Ministry of education of azerbaijan republic sumgayit state university


QARADAĞ MİS-PORFİR YATAĞININ MİNERALOJİ XÜSUSİYƏTİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə494/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   490   491   492   493   494   495   496   497   ...   579
magistr2021 3 2

QARADAĞ MİS-PORFİR YATAĞININ MİNERALOJİ XÜSUSİYƏTİ 
 
Burcaliyev Ə.G.
 
Azərbaycan Dövlət Neft və Sənaye Universteti
 

E-mail:
 
burcaliyev.97@gmail.com
 
 
Azərbaycan Respublikası yeraltı sərvətləri ilə dünyada tanınan bir ölkədir. Ölkənin mineral yataqları 
xüsusi ilə Kiçik Qafqaz hissəsində qeyd olunur. Kiçik Qafqaz daxilindəki, Gədəbəy, Daşkəsən, Kəlbəcər və s 
kimi rayonlarda çox sayıda filiz yataqları istismar olunmaqda vəya tədqiqatlar davam etməkdədir. Bu tip 
yataqlardan biri də Qaradağ mis-porfir yatağıdır. 
Qaradağ yatağı Şəmkir qalxımının şimal hissəsində keçmiş Çardaxlı, indiki Çənlibel kəndinin cənub, 
cənub kənarında yerləşir. Yatağın əsas filiz saxlayan süxurları plagioqranitlərin və Üst Bayos yaşlı riolit, 
riodasit tərkibli tufların hesabına əmələ gəlmiş törəmə kvarsitlərdir. Törəmə kvarsitlər qərbdən dərinlik 
qırılması vasitəsilə plagioqranit tektonik təmasa gətirilmişlər. Bu törəmə kvarsitlər Atabəy-Slavyanka 
plagioqranit intruzivi, kiçik intruziv kütlələri (ştok, dayka, damar) və müxtəlif tərkibli qırılmaların sıx 
şəbəkəsi ilə yarılmış üst bayos çöküntülərindən təşkil olunmuşdur. 
Gədəbəy filiz cisminin geoloji quruluşunda aşağıdan yuxarıya doğru bayos yaşlı vulkanogen 
əmələgəlmələr iştirak edirlər. Bunlar yatağın ən qədim əmələgəlmələridir və müxtəlif vulkanitlərlə, 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
415 
piroklastik süxurlarla, adətən roqovikləşmiş süxurlarla zəngindirlər. Üst bayosun kvars-porfirləri onları örtür 
və qeyri-uyğun şəkildə onların üzərində yatırlar. Bat əmələgəlmələrinin vulkanogen piroklastik süxurları 
kvars-porfirləri transqressiv şəkildə örtürlər.
Yatağın üst hissəsində misin karbonatlarından başqa heç bir minerallaşma qeyd olunmur. Burada 
aydın keçilən şaquli zonallıq qeyd olunur. Yer səthindən 50-100 m dərinliyə qədər tam oksidləşmə zonası 
qeyd olunur. Bundan sonra “ sementləşmə zonası” və ya törəmə sulfidlərlə zənginləşmə zonası gəlir. Bu 
zonada misə aid bir çox minerallar cəmlənmişdir.Gədəbəy filiz düyünündə mis kolçedanı, mis-mərgümüş, 
sərbəst mis və mis-polimetallik formasiyalar mövcuddur. Mis-porfir filizlərinin qızıl və gümüşü adətən 
xalkopiritdə iştirak edirlər. Piritdə qızılın və gümüşün tədqiqi göstərir ki, onların miqdarı piritdən xalkopiritə 
doğru artır.Mis-porfir filizlərinin mineraloji tərkibi fərdi xüsusiyyət daşıyırlar. Bu fərdi xüsusiyyət ondan 
ibarətdir ki, mineral əmələgəlmə prosesi çoxsaylı mərhələlərdən keçmişdir və uzun müddət müxtəlif geoloji-
struktur və fiziki-kimyəvi mühitlərlə əlaqədar olmuşlar. Bunun nəticəsində çoxlu sayda mineralların 
əmələgəlməsi baş vermişdir. 
Plagioqranit intruziv süxurlar qabro-plagioqranit formasiyasına daxildirlər və Atabəy Slavyanka 
massivində olduqca böyük (76 km²) sahəni əhatə edir. Plagioqranit intruzivlərinin yayılması xüsusən Atabəy 
Slavyanka massivində geniş metosomatik-hidrotermal dəyişilmələrə məruz qalmışlar. Kontakt səthlərində 
bunlar qırılma və çatlarla seçilirlər. Burada qreyzenləşmə, argillitləşmə, serisitləşmə, kvarslaşma və 
feldspatlaşma geniş yayılmışdır. Metasomatitlərin arasında incə damarlı sulfit filizləşməsinə rast gəlinir. 
Bunlarda perspektiv sahələrdə mis-porfir və mis-molibden porfir filizləşməsi iştirak edir. Belə xüsusiyyətlərə 
həmçinin Xarxar və Qaradağ yataqları, Slavyanka və başqaları daxildirlər. Qabro-diorit-qranodiorit 
formasiyasının nümayəndələri burada Gədəbəy intruzivini təşkil edirlər. Onun uzanması şimal-qərb 
istiqamətində olub uzunluğu 12km, eni isə 1.5-6km arasında dəyişir.Yatağın bir neçə yerində kvars 
damarcıqlarında sərbəst gümüşə rast gəlinir. Bu gümüş elektrum və sərbəst qızılla kalloid dirspers 
vəziyyətində yaranmışdır. Bəzən gümüşün dendrit formalarına da rast gəlinir. Gümüşə bəzi hallarda çatlarda 
pirit dənələri və xalkopirit dənələri ilə birlikdə rast gəlmək olur. 
Yatağın filizlərində bütün sulfidlərin təxminən 30-70%-ini xalkopirit təşkil edir. Xalkopiritin 
yaranması postmaqmatik mərhələdə qranitoid intruziyalarının fəallığı nəticəsində baş vermişdir. Xalkopirit 
adətən törəmə kvarsitlə və piritlə birlikdə tapılırlar və bu minerallar mühüm filizəmələgətirən minerallar 
sayılırlar. Xalkopiritin aqreqatlarından damarcıqları və möhtəviləri göstərmək olar. Dənələrinin ölçüləri 
0,05mm-dən 20mm-ə kimi dəyişir. Piritdə olduğu kimi xalkopirit də 2 generasiyada yaranır. Xalkopiritin 1-
ci generasiyası piritin 1-ci generasiyası ilə çox vaxt paragenezisdə tapılır. Bunlar kükürd kolçedan filizlərinin 
əsasını təşkil edirlər. Bəzən xalkopiritin piritdə iştirakı müşahidə olunur. Bunlar incə damarcıqlar şəklində 
olurlar. Eyni zamanda bornit və kovellin də bunlarda iştirak edir. Belə hallarda xalkopiritin ölçüləri 0,1-dən 
0,3-ə, bəzən 0,4mm-ə kimi olur. Xalkopirit piritdə olduqca az hallarda yuvarlaq formalarda rast gəlinir. Bu 
yuvarlaq formaların ölçüləri 0,01-dən 0,03mm-ə qədər artır və ksenomorf formalarda olurlar. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   490   491   492   493   494   495   496   497   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə