Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
437
Məhsuldar qatın üst şöbəsinə görə qurulmuş paloeprofilə nəzər salsaq görərik ki, bu yarıməsrdə
qırışığın inkişafı əvvəlki yarıməsrlə müqayisədə bir qədər zəif olmuş,lakin buna baxmayaraq bu dövrdə
qalxım daha iki tektonik qırılma ilə mürəkkəbləşmişdir.
Abşeron əsrinin sonuna əsasən tərtib olunmuş paleoprofilə baxdıqda üst Pliosendə qırışığın inkişafının
intensivliyi Məhsuldar qatın üst şöbəsi yarıməsri ilə müqayisədə nisbətən zəif olmuşdur.Üst pliosendə
çöküntütoplanmanın sürəti əvvəlki dövrlərdə olduğu kimi qırışığın inkişaf sürətindən çox olmuşdur.Bunun
nəticəsi olaraq üst Pliosendə çöküntülərin formalaşması layların qalınlıqlarının qanadlardan tağa doğru
getdikcə azalması ilə müşayət olunmuşdur.Beləliklə,Çilov qalxımı basılma,yəni nüvəsi gildən ibarət olan
diapir növ qırışıq kimi konsedimetasion xaraqterli inkişafı ilə səciyyələnmişdir.
Dördüncü dövrdə Çilov qalxımı daha çox intensiv inkişafı ilə səciyyələnir.Buna sübut olaraq
Dördüncü dövrədək hündürlüyü 2200 m olan Çilov qalxımı Dördüncü dövrdə əlavə olaraq 1900 m
artmışdır.Çilov qalxımının Dördüncü dövrdə bu cür sürətli inkişafı onun quruluşunun çoxsaylı qırılmalarla
mürəkkəbləşməsinə və tağ hissəsində çöküntülərin Sarmat mərtəbəsinədək dərin stratiqrafik yuyulma
prosesinə məruz qalmasına səbəb olmuşdur.Qalxımın Tağ hissəsində Sarmat mərtəbəsinin yer səthinə
çıxması səbəblərindən biri də qırışığın tağ hissəsini mürəkkəbləşdirən horst tipli qırılmalar sisteminin əmələ
gəlməsidir.
İndiyə kimi aşkarlanmış sənaye əhəmiyyətli neft-qaz ehtiyatları MQ-ın V,VII və VIII horizontlarında
cəmləşmişdir. Buna baxmayaraq, tədqiqat rayonunda hələ açılmamış karbohidrogen resursları qalır ki, bu da
Çilov sahəsinin axtarış-kəşfiyyat işlərini davam etdirməyi tələb edir.Ərazinin karbohidrogen perspektivliyi
həm işlənmədə olan strukturlarda kəşfiyyatın tam başa çatdırılması, həm də qonşu strukturlardaa axtarış-
kəşfiyyat işlərinin aparılması ilə əlaqədardır.
Dostları ilə paylaş: