Ministry of education of azerbaijan republic sumgayit state university


NEFT-DAŞLARI YATAĞININ XÜSUSİYYƏTLƏRİNƏ DAİR



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə484/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   480   481   482   483   484   485   486   487   ...   579
magistr2021 3 2

NEFT-DAŞLARI YATAĞININ XÜSUSİYYƏTLƏRİNƏ DAİR 
 
Babayeva E.N. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail: 
mirababaeva.22@gmail.com
 
 
Dənizdə kəşfiyyat, üzən qazma qurğuları, qazma gəmiləri, yarı dalğıc qurğuları və qazma qurğuları ilə 
aparılır. Səthdə (ya dənizin dibində, ya da suyun üstündə) dəniz müəssisələri karbohidrogen neftini və qazı 
emal etmək və təmizləmək üçün dizayn edilir, tikilir, istismara verilir və istismar olunur. 
Azərbaycanın neft-qaz yataqlarının istismar obyektlərinin əksəriyyəti işlənmənin sonuncu mərhələsin-
dədir. Bu yataqların çoxunda qalıq ehtiyatların səmərəli mənimsənilməsi problemi ilə rastlaşırıq. Belə 
problemlərin həlli işlənmənin IV mərhələsində süni təsir (su vurma, və s.)üsullarından istifadə etməklə 
qənaətbəxş nəticələr almaq olar. Laylara süni təsir prosesinin layihələndirilməsi üçün onların geoloji-
texnoloji şəraitinin uyğunluğunun təmin olunması prosesinə baxmaq daha uyğundur. 
Cənubi Xəzər Hövzəsində yerləşən zəngin neftqaz ehtiyatlarına sahib olan Neft- Daşları yatağı 
Məsuldar qatın (MQ) Qala lay dəstəsindən 1 saylı kəşfiyyat quyusunu mənimsəməsi zamanı sənaye 
əhəmiyyətli fontanla neft axımı vasitəsilə 1949-cu ildə açılmışdır.Yatağın strukturunun uzunluğu 7 km və 
eni 3 km olmaqla, Xəzərin 45-60 m dərinlikli açıq dəniz sahəsində yerləşir. Qazılmış neftçıxarma və 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
406 
suvurma quyularına, uzunluğu 200 km-dən çox olan, estakadadan xidmət edilir.Yataq qırılmalar vasitəsi ilə 
6 tektonik bloka bölünmüşdür və yataqda MQ-ın 26 obyekti iştirak edir ki, bu obyektlərində hamısı 
məhsuldar obyektlərdir. Hazırda burada 22 obyekt istismar olunur. İşlənmənin əvvəlindən başlayaraq 
yataqdan 169612 min t. neft, 13145 mln m
3
həll olmuş qaz hasil edilmişdir. Yataq üzrə son neftvermə əmsalı 
0.49, cari neftvermə əmsalı isə 0.46 təşkil edir. İşlənmənin əvvəlindən yatağda 1804 quyu qazılmış, istismar 
fondunda olan quyuların sayı 338-dir . Gündəlik orta neft hasilatı bir quyu üçün 7.1 t, maye üçün isə 11.6 t 
təşkil edir . 
Qalıq ehtiyatların səmərəli mənimsənilməsi problemi Neft Daşları yatağı III tektonik blokunda QD
2
istismar obyektinə də aid edilir. Buna görə də istismar obyektinin ilk növbədə qalıq neft ehtiyatlarının sahə 
üzrə paylanması və s. məsələlərinə baxılmalıdır. İstismar obyekti ehtiyatlarının səhə boyunca paylanmasını 
müəyyənləşdirmək çoxölçülü geoloji-geofizikı və mədən məlumatlarının toplanması, tətbiqi və alınan 
nəticələrin kompleks istifadəsilə bağlıdır. Hər bir quyu üzrə mədən-geofiziki məlumatlar toplanır, emal 
edilir, effektiv qalınlıq, məsaməlik, neftlədoyma parametrlərinin qiymətləri təyin edilir. Sahə boyunca xətti 
ehtiyatların paylanmasının müəyyən olunması kraykinq və həcm üsulunun kompleks istifadəsi ilə həyata 
keçirilir. İstifadə olunan metodika xüsusi alqoritm, proqram əsasında realizə edilir və aşağıdakıları özündə 
əks etdirir: quyular üzrə geoloji-geofiziki parametrlərin qiymətlərini nəzərə almaqla xətti ehtiyatlarının 
paylanması; toplanmış neft hasilatının səhə üzrə paylanması; qalıq (geoloji və çıxarılabilən) neft 
ehtiyatlarının sahə üzrə paylanması xəritələri. 
Layların neftverimini artıran təsir üsullarının effektli istifadəsinin geoloji-texnoloji səciyyəsi bəzi 
alimlərin təsnifat modellərində qeyd edilmişdir. Müəyyən olunmuşdur ki, bu üsulların tətbiqində dörd para-
metr əhəmiyyətli rol oynayır. Həmin parametrlərə lay şəraitindəki neftin özlülüyü, istismar obyektinin yatım 
dərinliyi, kollektor süxurların keçiricilyi, neft ehtiyatlarından istifadə dərəcəsi daxildir. Məhz həmin 
parametrlərin qiymətlərinə istinad edərək təsnifat modeli yaradılmışdır ki, bu da layların neftverimini artıran 
təsir üsullarının tətbiq dairələrini aşkar etməyə imkan yaradır. Bunlara lay şəraitində neftin özlülüyü, istismar 
obyektlərinin yatım dərinliyi, kollektor süxurların keçiriciliyi, ehtiyatlardan istifadə dərəcəsi aiddir.
Təkmilləşdirilmiş kompleks sahəvi araşdırma (KSA) üsulu ilə Neft-Daşları yatağında MQ-ın QALD-
nin - QA

, QA
1
, QA
2
, QA
3
horizontları üzrə: yataqda qazma zamanı quyularda geofiziki üsullarla tədqiqat; 
işlənmə dövründə tədqiqat obyekti üzrə toplanmış mədən geologiyası məlumatları; tədqiqat obyekti üzrə 
işlənmə dövründə toplanmış dinamik rejimdə mədən geofizikası və hidrodinamiki üsulları ilə ölçülmüş quyu 
tədqiqatı məlumatları əsasında tədqiqat işləri yerinə yetirilmişdir. 
Nəticələr:
- QALD-nin işlənmə dövründə süzgəc açma mərhələlərini nəzərə almaqla, quyulardan çixarılan neft 
və vurulan su həcmiləri haqqında geoloji məlumatlarını toplayib təhlil edərək, ayrı-ayrı horizontların 
kəsilişdə bölgüsünü aparmaqla, drenaj və vurulan su ilə əhatə radiuslarının təyin edilməsi; 
- məsaməlik və qazıma dövrü üçün horizontlar üzrə neft-qazladoyumluq parametrlərinin petrofiziki 
modellərinin tərtib edilməsi; 
- ilkin balans neft ehtiyiyatından çixarılan neft həcmi tapılmaqla, neftvermə əmsalı ilə ilkin neft-
qazladoyma əmsalından hər bir horizontun quyu kəsilişində cari neft-qazladoyumluq əmsalı hesablanaraq, 
təhlil edilib tapılan orta qiymətlərin əsasında, obyektin cari neft-qazladoyumluq parametrlərinin petrofiziki 
modellərinin tərtib edilməsi; 
- horizontların tektonik bloklar üzrə ilkin və qalıq balans neft ehtiyatlarının dəyərləndirilməsi. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   480   481   482   483   484   485   486   487   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə