Ministry of education of azerbaijan republic sumgayit state university



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə524/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   520   521   522   523   524   525   526   527   ...   579
magistr2021 3 2

 
 
MƏDƏN GEOFİZİKİ MƏLUMATLARI ƏSASINDA KOLLEKTORLARIN PETROFİZİKİ 
XÜSUSİYYƏTLƏRİNİ SƏCİYYƏLƏNDİRƏN MODELLƏRİN TƏRTİBİ MƏSƏLƏSİNƏ DAİR 
 
Poladxanov F.R. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail: 
farhad.poladkhanov@gmail.com
 
 
Geoloji kəsilişin müfəssəl öyrənilməsini çətinləşdirən bir sıra amillər mövcuddur ki, onlardan 
əsasları olaraq neftqaz sahələrində təzahür edən anomal yüksək geoflüidal təzyiqin inkişafını, məhsuldar 
obyektlərin yatma dərinliyinin zamanla artmasını, karbohidrogen yataqlarının istismarında qeyri-elastiki 
deformasiya proseslərinin təzahürünü, kollektor süxurlarında gil materialının artmasını, böyük dərinliklərdə 
süxurların geofiziki xarakteristikasının zəif diferensiasiya ilə səciyyələnməsini, lay sularının minerallaşma 
dərəcəsinin dərinlik üzrə azalmasını, quyularda geofiziki tədqiqat üsullarının məhdud kompleksinin tətbiqi 
və quyulardan götürülən süxur nümunələrinin azlığını qeyd etmək olar. Bu amillərin təsiri nəticəsində quyu 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
440 
geofiziki tədqiqat məlumatlarına əsasən neft-qazlılıq cəhətdən perspektivli olan geoloji obyektlərin 
tədqiqatının səmərəliliyi azalır. 
Geoloji səmərəliliyin azalmasının qarşısını almaq məqsədi ilə petrofiziki və quyu geofiziki tədqiqat 
məlumatlarına əsasən məhsuldar obyektlərin geoloji modelinin qurulması vacib məsələlərdən biri hesab 
edilir.
Petrofiziki model özündə real geoloji fəzada obyektlərin quruluşunu yüksək ehtimalla səciyyələndirən 
müxtəlif fiziki parametrlərin həcmi paylanmasını ehtifa edir. Belə model geoloji-geofiziki tədqiqat 
nəticələrinin təhlilində istifadə olunan fiziki-geoloji modelin qurulması ilə nəticələnir. Petrofiziki əlaqələrin 
modelləşdirilməsi üçün ən geniş yayılmış üsul çoxölçülü statistik approksimasiya üsuludur. 
Tədqiqat işində Bahar yatağının quyu kəsiliələrində aparılmış mədən geofiziki məlumatlar kompleksi 
ilə yanaşı, süxur nümunələrinin analizi nəticələrindən istifadə edilmişdir. Bahar yatağına dair mövcud 
geofiziki və petrofiziki, o cümlədən süxur nümunələri məlumatlarına əsasən yataq üzrə I-I profili üzərindəki 
182, 158, 178, 208, 168, 200 saylı quyulardan istifadə edilmişdir. Bu quyuların geoloji-geofiziki, petrofiziki 
xüsusiyyətlərinə əsasən geoloji model tərtib edilmişdir. Bahar strukturunun dəqiq coğrafi koordinatlarına 
əsasən SURFER proqramı vasitəsilə bu modellər rəqəm şəkilli məlumatlara çevrilmişdir. Bu modelin üst 
hissəsi Balaxanı lay dəstəsinin, alt hissəsi isə «Fasilə» lay dəstəsinin çöküntülərini əks etdirmişdir. Həmin bu 
strukturu eni və uzunluğu 100m olan kvadratlara bölünməsi PETREL proqramı vasitəsilə həyata 
keçirilmişdir. Sonra bir neçə quyuların strukturda dəqiq yerləşmə yerləri göstərilərək onların məlumatlarını 
(məsaməlik, keçiricilik, neft-qazlılıq, xüsusi müqavimət və.s) modelə daxil etməklə kvadrata daxil olan 
petrofiziki məlumatlar ümumiləşdirilərək orta qiymət alınmışdır. Daha sonra, alınmış qiymətlər bir-birinin 
arasında proqram vasitəsi ilə paylanır. Beləliklə, ayrı-ayrılıqda məsaməlilik, keçiricilik, neft-qazlılıq və
xüsusi müqavimət üçün modellər alınmışdır. Bütün bu proseslər Sequempial Qaussian simulation 
alqoritminin vasitəsi ilə reallaşdırılmışdır. 
Nəticə etibarilə, alınmış bu modellərdən tədqiqat obyekti üzrə neft-qaz ehtiyatının dəqiq 
hesablanmasında, yeni quyuların layihələndirilməsində və qazılmasında, o cümlədən istismar sxeminin 
dəqiqləşdirilməsində istifadə edilə bilər. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   520   521   522   523   524   525   526   527   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə