Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
430
Coğrafiya fənnində şagirdlərin
təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsi haqqinda biliklərin
formalaşdırılması imkanlarını genişləndirmək üçün müasir təhsildə böyük təsirə malik olan kurikulumun
imkanlarından istifadə etmək lazımdır. İlk növbədə fəal interaktiv təlim metodlarının tətbiqi təbiətə dair
praktiki fəaliyyətin icrasında şagirdlərə yaxından kömək olacaq və onları cəmiyyətə dair münasibətdə
yaradıcı tətbiqetməyə vadar edəcəkdir.Şagirdlərə
təbii mühitin mühafizəsi məsələləri öyrədilərkən
müasir
texnologiyanın dünya təsərrüfatına təsir edərək insanların əməyində böyük rolunu və işlərinin
yüngülləşməsində təsirinidə vurğulamaq lazımdır.Müasir dövr nə qədər yüksək texnologiya tələb etsədə
cəmiyyətin işini asanlaşdırmaqla bərabər həm də onların sağlamlığında ciddi dəyişikliklərin yaratdığı
həqiqətini dəyişmir.
Gənc nəsildə coğrafii biliklərə aid müəyyən təsəvvürlər formalaşdırmaqla şagirdlərdə təbiətə
məhəbbət hissini yaratmış oluruq.Məktəb daxilində iməcliklərin keçirilməsi ilə (ağac əkməklə, yaşıllıqları
artırmaqla, ətrafı zibilliklərdən təmizləməklə və.s.) biz təbiətin dəyərli olduğunu və inan həyatının əsasını
təşkil etdiyini sadə təcrübələrlə izah etməliyik.
2006-cı ildən kurikulum tətbiq edilməsi indiki dövrdə biz müəllimlərə şərait yaradır ki,dərslərdə
metodiki baxımdan müəyyən iş formalarından(qrup, cütlərlə, fərdi ,kollektiv) istifadə etməklə şagirdlərdə
təbiət və cəmiyyətə dair mövzu barəsində ümumi anlayış formalaşdıraq.Fəal interaktiv üsullardan istifadə
etməklə ətraf mühitə dair şagirdlərin estetik tərbiyəsi formalaşır.BİBÖ şagirdlərdə əldə etdikləri əvvəlki
biliklərlə yeni coğrafi biliklər arasında əlaqə yaradır, anlayışın çıxarılması və klaster(şaxələndirmə)
anlayışların mənalarını açmaqda köməklik edir,venn diaqramı iki fərqli komponentin oxşar və fərqli
cəhətlərini ortaya çıxarır və.s.
Hazırda məktəblilərin coğrafi biliklərin dərk edilməsində diyarşünaslıq materiallarından istifadə, ətraf
mühitin problemlərinin doğma diyarın nümunəsi əsasında öyrədilməsi olduqca mühüm əhəmiyyət daşıyır.
Bu cəhət şagirdlərin həm təbiət və cəmiyyət qarşılıqlı əlaqələrinin elmi əsaslarının başa düşülməsinə, həm də
təbiətdə baş verən proseslər haqqında həyati nümunələrin dərk olunmasına şərait yaradır. Başqa bir tərəfdən
məktəblilərin mənəvi aləmi , əxlaqi keyfiyyətləri, milli şüur və dünyagörüşü bir sözlə, şəxsiyyətin inkişafı
və formalaşması geniş arealda inkişaf edir . Məktəb coğrafiyasında bu məzmunda aparılan işlər məktəbin
həyatla əlaqəsinə, şagirdlərin yaradıcılıq fəaliyyətinin artmasına, tədqiqatçılıq xarakterli işlərə qoşulmasına
təsir göstərir.
Orta məktəblərdə təbiət və cəmiyyət məzmun xətti coğrafi hadisələri, təbii prosesləri ,onların
səbəblərini dərk etməkdə ,dünya əhalisinin müxtəlifliyinin izah olunmasında, etnik tərkibinin zənginliyində
,xalqların həyat tərzinin fərqliliyinin təhlil olunmasında və.s mühüm əhəmiyyət kəsb edir.Ölkəmizdə baş
verən təbii hadisələr,coğrafi qanunauyğunluqların pozulması nəticəsində ortaya çıxan ekoloji problemlər və
ekoloji vəziyyətin qiymətləndirilməsi, qlobal xarakterli məsələlərin geniş vüsət alması şagirdləri dərslərdə
düşünməyə vadar edir.Bunun nəticəsi olaraq şagird və müəllim arasında dialoqların artması onlar arasında
əməkdaşlığı inkişaf etdirərək təbiət və cəmiyyətə dair biliklərin sərbəst şəkildə təhlilinə və ümumi
dünyagörüşünün formalaşmasına gətirib çıxarır.
Uşaq yaşlarından insan təbiətlə, onun qanunları və prinsipləri ilə harmoniyada yaşamağı öyrənməlidir.
Düşünürəm ki, müasir dövrdə orta məktəblərdə təbiət və cəmiyyətin qarşiliqli əlaqəsi haqqinda biliklərin
öyrənilməsinə dərsliklərdə geniş yer ayrılmalı təbiət və cəmiyyətin əlaqəsini təcrübi şəkildə izah etmək üçün
praktikalar təşkil olunmalıdır. Bütün yaş qrupları peşəsindən asılı olmayaraq təbiət və cəmiyyətin qarşiliqli
əlaqəsi haqqinda biliklərə yiyələnməlidir. Məktəbin əsas vəzifəsi təkcə coğrafiya haqqında müəyyən formada
coğrafi bilikləri formalaşdırmaq deyil, həm də şagirdlərin təbiət hadisələri qarşısında aciz qalmaması üçün
elmi təhlil etmə bacarıqlarına yiyələnməsinə şərait yaratmaqdır.Təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsinin
düzgün istiqamətdə öyrənilməsi gələcək nəsillərin həyatını asanlaşdırmağın bünövrəsini qoyur.
Dostları ilə paylaş: