Ministry of education of azerbaijan republic sumgayit state university


MƏKTƏBLƏRDƏ EKOLOJİ TƏRBİYƏNİN FORMALASDIRILMASINDA COGRAFİYA



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə505/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   501   502   503   504   505   506   507   508   ...   579
magistr2021 3 2

MƏKTƏBLƏRDƏ EKOLOJİ TƏRBİYƏNİN FORMALASDIRILMASINDA COGRAFİYA 
FƏNNLƏRİNİN ƏHƏMİYYƏTİ 
 
Hacıyeva M.A. 
Sumqayit Dovlət Universiteti 
E-mail:
 
Metanet_15.88@mail.ru 
 
Ekoloji tərbiyə ahəngdar şəxsiyyət tərbiyəsinin mühüm tərkib hissəsidir. O,gənc nəsli ekolji biliklərlə 
silahlandirmağa,ekoloji mədəniyyəti formalaşdırmağa yönələn tədbirlər sistemidir.Ekoloji tərbiyənin əsasını 
təbiətin mühafizəsi,onu sevmək işi təşkil edir.Ekoloji təhsil prioritet olmalidir,o,təsərrüfat fəaliyyətinin bütün 
sahələrini qabaqlamalidir.Respublika Konistitusiyasinin II fəslinin 78-ci maddələrində ekoloji durumu 
qorumaq və ətraf mühitin mühafizəsinin hər bir vətəndaşın borcu olduğu göstərilir.Ümumitəhsil 
məktəblərinin vəzifəsi şagirdləri yalnız ekologiya sahəsində müəyyən həcmdə biliklərlə formalaşdırmaqdan 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
425 
ibarət deyildir.Onlarda elmi təhlil vərdişi əldə etmək,cəmiyyət və təbiətin qarşılıqlı təsirini,təbiətə öz 
köməyininin əhəmiyyətini dərk etmək vərdişlərini aşılıyır.Azərbaycan Respublikasında ekoloji vəziyyətin 
yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər planında cəmiyyətin ekoloji maarifləndirilməsi əsas 
vəzifələrdən biri kimi göstərilir.Bu cür keyfiyyətlərin formalaşdırılması müstəqil axtariş-tədqiqat prosesində 
şagirdlərdə müstəsna əhəmiyyət kəsb edir.
Məktəblərdə 
ekoloji 
biliklərin 
formalaşdırılması, 
şagirdlərdə 
doğma 
diyarın 
ekoloji 
problemlərinə,yaşadığı yerin ekoloji vəziyyətinin öyrənilməsinə,elmi eksperimentlərə fəal, vicdanlı 
münasibətin yaranmasına kömək edir.Tədris prosesi çərçivəsində ekoloji tədqiqat işləri məktəblilərin praktik 
fəaliyyətində ən kütləvi və perspektivli formalarindan biri kimi çıxış etməlidir.Təhsil və tərbiyə sistemində 
ekoloji təhsil ve tərbiyə özünəməxsus yerə malikdir. Ekoloji maariflənmənin köməyilə və ekoloji tərbiyə 
üzrə işlərlə əhatə olunmaq nəticəsində təhsilalanlar ətraf aləmin mühafizəsinə, gözəlləşdirilməsinə, 
yaşıllıqların artırılmasina qayğı ilə yanaşır.hər bir şagird respublikamızın florsı və faunası ilə tanış olmalı, 
ətraf mühitin çirklənməsinə yol verməməli, ağacların, quşların və heyvanların qırılması ilə mübarizə 
aparmalıdır.Elmi-texniki tərəqqinin sürətlə inkisaf etdiyin müasir şəraitdə ekologiyanın,təbiətin mühafizəsi, 
onun sərvətlərindən qənaətlə və səmərəli istifadə olunmalı məsələləri müstəqil Azərbaycan Respublikasının 
qəbul etdiyi bir sıra rəsmi sənədlərdə öz əksini tapmışdır. Şagirdlər təbiət haqqında biliklərin əhəmiyyətini 
başa düşməli və ətraf mühitin qorunmasında fəal iştirak etməlidirlər. Məşhur ekoloq Çarlz Elton” Təbiətə 
qarşı öz əməllərimizlə bizim səhv etməyə haqqımız yoxdur”. Artıq sübut edilmişdir ki,bir çox xəstəliklərin 
,əsasəndə qripin geniş yayilmasının başlıca səbəblərindən biri ekoloji mühitin dəyisməsidir. Suyun ,havanın 
,torpağın çirklənməsi insan orqanizminə böyük ziyan vurur,onun təbii müqavimət qabiliyyətini zəiflədir. 
Müəllim motivasiya üçün mərkəzində” allergiya”sözü olan klaster tərtib etməyi tapşırarsa,şagirdləri maraqlı 
tədqiqata cəlb etmiş olar.Ekoloji tərbiyə sahəsində dərslərdə aparılan iş sinifdənxaric və məktəbdənkənar 
tədbirlər yolu ilə daha da dərinləşir.Yerli şəraitdən asılı olaraq təbiəti mühafizə işinin müxtəlif formalarından 
istifadə olunur:məktəb meşəçiliyi,meyvə bağları,gənc təbiətçi dərnək və kulubları,ekologiya üzrə olimpiada 
və viktorinalar,ekologiya ayları belə formalardandir. Ekoloji mövzuların yekununda təbiətin qorunmasında 
şagirdlərin şəxsi iştirakı məsələləri mütləq müzakirə olunmalıdır. Bu zaman onların diqqəti yaşadıqları 
ərazinin yaşıllıqlarının qorunmasında iştirakının vacibliyinə yönəlməlidir. 
Coğrafiya fənninin tədrisində VI sinifdə Böyük şəhərlərin böyük problemləri, Aral səhraya çevrilmiş 
dəniz (debat), Amazon meşeləri (debat),VII sinifdə Çaylarımızın ekoloji vəziyyəti,Torpaqların 
mühafizəsi,Ekoloji məhkəmə (rollu oyun), İqtisadiyyat və ətraf mühit, VIII sinifdə Bitki və heyvanların 
yaşayış mühiti,Ətraf mühiti çirkləndirən mənbələr,Ətraf mühitin mühafizəsi yolları, Ətraf mühit və insan 
sağlamlığının qorunması, Ekoloji problemlər və onların aradan qaldırılması yolları, IX sinifdə Ekoloji 
siyasət,Ekoloji monitorinq, X sinifdə Qlobal iqlim dəyişiklikləri, Azərbaycanın qoruq və yasaqlıqları, 
Qlobal ekoloji problemləri (layihə), XI sinifdə İqlim və insan sağlamlığı, Dünyanın içməli su problemi, 
tullantılar və onlardan istifadə kimi mövzuların mənimsənilməsi nəzərdə tutulmuşdur.Sözügedən mözuların 
tədrisi zamanı antropogen faktorlar və ekoloji biliklərin dərinləşməsi üçün şagirdlərin müstəqil iş 
metodundan geniş istifadə olunmalıdır.Tədris prosesində ekoloji biliklərin mərhələlər üzrə inteqrasiya 
edilməsinə çalışmaq lazimdır. Müasir ekoloji şəraitin mahiyyətini şagirdlərə çatdırmaq üçün təhsil 
prosesində yalnız metodiki vəsaitlərdən istifadə edilməlidir. Pedaqoji vasitələrə təlim-tərbiyə prosesinin 
təşkili formaları,əyani vasitə və metodları,məzmun cəhətləri daxildir.Ekoloji problemlərin öyrənilməsi və 
təbiətə münasibətin formalaşdırılması zamanı dərsdə diskussiya metodundan istifadə olunması da 
məqsədəuyğundur.Bu metodun tətbiqində alimlərin və ya müəllimin rəyi.ekoloji problemin məzmununu 
əhatə edən hipotezlərdən istifadə olunur. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   501   502   503   504   505   506   507   508   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə