Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə487/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   483   484   485   486   487   488   489   490   ...   579
magistr2021 3 2

 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
409 
BEŞBARMAQ VƏ ÇIRAQQALA ÜST YURA RİF QURUMLARININ LİTOLOGİYASI 
 
Baxşalıyev K.T. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail:
 
bakhshaliyev.kanan.97@gmail.com 
Rif qurumları ilə əlaqədar iri neft-qaz yataqları məlumdur. İran körfəzinin bir sıra böyük yataqları 
Təbaşir yaşlı riflər ilə əlaqədardır. Hazırda dünyada məlum olan neft yataqlarının 45% -i rif qurumlarında 
aşkar edilib. Cənubi-Şərqi Qafqazın Üst Yura rif qurumları hələ XX əsrin 50-ci illərində V.Y.Xain və 
N.B.Vassoyeviç tərəfindən öyrənilmişdir. Həmin illərin sonlarında Cənubi-Şərqi Qafqazın Üst Yura rif 
qurumları ilə A.Q.Əliyevin rəhbərliyi altında bir sıra sedimentoloq və stratiqraflar məşgul olmuşlar. 
Təxminən 2000-ci illərdə Cənubi-Şərqi Qafqazın rif qurumlarını R.Q.Babayev öyrənmiş və onun 
doktorantura dissertasiya işi bu problemə həsr olunub. XXI əsrin 12-ci illərində Cənubi-Şərqi Qafqazın rif 
qurumları sedimentoloji mövqeydən Ç.M.Xəlifəzadə tərəfindən hərtərəfli öyrənilib və onların baryer tip 
riflərə aid olması təsdiq olunub. 
Anаlitik tədqiqatların lazım оlan səviyyədə aparılması üçün çöl işlərinin mütəхəssislər səviyyəsində 
fundamental aparılmasına ehtiyac yaranmışdır. Biz prof. Ç.M.Хəlifəzadənin iştirakı ilə mövcud problemi 
lazımi səviyyədə həyata keçirməyə nail olduq. Bu məqsədlə biz Сənub-Şərqi Qafqazın yüksək dağlıq 
zonasında 3 struktur-fаsial zоnada 11 rif qurumu morfologiyasını, onların kəsilişlərini və ətraf süxurlarla 
əlaqəsini, eləcə də fasial-genetik quruluşunu, katagenezini öyrəndik. Həmçinin müxtəlif genetik tip 
süхurlаrdan laboratoriyada kompleks fiziki-kimyəvi tədqiqatlar üçün 70 əsaslı nümunə topladıq və onlar 
üzərində kompleks laboratoriya tədqiqatları apardıq.
Abşeron-Balxanyanı və Şimali Abşeron çökəkliyində tektonik zonanda, mezozoy çöküntülərindəki rif 
qurumlarının yayılması konsepsiyası XX əsrin 70-80-ci illərində bir sıra geoloqlar və geofiziklər tərəfindən 
irəli sürülmüşdür. Həmin dövrdə aparılmış müxtəlif meridional və en dairəsi istiqamətindəki seysmik 
kəşfiyyat işləri və profillərin qurulması əsasında Üst Yura və Təbaşir çöküntülərində rif qurumlarının varlığı 
təstiq edilmişdir. Daha sonralar Cənub-Şərqi Qafqazın Üst Yura rif qurumları geofiziklərin diqqətini də cəlb 
etmişdir.
Lakin qeyd etmək lazımdır ki, Cənub-Şərqi Qafqazın Üst Yura rif qurumlarının fasial-genetik 
əlamətləri, morfologiyası, ətraf mühitlə əlaqəsi və paleocoğrafi əmələgəlmə şəraiti üzrə xüsusi tədqiqatlar 
indiyə kimi aparılmamışdır, bu səbəbdən də onlar haqqındakı biliklər hələ də ilkin səviyyədə qalıb. Bununla 
əlaqədar Üst Yura rif qurumlarının Abşeron-Balxanyanı zonada 3-6 km dərinlikdə yayılması haqqında əldə 
olunan nəticələr Cənub-Şərqi Qafqazın Üst Yura rifogen süxurların fundаmental araşdırılmasında böyük 
ehtiyac yaratmışdır. Cənub-Şərqi Qafqazın Üst Yura rifogen süxurlarının morfoloji və fasial-genetik 
quruluşunun və katagenetik dəyişmələrinin öyrənilməsi, onların sedimentoloji-paleocoğrafi mövqeydən 
araşdırılması, depresiyada Üst Yura rif qurumlarına yönəldilmiş geoloji kəşfiyyat işlərinin səmərəliyini xeyli 
artıra bilər.
Bir üzvü materiya kimi Üst Yura mərcan riflərin uzun müddət davam edən müxtəlif termodinamik 
şəraitlərdə baş vermiş litogenetik proseslər nəticəsində onların abiogeneziyasının keçmə mərhələlərinin 
fiziki-kimyəvi mahiyyətinin açıqlanması litogenez nəzəriyyəsinin daha dərindən dərk olunmasında, həmçinin 
inkişafında müstəsna rol oynaya bilər.
Sоn mərhələdə Cənub-Şərqi Qafqazın Üst Yura baryer riflərin kompleks öyrənilməsi onların Cənubi 
Xəzər çökəkliyinin Şimal bortunda neft-qaz potensialının düzgün və obyektiv qiymətləndirilməsinə imkan 
yaradır. İndi dissertasiya mövzusunun işlənilməsinin qarşısında duran əsas məsələ R.Q.Babayevin 
paleontoloji tədqiqatlarının nəticələrini Cənub-Şərqi Qafqazın rif qumlarının fundamental öyrənilməsində 
əsas kimi paradiqma qəbul edərək, onları sedimentoloji mövqeydən öyrənmək və sedimentoloji tiplərinin 
aşkarlanmasına nail olmaqdır.
Bundan başqa, rif qumların ətraf süxurlarla əlaqəsini müəyyənləşdirmək, onların kimyəvi-mineraloji 
tərkibini araşdırmaq, eləcə də, riflərin litogenezin inkişaf mərhələlərində onların kimyəvi və mineraloji 
tərkibinin evolyusiyasının, abiogeneziyasınının öyrənilməsi və rifogen çöküntülərin paleocoğrafi modelini 
yaratmağa nail olmaqdır.
Aşağıdakı cədvəldə Cənub-Şərqi Qafqazın Üst Yura rif qurumlarının kimyəvi tərkibi götürülmüş 
nümunələrə əsasən tərtib edilmişdir. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   483   484   485   486   487   488   489   490   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə