Ministry of education of azerbaijan republic sumgayit state university


KARTOQRAFİK VASİTƏLƏRLƏ PRAKTİKİ İŞİN TƏŞKİLİ METODİKASI



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə516/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   512   513   514   515   516   517   518   519   ...   579
magistr2021 3 2

 
KARTOQRAFİK VASİTƏLƏRLƏ PRAKTİKİ İŞİN TƏŞKİLİ METODİKASI 
 
Məmmədova A.A. 
Sumqayıt Dövlət Universitetinin
E-mail:
 
aygun280199@gmail.com
 
 
Məşhur çex pedaqoqu Yan Amos Komenski deyirdi ki, tədris əyani olmalıdır, uşaqları sözlərlə deyil, 
əyani vasitələrlə öyrətmək lazımdır. Coğrafiyanın tədrisi dedikdə ilk yada düşən vəsaitlər-xəritə,qlobus,plan 
və digər köməkçi avadanlıqlar,alətlər başa düşülür. Coğrafiya fənni əgər təbiətdən,təbiətdə baş verən 
proseslərdən bəhs edirsə,bu fənn ilk növbədə məktəb divarları arasında keçirilməməlidir. Tədris prosesində
coğrafiyanın ikinci dili hesab olunan xəritə isə dərsliklərlə yanaşı olan informasiya mənbəyidir. Təsvir 
olunan ərazi haqqında məlumatlar – ərazinin aero və kosmik fotoçəkilişləri vasitəsilə əldə edilir və bunun 
əsasında topoqrafik xəritə tərtib olunur. Kartoqrafik informasiyalar hazırda yalnız tədris prosesinə deyil, 
gündəlik məişətə geniş daxil olmuşdur.Hər gün radio və mətbuatda minlərlə coğrafi adlardan istifadə olunur, 
beynəlxalq və daxili xəbərlərin təqdimi, kosmik gəmilərin uçuşu, tikintilər, səyahətlər, hava məlumatları 
daim müxtəlif məzmunlu xəritələrlə müşayiət edilir. Xəritə və digər kartoqrafik təsvir vasitələrindən müxtəlif 
peşə sahibləri - coğrafiyaşünaslar, mühəndislər, müəllimlər, hərbçilər, aqronomlar, kosmonavtlar, 
təyyarəçilər, geoloqlar, və gəmiçilər müəyyən qədər istifadə edir. Bunun üçün ilk növbədə xəritə və digər 
kartoqrafik təsvir vasitələrindən istifadə etmək bacarığına malik olmalıdır. Xəritə və digər kartoqrafik təsvir 
vasitələrini oxumaq, onlardan istifadə etmək bacarığı müəyyən vərdiş və hazırlıq tələb edir. Çünki xəritə 
üzərindəki məlumatlar şərti işarələrlə ikiölçülü fəzada təqdim olunur. Müasir kartoqrafiya xəritəyə real 
dünyanın şərti işarəli təsvir modeli kimi baxılır. Kartoqrafik məlumatların təyin edilməsinin onlarca üsulu 
mövcuddur. Bunlara xəritənin vizual, kartometrik, qrafik analizi aiddir. Kartoqrafik təsvirlər çoxdur. 
Coğrafiyanın tədrisində kartoqrafik vasitələrdən də geniş istifadə edilir. Onların içərisində qlobusu, relyef 
xəritələrini, profilləri və s. göstərmək olar. Coğrafiya xəritələri ilə işləmək bacarıqlarının formalaşdırılması 
coğrafiyanın təlimi prosesində xəritə üzərində işin üç mərhələsi ayrılır.

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   512   513   514   515   516   517   518   519   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə