Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə498/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   494   495   496   497   498   499   500   501   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
418 
ORTA ÜMUMTƏHSİL MƏKTƏBİNDƏ TƏHSİL-TƏRBİYƏ PROSESİNDƏ YENİYETMƏLƏRDƏ 
EKOLOJİ MƏDƏNİYYƏTİN FORMALAŞMASI 
Cəlilov R.S. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:radiq.celilov98@gmail.com 
Müasir dövrdə ekoloji mədəniyyət insanların ətraf mühitə qarşı dünyagörüşünün formalaşmasında 
mühüm əhəmiyyət kəsb edir.Bu sahədə orta ümumtəhsil məktəblərinin coğrafiya dərnəkləri yaxından iştirak 
edir.Sinifdənxaric işlərin təşkili şagirdlərin təbiətlə birbaşa təmasda olmasına və onlara qarşı etik çərçivədə 
davranmağa vadar edir. 
Ekoloji mədəniyyətin qoyuluşu məktəb coğrafiyasında coğrafi mədəniyyətin formalaşdırılmasından 
başlayır.Mədəniyyət şagirdlərin ailədaxili fəaliyyəti olaraq geniş çərçivədə inkişaf etmiş və yer kürəsinin 
gələcəkdə daha parlaq olmasına şərait yarada biləcək qüvvəyə sahib olmuşdur. 
Cəmiyyətin ekoloji mədəniyyəti – bəşəriyyətin mədəniyyəti, insanların həyat fəaliyyətinin adaptasiya 
və təşkilinin üsulu və nəticəsi, dayanıqlı sivilizasiya tipinin intellektual və mənəvi əsasıdır; ictimai-təbii fəal 
hadisənin müəyyən obrazıdır; insanın təbiət və cəmiyyət ilə fəaliyyət və praktik birliyidir; insanın həyat 
fəaliyyəti və bəşərin həyati təminatının üsuludur. 
Şəxsiyyətin ekoloji mədəniyyəti – təbiət və cəmiyyətdə əsas qanunauyğunluqlara və qarşılıqlı 
əlaqələrə, həmçinin emosional-hissi narahatlıqlara, təbiətə, cəmiyyətə, reallığa və öz fəaliyyətinə qarşı 
fəaliyyət-praktik münasibətlərə toxunan biliklərdir. 
İnsanın ekoloji mədəniyyətinin strukturunda çox 
vaxt dörd (idrak, emosional-estetik, dəyər-məna və fəaliyyət), bəzən isə yeddi qarşılıqlı əlaqəli və qarşılıqlı 
nüfuz edən komponentləri ayırırlar. Bu zaman şəxsiyyətin inkişafı hər bir mərhələsində yaş xüsusiyyətlərini 
nəzərə alaraq onlardan biri dominant kimi çıxış edir: 
Ekoloji şüur - sosial obyektin (cəmiyyət, qrup, şəxsiyyət) yaşayış mühitinə münasibətini əks etdirən 
fikirlər kompleksi, əhvallar, ideyalardır. Onun formalaşması – subyekt tərəfindən təbiətlə bağlı davranışın 
müəyyən normalarının inkişaf etdirilməsi və mənimsənilməsi prosesidir. 
Ekoloji təhlükəsizlik - insanın və cəmiyyətin həyati vacib maraqlarının, ətraf mühitin ona antropogen 
və təbii təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin edilməsidir. Təhlükəsizlik ayrı - ayrı 
şəxslərin, cəmiyyətin və təbii mühitin həddən artıq təhlükələrdən mühafizəsinin vəziyyətidir. Təhlükəsizlik, 
insanın fizioloji, sosial və mənəvi tələbatları ilə yanaşı vacib təlabatdır.
Təhlükəsizliyin əsas kriteriyası təhlükə hissiyatı və ya indi və gələcəkdə zərər yetirə bilən sosial təbii 
hadisələri müəyyən etmək qabiliyyətidir. Ekoloji təhlükəsizliyin təmin edilməsinin pedaqoji aspekti ekoloji 
risklərin müəyyənləşdirilməsi yollarının, şəraitlərinin, vasitələrinin əldə edilməsi, onların monitorinqi, 
verilən xüsusiyyətlərə görə ətraf mühitin məqsədyönlü layihələndirilməsi ilə bağlıdır. 
Fərdin ətraf mühitlə qarşılıqlı təsir təcrübəsinə əsaslanaraq, onun təbiətlə münasibətlərinin 
harmonikləşməsi baş verir və o ekoloji mədəniyyətin daha yüksək səviyyəsinə qalxır. Ekoloji cəhətdən 
savadlı və tərbiyəli şagird təbiətlə ünsiyyətdə düzgün davranış bacarığına malik olmalıdır, normalar 
çərçivəsində şüurlu şəkildə ekoloji vəziyyətin saxlanılmasının qayğısına qalmalıdır, əsas ekoloji əlaqələrin 
mahiyyətini anlamalıdır, insanın təbiətə təsirinin fəsadlarını qabaqcadan bilməlidir.
Ekoloji mədəniyyətin və yeni zehnli şəxsiyyətin formalaşması böyük ölçüdə ekoloji təhsilin düzgün 
həyata keçirilməsi ilə mümkündür, çünki, bir tərəfdən yalnız bu zaman aləmin bütövlüyü qavranılır, digər 
tərəfdən - intellektual şəxsi keyfiyyətlərə əsaslanan,ətraf mühit problemlərini görmək və onları həll etmək 
qabiliyyətini öyrənmək bacarığı olan yeni düşüncə tərzi inkişaf edir 
Ekoloji tərbiyənin qarşıya qoyduğu məqsəd məktəbliləri şəxsiyyət olmağı, səmtlənmə qabiliyyətinə və 
ətraf mühitə aktiv təsiri, öz əməlləri üçün məsuliyyət daşımağı, hər şeylə maraqlanan və müstəqil olmağı, 
bizi əhatə edən aləmə hörmət etməyi, cəmiyyətimizdə onun şəxsi rolunu dərk etməyi öyrətməkdədir. 
Şəxsiyyətin ekoloji mədəniyyətinin əsas komponentləri aşağıdakılar olmalıdır: ekoloji biliklər, ekoloji 
təfəkkür, ekoloji düzgün davranış, təbiətə sevgi hissi. 
Ekoloji mədəniyyətli şəxsiyyət ekoloji təfəkkürə malik olmalıdır, yəni ekoloji problemlərin səbəb - 
nəticə əlaqələrin düzgün təhlil və müəyən etməyi və insan fəaliyyətinin təsirinin ekoloji nəticələrinin 
proqnozlaşdırılmasını bacarmalıdır. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   494   495   496   497   498   499   500   501   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə