Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə489/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   485   486   487   488   489   490   491   492   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
411 
Şəkil. Azərbaycanın Xəzəryanı çökəkliyinin Üst Yura çöküntüləri üzrə icmal xəritəsi 
Lokal strukturlar: 1- Xoşmənzil, 2- Rukel, 3- Balhaz–Xunuq, 4- Ekendil–Hacinohur, 5- İmamqulukənd, 6- 
Şirvanlı, 7- Yalama, 8- Xudat, 9- Qusar, 10- Xaçmaz, 11- Ağzıbirçala, 12- Təlabi, 13- Şabrançay, 14- 
Qaynarçay, 15- Qızılburun, 16- Keşçay, 17- Bəyimdağ–Təkçay, 18- Hadisu, 19- Sitalçay, 20- Şuraabad, 21- 
Yaşma, 22- Samur, 23- Yalama–Dəniz, 24- Xudat–Dəniz. 
Cənub-Şərqi Qafqazın Üst Yura çöküntülərinin stratiqrafiyası N.B.Vassoyeviç, V.Y.Xain, V.V.Veber 
və b. tərəfindən XX əsrin 30-40-cı illərində öyrənilmişdir. Nəticədə region üçün bir sıra vacib nəticələr əldə 
edilmişdir. Daha sonra M.M.Əliyevin və Q.Ə.Əlizadənin rəhbərliyi altında böyük paleontoloqlar kollektivi 
tərəfindən (A.Y.Xəlilov, Ak.A.Əlizadə, J.M.Xəlilov, G.Q.Qasımova, N.M.Qasımova, D.A.Ağalarova, 
Ç.Ə.Tahirov, Z.V.Kuznesova və b.) Cənub-Şərqi Qafqazın mezozoy çöküntülərinin mikro və makro faunası 
fundamental tədqiq olunmuş, regionun yura və təbaşir çöküntülərinin stratiqrafiyası xeyli dəqiqləşdirilmişdir. 
Xəzəryanı çökəkliyin Üst Yura çöküntülərinin stratiqrafiyası, litologiyası və neft-qazlılıq 
perspektivliyi ilə Q.M.Sultanov, Ç.M.Xəlifəzadə, S.S.Səmədov və V.B.Ağayev keçən əsrin 60-70-ci 
illərində məşğul olmuşlar. Əldə olunmuş yeni məlumatlar Cənub-Şərqi Qafqazın Orta Yura kəsilisləri ilə 
uzlaşdırılmışdır.Bununla belə, Şərqi və Cənub-Şərqi Qafqazın və Xəzəryanı çökəkliyinin Üst Yura 
çöküntülərinin strаtiqrafiyası, litоlоgiyasına, palеоcoğrafiyasına aid olan yeni melumatlar Ç.M.Xəlifəzadə və 
Ə.M.Maqomedovun monoqrafiyasında öz əksini tapmışdır. 
RADİOAKTİV KAROTAJI ÜSULLARI KOMPLEKSİNƏ GÖRƏ QUYU
KƏSİLİŞLƏRİNİN TƏDQİQİ 
 
Bayramova İ.İ. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail: 
ilbayramova95@gmail.com
 
 
Son illərdə neftli-qazlı kollektor layların tədqiqatı onların perspektivliyinin öyrənilnəsi vacib 
məsələlərdən biri hesab olunur. Bu kimi məsələlərin həllində quyularda aparılmış karotaj üsulları 
məlumatları kompleksindən istifadə edilir. Tətbiq olunan karotaj üsulları içərisində radioaktiv karotaj üsulu 
həll etdiyi məsələlərin müxtəlifliyi ilə digər üsullardan fərqlənir.
Radioaktiv elementlərin Yer qabığında yayılmasını öyrənmək radioaktiv karotajın əsas 
məsələlərdəndir və radioaktiv karotaj üsulları kompleksinin quyularda tətbiqinin nəticələrindən bir sıra 
məsələlərin həllində istifadə edilir. 
Radioaktiv karotaj üsullarının bir neçə növü vardır ki, bu üsullarda öyrənilən məsələnin müxtəlifliyinə 
görə quyularda tədbiq edilir. Belə ki, qamma karotajı məlumatlarından kollektorların gillilik və keçiricilk 
əmsallarının öyrənilməsində istifadə edilir.



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   485   486   487   488   489   490   491   492   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə