Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə492/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   488   489   490   491   492   493   494   495   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
413 
AZƏRBAYCANDA CƏNGİÇAY ƏRAZİSİNDƏ YANAR ŞİSTLƏRİN LİTOLOGİYASI
VƏ İQTİSADİYYATDA İSTİFADƏSİNƏ DAİR 
 
Bəkirov R.A. 
Azərbaycan Dövlət Neft Sənaye Universiteti 
E-mail:
 
rbkirov@gmail.com 
 
Dünya üzrə yanar şist ehtiyatları müxtəlif hesablamalara görə 2,8-3,3 trilyon barrel intervalında 
dəyişir. Yanar şist ənənəvi neftin əvəzedicisi hesab olunur, lakin yanar şistin fərqli hasilat metodları var və 
onu hasil etmək maddi cəhətdən daha baha başa gəlir. Buna baxmayaraq ənənəvi neftin bazar qiyməti yüksək 
olduğu dövrdə yanar şistlər həmişə alternativ mənbə kimi diqqət mərkəzində olmuşdur.
 
Çin və Estoniya yanar şistlərin istehsalı üzrə ixtisaslaşmış sənayeyə sahibdir, Braziliya, Almaniya və 
Rusiya da həmçinin yanar şistlərin istehsalı ilə məşğuldur. 
Azərbaycanda yanar şistlər qeyri-ənənəvi yanacaq növü olaraq, böyük potensiala malikdir. Ölkəmizdə 
yanar şistlərin proqnoz ehtiyatları 500 mln. ton qiymətləndirilir. 
Azərbaycanda yanar şist yataqları və təzahürləri əsasən İsmayıllı, Quba, Şamaxı-Qobustan, Abşeron 
rayonları ərazilərində məlumdur və müxtəlif yaşlı çöküntülərlə əlaqədardır. 
Cəngidağ yanar şist təzahürü Cəngiçay yanar şist yatağından 800-1000 m şimalda yerləşir. Təzahür 
7,5 km
2
sahəni əhatə edir (uzunluğu – 5 km, eni – 1,5 m). Cəngidağ yanar şist təzahürü tektonik baxımdan 
eyni adlı monoklinal strukturun qanadlarında – eosen yaşlı çöküntülərin içərisində intişar tapmışdır. Yanar 
şist layını örtən süxur laylarının ümumi qalınlığı təxminən 240-250 m-ə çatır. Aşkar edilmiş faydalı qat 
eosen yaşlı gillərin, mergellərin və s. terrigen-çökmə süxurların içərisində inkişaf etmişdir.
Yanar şistlər üçün vərəqvari makrotekstura səciyyəvidir.
Yanar şistlərin rəngi tünddür – qaradır və gil süxurlarına nisbətən yüngüldür. Yanar şistlər uzun 
geoloji dövr ərzində məhv olmuş bitki və heyvan qalıqlarının toplanması nəticəsində əmələ gələn üzvi 
maddədən ibarət süxur olması şübhə doğurmur.
Amerikalı mütəxəssislər yekdilliklə hesab edirlər ki, bütün növ yanar şistlər ümumilikdə hər bir dövlət 
üçün istər hazırki dövrdə, istərsə də gələcəkdə nefti əvəz edən xammal kimi böyük perspektivə malikdir. 
Azərbaycan
mütəxəssisləri isə hesab edirlər ki, şist süxurlarından yalnız nefti əvəz edən xammal kimi 
deyil, eyni zamanda xalq təsərrüfatının başqa sahələrində də geniş istifadə edilə bilər. Azərbaycanın müxtəlif 
rayonlarında aşkar edilmiş çoxsaylı yanar şist təzahürlərinin əksəriyyəti hazırda gübrə istehsalı üçün yararlı 
sayılır. 
Qeyd etmək lazımdır ki, geoloji-kəşfiyyat işləri aparmaq üçün perspektivli sayılan Cəngiçay sahəsində 
yanar şist layları çox sərt yatıma (yatım istiqaməti 175-185° düşmə bucağı 80-90°) malikdir. 
Çöl işləri coğrafi cəhətdən – Cəngiçay və Cəngidağ (675,6 m) sahələrində inzibati bölgüyə görə 
Şimali - Qobustan ərazisində yerləşən
Cəngiçay sahəsində aparılmış maraqlı məlumatlar əldə edilmişdir. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   488   489   490   491   492   493   494   495   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə