|
Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
422
QGT MƏLUMATLARINA GÖRƏ DARVİN KÜPƏSİ SƏHƏSİNİN MƏHSULDAR QAT
ÇÖKÜNTÜLƏRİNİN LİTOFASİAL TƏHLİLİ
Əsgərli Ə.S.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
E-mail:
asli.asgerli@gmail.com
Azərbaycanda neft sənayesinin yüksək dərəcədə inkişafı bəzi faydalı qazıntı və neft-qaz yataqları ilə
olduqca zəngin olması ilə bağlıdır. Məlumdur ki, neft yataqlarının axtarışı və kəşfiyyatı kompleks QGT
üsullarına əsasən, eyni zamanda geoloji-geofiziki proseslər sayəsində həyata keçirilir.
Məhsuldar layları müəyyən etmək məqsədi ilə bir çox karotaj üsullarını tətbiq etməklə layların fiziki-
kimyəvi xassələri təyin edilir. Bu məlumatlardan alınan nəticələrə əsasən diaqramlardan istifadə edərək neft-
qazlılığının təyini metodikasının təkmilləşdirilməsinə, eyni zamanda süxurlarların litofasial təhlilinə imkan
yaradırdı. Quyulardan süxur nümunələrinin götürülmə sayının artması ilə neft-qaz axtarış işlərinin
gecikməsinə və onların effektliyinin azalmasına gətirib çıxarmış, bununlada məlumatların məhdud olmasını
nəzərə alaraq mədən geofiziki informasiyalarından, yəni QP və QK əyrilərindən istifadə olundu. Tətbiq
olunmasına səbəb süxur nümunəsi məlumatlarının məhdud səviyyədə olması ilə bağlıdır.
Müasir dövrdə bizə məlumdur ki, ən aktual məsələlərdən biri Məhsuldar qat çöküntülərinin
quruluşunun öyrənilməsi ilə yanaşı süxurların əmələgəlmə şəraitinin təhlilidir. Məhsuldar qat çöküntülərinin
90% -dən çox bir hissəsi məhz neft-qaz yataqlarında təsadüf olunur.
Tədqiqat obyekti Abşeron-Balxanyanı qalxımlar zonasının strukturlarından biri, axtarış və kəşfiyyat
qazma işlərinə cəlb olunan Darvin küpəsi strukturu idi.
Cənubi Xəzər çökəkliyini şimaldan əhatə edən Abşeron-Balxanyanı tektonik zonası, struktur cəhətdən
Böyük Qafqazın cənub-şərq ucu ilə Türkmənistandakı Balxanyanı qalxımlar zonası arasında bir əlaqədir.
Abşeron-Balxanyanı zonasının qalxımları mürəkkəb bir quruluşa malikdir və bu Xəzər dənizinin
geosinklinal hissəsində yerləşməsi ilə izah olunur. Bu zonaya Darvin küpəsi–Cənub, Xali–Neft Daşları–
Günəşli–Kəpəz antiklinal xətti daxildir. Bu strukturların ümumi bir xüsusiyyəti, onların blok quruluşu verən
morfoloji oxşarlığı və çoxsaylı uzununa və eninə qırılmalarla mürəkkəbləşməsidir. Bu zonanın bütün
strukturları, demək olar ki, istisnasız palçıq vulkanizmi ilə mürəkkəbləşmişdir.
Darvin küpəsi yatağının quruluşu braxiantiklinal bir quruluşa malikdir. Quruluşun oxu submeridional
istiqamətdə uzanır. Darvin küpəsi yatağı 1950-ci ildə strukturun qərb qanadında qazılmış quyuda neft aşkar
edildikdən sonra aşkar edilmişdir. Darvin küpəsi strukturu üzrə laylarda neftin paylanmasının təbiətinə görə
dörd sahə ayrılır: cənub, mərkəzi, şimal və şimal-şərq. Məhsuldar qatın alt şöbəsinin çöküntülərinin
perspektivləri öyrənilmişdir.
Bu işlərin görülməsində məqsəd karotaj fasiyalarının əyrilərinin quruluş formasına, quyu
məlumatların elektrometrik modellərinə əsasən məhsuldar qat çöküntülərinin genezisinin öyrənilməsi ilə
bağlıdır. Fasiyaların növünün təyin edilməsini Muromsevin yaratdığı elektrometrik nümunələrinə görə yəni
QP və QK diaqramlarının formasına əsasən həyata keçirilir. Bu diaqramların keyfiyyət interpretasıyasında
bizə aydındır ki, minimum norması qum laylarının qarşısında, maksimum norması isə gil laylarının
qarşısında olur.
Elektrometrik modellər dedikdə, alluvial kompleks fasiyası kompleksi ilə qum layları, həm də
sahilyanı-dəniz kompleks fasiyası kompleksi ilə gil layları ilə təmsil olunur. Elektrometrik kəsilişdə quyu
potensialı diaqramlarının əyilməsi əlamətlərinə görə (-) və (+) anomaliyalara görə ayrılması bizə imkan verir
ki, bu kəsilişdəki fərqli-fərqli laylar və cisimlər, litoloji paçkalar ən başlıcası da qumlu və gilli cisimlərə
uyğun gəlir. Quyu potensialı diaqramlarına əsasən çöküntülərin genezisini aydınlaşdırmaqla birlikdə onların
hansı fasiya qrupları ilə bağlı olduğunu müəyyənləşdirməyə icazə verir.
Tədqiqatın əsas predmeti tədqiq olunan sahədə neft-qazlılığı məlum olan Məhsuldar qatın Qirmakialt
(QA) və Qirmaki (QD) lay dəstələrinin çöküntüləri idi. Məhsuldar qatın Qirmakiüstü qumlu (QÜQ) və
Qirmakiüstü gilli (QÜG) çöküntüləri də tədqiq edilmişdir.
Darvin küpəsi yatağının şərti X1, X2, X3, X4 quyularında QK və QP əyrilərinin emal və sonrakı
interpretasiyası nəticəsində MQ alt şöbəsinin lay dəstələrinin çöküntüləri onların çöküntütoplanma şəraitinin
müəyyənləşdirmək məqsədi müəyyən bir fasiyaya, fasiya qruplarına, fasiya kompleksinə aid edilmişdir.
|
|
|