OPTİMAL PROYEKSİYALARIN SEÇİLMƏSİNİN METODİKİ ƏSASLARI
Hüseynov C.B.
Bakı Dövlət Universiteti
E-mail:
chuseynov98@list.ru
Layihələrin geodezik təminatı, həmçinin, istismarı zamanı vahid mərkəzdən idarə olunması
bütövlükdə obyektlərin yerləşdiyi ərazilər üçün vahid koordinat mühitinin yaradılmasını tələb edir. Vahid
koordinat mühitini geodezik koordinatlar sistemindən istifadə etməklə yaratmaq mümkündür. Lakin (B, L)
Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
426
geodezik koordinatları əyrixətli koordinatlar olub bucaq dərəcələri ilə ifadə olunur. Bu isə bir sıra elmi-
təcrübi məsələlərin həlli üçün əlverişli olsa da, təsərrüfatın digər sahələrində istifadəsi müəyyən çətinliklər
yaradır. Həqiqətən də geodezik koordinatların xətti vahidlərlə qiyməti coğrafi enlikdən asılı olaraq dəyişir,
meridianlar bir - birinə paralel olmadığından, onlardan hesablanmış azimutlar da fərqli olur. Həm də xətti
koordinatlarla düz və tərs geodeziya məsələlərinin müstəvi üzərində həlli çox sadə düsturlarla aparılır, lakin
ellipsoid üzərində bu belə deyildir.
Bütün bunları əsas götürsək, layihələrin geodezik təminatının müstəvi koordinatlarla yerinə
yetirilməsinin daha səmərəli olduğu qənaətinə gəlinir. Bu məqsədlə ellipsoiddən müstəviyə keçidin
aparılması zərurəti yaranır ki, bu əməlliyyat da proyeksiya adlanır. Riyazi dildə bu belə yazılır:
x=f
1
(B,L), y= f
2
(B,L). (1)
(1)
düsturu ellipsoid üzərində götürülmüş nöqtənin (B,L) geodezik koordinatları ilə ona müstəvi
üzərində uyğun gələn nöqtənin (x,y) düzbucaqlı koordinatları arasındakı qarşılıqlı birmənalı əlaqəni ifadə
edir.
Ellipsoiddən müstəviyə keçidi təmin edən proyeksiyalar sonsuz sayda ola bilər və hər bir proyeksiya
üçün (1) funksiyası fərqli yazılır. Ona görə də müstəvi üzərində yaradılan təsvirin istifadə məqsədindən asılı
olaraq proyeksiyanın növü seçilir.
Digər tərəfdən kartoqrafik və geodezik proyeksiyaların seçilməsinə qoyulan texniki tələblər fərqlidir.
Seçim zamanı çoxsaylı faktorlar nəzərə alınır. Lakin onları qruplaşdırmaq da mümkündür. Məsələn,
kartoqrafik proyeksiyaların seçilməsi zamanı bu faktorlar əsasən üç qrupa ayrılır.
Birinci qrupa əraziləri səciyyələndirən faktorlar: ərazinin coğrafi mövqeyi, ölçüləri, sərhəd xətlərinin
forması (konfiqurasiyası) və s. daxildir.
İkinci qrupa xəritəni səciyyələndirən faktorlar, xəritənin istifadə üsulları və şərtləri: xəritənin məqsəd
və təyinatı, miqyas və məzmunu, tərtib ediləcək xəritənin köməyi ilə həll ediləcək məsələlər və onların
həllinə dair dəqiqlik tələbləri, xəritələrdən istifadə üsulları, xəritələrin köməyi ilə aparılması mümkün olan
kartoqrafik təhlillər və s. aiddir.
Üçüncü qrupa kartoqrafik proyeksiyaları səciyyələndirən faktorlar aiddir: təsvirlərdə baş verən
təhriflərin səciyyəsi, minimal təhriflərin əldə edilmə şərtləri, məsafə, bucaq və sahələrin təsvirində yol
verilən maksimal təhrif qiymətləri, onların paylanma səciyyəsi və s.
Kartoqrafik proyeksiyaların seçilməsi adətən iki mərhələdə həyata keçirilir: birinci mərhələdə
qoyulmuş tələblərə cavab verən proyeksiyalar çoxluğu müəyyənləşdirilir; ikinci mərhələdə isə həmin
proyeksiyalardan ən optimalı seçilir.
Geodezik proyeksiyalara qoyulan texniki tələblər isə əvvəlkindən fərqli olaraq aşağıdakılardan
ibarətdir.
- seçilmiş geodezik proyeksiya vahid koordinat sisteminin yaradılmasını təmin etməli və bununla da
bütün topoqrafik- geodezik işlərin eyni şəkildə hesablanması imkanını yaratmalıdır;
- ikinci şərt ondan ibarətdir ki, ellipsoid üzərində xətti və bucaq kəmiyyətlərinin qiymətləri müstəvi
üzərində onların əvəzləyicilərinin müvafiq qiymətlərindən mümkün qədər az fərqlənsin, yəni xətti və bucaq
təhriflərinin qiymətləri kifayət dərəcədə kiçik olsun.
Mahiyyət etibarı ilə istənilən proyeksiyada meydana çıxan təhriflərin qiymətlərini hesablamaq
mümkündür. Əgər iş rayonunda çoxsaylı nöqtələr üçün təhriflərin qiymətləri hesablanarsa, onda müstəviyə
keçidə ehtiyac qalmaz. Lakin bunu sahəcə böyük ərazilərdə etmək təcrübi olaraq qeyri-mümkündür, hədsiz
böyük həcmdə hesablamalar deməkdir və ona görə də məsələlərin bilavasitə ellipsoid üzərində həlli daha
əlverişlidir.
Digər tərəfdən ellipsoid səthindən müstəviyə keçid təhrifsiz aparıla bilməz. Eləcə də ellipsoid
səthindəki bütün nöqtələrin müstəvi üzərində vahid zona daxilində yaradılmış koordinat sistemində
verilməsi təcrübi olaraq qeyri-mümkündür.
Buradan belə nəticə çıxır ki, Yer kürəsinin hissələrə və yaxud zonalara ayrılması qaçılmazdır. Zonalar
ayrı-ayrılıqda, bir-birindən asılı olmadan təsvir olunur və hər birinin ayrıca koordinat sistemi yaradılır.
Aydındır ki, zonanın ölçüsü böyük olduqca təhrifin qiyməti də artır və əksinə. Ona görə də zonanın ölçüsü
təhriflərin yol verilən qiymətinə qoyulan tələblərə müvafiq təyin edilməlidir.
|