Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə514/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   510   511   512   513   514   515   516   517   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
433 
vardır. Belə ki, Azərbaycan vezuvianlarında təkcə 5% kvars iştirak etdiyi halda, Şişim yüksəkliklərinin 
vezuvianlarında xeyli miqdarda kalsit (18%), kvars (7%) və kaolinit (5%) iştirak edirlər. Müxtəlif 
yataqlardan götürülmüş bu iki vezuvianın oksid tərkiblərində də fərqli cəhətlər müəyyən edilmişdir. Belə ki, 
Azərbaycan yatağının vezuvianları yalnız alüminium (Al
2
O
3
-16.93%) və dəmir oksidləri (Fe
2
O
3
-2.26%) ilə 
deyil, həm də qələvi metalların oksidləri ilə (Na
2
O və K
2
O) zəngindirlər. 
NAFTALAN YATAĞININ GEOLOJİ-MƏDƏN GÖSTƏRİCİLƏRİ 
 
Məmmədov E.X. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail:
 
elcan.mammadov96@mail.ru 
Azərbaycanın quru sahəsinin neft yataqları içərisində Naftalan yatağı müstəsnalıq təşkil edir. Yataq 
Gəncə şəhərindən 50km cənub-şərqdə yerləşir. Yatağın geoloji quruluşunda abşeron və ağcagil 
mərtəbələrinin, Maykop laydəstəsinin çöküntüləri iştirak edirlər. Yatağın müalicəvi nefti ağcagil 
mərtəbəsinin konqlomerat horizontu, maykop laydəstəsinin I qumlu mergel və II qumlu horizontları ilə 
əlaqədardır. Naftalan yatağının cari neftvermə əmsalı 0,18 təşkil edir 
Yataq 
Obyekt 
Orta 
dərinlik 

Neftlilik 
sahəsi, 
ha 
Effektiv 
qalınlıq, 

Məsaməlik 

Keçiricilik 
10
-3 
mkm
2
Neftin 
özlülüyü 
mPas 
Toplanmış 
hasilat 
min t 
Son 
neftlil
ik 
əmaslı 
Naftalan 
Maykop 600 
192 

22 
20 
2,2 
55 
0,10 
Muali-cəvi Maykop 450 
311 
4,7 
19 
17 
44 
19,0 
0,20 
Naftalan yatağından sonra maykop çöküntüləri ilə əlaqədar yalnız Umbakı yatağından neft alınıbdır: 
Umbakı 
Maykop 
1300 
856 
22,9 
20 
46 
30 
965 
0,20 
Müalicə nefti 450m. dərinlikdə yerləşir. Yatağın neftindən müalicə məqsədilə istifadə edilməsi hələ
XIIIəsrdə məlum idi. Tibdə terapevtik məqsədlə işlədilən və “Naftalan məlhəmi” adlanan dərmanın əsas 
hissəsini təbii Naftalan nefti təşkil edir. Ümumiyyətlə, Azərbaycanın quru sahəsində maykop çöküntülərində 
yerləşən neft yataqlarına yalnız iki yerdə rast gəlinir. Bunlardan biri də Naftalan yatağıdır. Yatağın özlülüyü 
çox yüksəkdir və Naftalanın neftinin özlülüyündən 20 dəfə yüksəkdir. Özlülüyün yüksəkliyi sıxlığın 
yüksəlməsində özünü göstərir. Naftalanın müalicəvi nefti ağır neftlər sırasına daxildir və sıxlığı 0,960q/sm
3
-ə 
çatır. Yatağın sulaşmaya məruz qalması da fərdliliyi ilə seçilir. Belə ki, sulaşma faizi Azərbaycanın bütün 
quru neft yataqları üzrə ən yüksək qiymət (97,7%) daşıyır. Azərbaycan alimləri tərəfindən Naftalan neftinin 
tədqiqinə və tətbiqinə dair onlarla elmi işlər aparılmışdır. Bunlardan biri də akademik C. Hüseynovun 
Naftalan neftindən istifadə edərək, neft qalıqları əsasında boy stimulyatorunun (neft-boy maddəsinin) əldə 
etməsidir. Hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycanda turizmin inkişafına təkan verəcək amillərdən biri 
də Naftalan neftinin yeni istifadəsinin öyrənilməsi və onun geniş tətbiqi olacaqdır.

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   510   511   512   513   514   515   516   517   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə