirmə və digər töküntü materiallan 
ilə dolduğunu nəzərə alsaq, daşqınların baş verməsi üçün ilkin şərait yarandığını görərik.
Daşqınların baş verməsində хагаktеrizə еdilən аmillərlə уаnaşı antropogen faktorlar da birbaşa, 
qismən də dolayı yolla iştirak edir. Belə ki, çayların mənsəb aşağı hissəsində mailiyin az olması hesabına 
deltanın lillənməsi, çaylar boyunca təbii subasarların və axmazların təyinatının dəyişməsi, onların olmaması 
və ya ləğv edilməsi, sahil mühafizə bəndlərinin torpaq və digər tez yuyulan materiallardan olması və digər 
amillər aid edilir. Çау yataqları gətirmə materialları hesabına ilbəil dolduğundan və ətrаf əraziləri 
daşqınlardan qorumaq üçün çayın hər iki sаhilləri boyu inşa edilmiş, hal-hazırda оnların inşası davam 
etdirilən torpaq bəndlərə insanlar tərəfindən уеrlərdə biganəlik, оnların уаrаrsız hala salınmasına, bəzən isə 
dağılmasına səbəb olur. Ərаzilərdə torpaq bəndlər dağıdılaraq, onlardan şəхsi təsərrüfatların torpaq sаhələrini 
suvarmaq üçün arxlar çəkilir. Çaylarda bolsululuq dövründə qeyri-qanuni çəkilən belə kanallar, аrхlаr, 
yaşayış məntəqələrini, əkin sаhələrini, suvarmа sistemlərini, yolları və s. su basması ilə nətiсələnir və daşqın 
üçün rеаl şərait уаrаnır.
Gursulu dövr və daşqınların formalaşması çayın uzunluğundan, axın sürətindən, yanlardan əsas 
çaylara olan axımdan və çaya tökülən qollardan da asılıdır. Daşqınlar qısa müddətdə çaya çoxlu miqdarda su 
kütləsinin daxil olmasından yaranır. Yaranmasında güclü yağışlar, qarın intensiv əriməsi əsas rol oynayır və 
aşağıdakı kimi xarakterizə olunur:
- Çay hövzələrində və ona yaxın ərazilədə intensiv qar əriməsindən və yağıntının həddən artıq 
düşməsindən; 
- Məcrada suyun hərəkəti və daşqın dalğasının əmələ gəlməsindən. 
Daşqının yaz və уау gursululuğundan fərqi ondadır ki, о müəyyən bir vaxtda deyil, ilin miixtəlif 
fəsillərində baş verir, ахın həcmi gursululuqdakından az оlur və nisbətən qısa müddət ərzində davam edir. 
Daşqınlar leysan yağışları və qış zamanı hаvanın mülayimləşməsi ilə əlaqədаr olaraq qarın əriməsindən və 
uzun sürən yağışlardan sonra əmələ gəlir. 
Tədqiqatlar göstərir ki, daşqın dalğasının uzunluğu o qədər böyük olur ki, qısa vaxt ərzində çay 
məcrası onu azalda bilmir. Burada suyun qaçış müddəti və ona təsir edən amillər (səviyyə, meyillik) nəzərə 
alınmalıdır. Əsas çay və onun qollarının daşqın dalğasının axın istiqamətində dəyişməsi interferensiyaya 
uğraması ilə təyin edilməlidir. Yan axıma dair məlumat olmadıqda meteoroloji amillərdən və su sərfindən də 
istifadə etmək olar. 
Bildiyimiz kimi əsas Şirvan çayları Əlicançay, Türyançay,Göyçay,Girdmançay və Ağsuçaydır. Bu 
çayların qidalanması və illik su rejimində qərbdən şərqə Ağsuçayın hövzəsinə tərəf iqlimin quraqlaşması ilə 
əlaqədar çay hövzələrinin su verimi azalır.
Şirvan çaylarının dağlıq hissədə qidalanmasında əsasən yağış və qar suları üstünlük təşkil edir. 
Acınohur alçaqdağlığına keçən ərazidə çayların qidalanmasında yeraltı suların payı üstün olub, 45-50%-dən 
çox olur. Çayların axım rejimi yaz gursululuğu və payız daşqınları olan çaylar tipinə aiddirlər. Yaz 
gursululuğu mart ayının axırında, aprel ayının əvvəlində başlanır və may-iyun aylarına kimi davam edir. 
İyun ayının axırından sentyabr ayına kimi çaylarda axımın azalma dövrü başlanır və çaylar yeraltı sularla 
qidalanmaya keçirlər. Bu dağlıq bölgədə əsas çayların sutoplayıcısı yüksəkdə yerləşir. Çay hövzələrində qış 
aylarında davamlı və qalın qar örtüyü yaranır. Bu qrupa aid olan çay hövzələrində illik yağıntıların 
paylanmasında yaz-yay maksimumu da özünü yaxşı göstərir. Qarların əriməsi ilə əlaqədar mart ayından 
başlamış çaylarda gursulu dövr başlanır. May və iyun aylarında qarın intensiv əriməsi ilə yanaşı, yağış suları 
da çaylarda su sərfinin kəskin artmasına səbəb olur. 
Əlicançayda gursulu rejim fazası martın sonundan iyuna kimi davam edir. Yaz yağışları daşqın 
formalaşdırır. Belə ki, yağış daşqınları 3 gündən 14 günədək davam edir. Ən davamiyyətli daşqın 1974-cü 
ildə 16 gün olmuşdur. Türyançay yaz-yay gursululuğu və payız daşqınına malik çaydır. Qollarında qəza sel 
daşqınları yaranır. ən güclü sellər Ağçay, Bümçay, Tikanlıçay, Dəmiraparançay da baş verir. Gursululuq 
mart ayından iyunun sonuna bəzi illərdə iyulun ortalarınadək davam edir. İyul-avqust aylarında qıtsulu rejim 
fazasıdır, lakin o yağış daşqınları ilə kəsilir. Sentaybr-noyabr aylarında çayda payız daşqınları yaranır. 
Girdmançay dağlardan çıxdıqdan sonra Qaraməryəm yaylasındа geniş gətirmə konusu əmələ gətirir və bir 
çox qollara parçalanır. Bu yaylanı yararaq altı qolla çay Şirvan düzünə çıxır. Su rejiminə görə Girdmançay 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   522   523   524   525   526   527   528   529   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə