Ministry of education of azerbaijan republic sumgayit state university


- Struktur xəritələrin tərtib edilməsi



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə486/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   482   483   484   485   486   487   488   489   ...   579
magistr2021 3 2


- Struktur xəritələrin tərtib edilməsi;
 
- Ərazinin geoloji quruluşunun öyrənilməsi, tektonik pozğunluqların zonalarının müəyyənlədirilməsi 
və izlənməsi; 
 
- Karbohidrogen kəşfiyyatı üçün perspektivli sahələr daxil olmaqla ətraf mühitin parametrlərinin 
proqnozlaşdırılması; 
 
- Neft-Daşları yatağının III tektonik blokunda QD
2
istismar obyektinin qalıq ehtiyatlarının səmərəli 
mənimsənilməsi yolları araşdırılmışdir. Kraykinq analizinin köməyi ilə ehtiyatların paylanma xəritələri tərtib 
olunmuş və qalıq ehtiyyatlarının lay üzrə deferensasiyası müəyyənləşdirilmişdir; 
- Gələcək geoloji kəşfiyyatın təşkili üçün prioritet sahələrin müəyyənləşdirilməsi. 
DİYARŞÜNASLIĞIN ÖYRƏNİLMƏSİNDƏ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ
COĞRAFİYA DƏRSLƏRİNİN ƏHƏMİYYƏTİ 
 
Bağırova Z.Ə. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:
 
bagirovazeynab97@gmail.com
 
Hər hansı bir sivil cəmiyyətin məqsədi şəxsiyyətin hərtərəfli harmonik inkişafıdır. Bu məqsəd müasir 
məktəb qarşındada durur Bu gün, sürətli tərəqqi dövründə, kompüterləşmə əsrində uşaqlar onları əhatə edən 
ətraf aləmə fikir vermirlər. 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
408 
Uşağa doğma təbiətin gözəlliyini görməyi, onu qorumağı və sevməyi öyrətmək coğrafiya müəlliminin 
vəzifələrindən biridir. Dərsdə hər şeydən əvvəl təbiət, iqlim xüsusiyyətləri və doğma diyar haqqında biliklərə 
yönəldilən bilik istəyi yaranır. 
Ölkənin və bütün dünyanın təbiətinin öyrənilməsi öz diyarının təbiəti ilə müqayisəyə əsaslanmalıdır 
ki, bu da uşaqların şəxsi təcrübəsinə, müşahidələrinə və dünyagörüşünə arxalanmağa imkan verir. 
Vətənə məhəbbət doğma yerlərinə - insanın doğulduğu, böyüdüyü, yaşadığı şəhərə, kəndə sevgi ilə 
əlaqədardır. Son vaxtlarda Azərbaycanda doğma diyarın öyrənilməsi probleminə maraq kəskin şəkildə 
artmışdır.
Diyarşünaslığa olan maraq cəmiyyətin obyektiv ehtiyacları, öz Vətəninin təbii və sosial-mədəni 
dəyərlərinə qayğı ilə yanaşan vətəndaşın şəxsiyyətini formalaşdırmağın zərurətindən irəli gəlir. Eyni 
zamanda şagirdin şəxsi xüsusiyyətlərinin formalaşması istiqamətində bir oriyentasiya gedir, bunlar arasında 
birinci yerə aşağıdakılar qoyulur: "öz xalqını, torpağını, vətənini sevən". Verilən xarakteristikanın 
formalaşmasında xüsusi rol diyarşünaslığa ayrılmışdır. 
Diyarşünaslığın əsas məqsədi ümumbəşəri mədəniyyət dəyərlərinə bələd olmuş, humanizm, azadlıq, 
demokratiya ideallarını mənimsəmiş və ölkəsinin taleyindən məsul olan bir şəxsiyyətin formalaşmasıdır. 
Coğrafiyanın tədrisində diyarşünaslıq yanaşması böyük əhəmiyyət kəsb edir, o məktəblilərə görməyi, hiss 
etməyi, müşahidə etməyi, yaratmağı öyrədir.
Şagird üçün diyarşünaslıq materiallarının aşılanması dünyanın təbiətinin və təsərrüfatının 
öyrənilməsinə açılan bir “pəncərə”dir. Bu doğrudan da belədir. Coğrafiyanın öyrənilməsi əslində birbaşa 
diyarşünaslıqdan başlayır. 
Məktəb şagirdlərə sistemləşdirilmiş bilik verir və burada öz regionları barədə məlumat əldə edilir, 
şagirdləri əhatə edən, təbiətə, tarixə, öz xalqının mədəniyyətinə qayğı ilə yanaşma münasibətləri aşılanır.
Coğrafiya təhsilində əsas problem nəzəri biliklərlə praktiki tətbiq arasındakı boşluqdur. Məktəblilər 
böyük anlayış kütləsi öyrənirlər, amma praktikada öyrənilən materialın yalnız 20-30% -i ilə qarşılaşırlar. 
Şagirdlər tədris materialını öyrənərkən təpələrin, çay terraslarının, yarğanların, bulaqların, 
bataqlıqların, göllərin coğrafi modelləri və fotoşəkilləri ilə tanış olur, lakin həyatda bu təbii obyektlərlə son 
dərəcə nadir hallarda qarşılaşırlar.
Buna görə də, məktəb coğrafiya diyarşünaslığı nəzəriyyə ilə təcrübə arasında "körpü" ataraq 
bu boşluğu doldurma işini həyata keçirir. 
Coğrafiya dərslərində diyarşünaslıq materiallarından istifadə 
şagirdlərin daha dərin və daha güclü biliklərinin formalaşmasına, uşaqların ətrafdakı təbiətin gözəlliyini 
bilməsinə kömək edir, yaradıcılıq güclərini oyadır və mənəvi cəhətdən inkişafa səbəb olur. 
Məktəb təcrübəsi tələbələrin ciddi şəkildə diyarşünaslıq biliklərinə sahib olmalarını tələb edir. 
Coğrafiya dərsləri üçün material toplanmasında öz diyarları ərazisində diyarşünaslıq ekskursiyalarının, 
turistik səfərlərin və yay ekoloji ekspedisiyaların keçirilməsi əhəmiyyət kəsb edir. Bu, misilsiz diyarşünaslıq 
materiallarının toplanmasına, dərsin məzmununun canlandırılmasına, daha maraqlı və təsirli olmasına kömək 
edir. 
Coğrafiyanın tədrisində diyarşünaslıq prinsipinin tətbiqi müəllimdən müxtəlif metod və priyomların 
bacarıqlı əlaqəlndirilməsini tələb edir. Coğrafiya müəllimi coğrafiya elminin bütün tədqiqat metodlarından 
xəbərdar olmalıdır(müqayisəli, kartoqrafik, statistik və s.). O, diyarşünas, ölkəşünas tədqiqatçı olmalıdır. 
Yaşadığı yerin coğrafiyasını bilməli, ərazidə praktiki işlərin və ekskursiyaların aparılması zamanı daha çox 
mənalı yerlərin seçilməsində kömək etməyi bacarmalıdır. Coğrafiyanın öyrənilməsində diyarşünaslıq 
prinsipinin həyata keçirilməsi öyrənilən mövzunun məzmunun həyatla daima əlaqələndirilməsinə köməklik 
edir. 
Bəzi hallarda coğrafi anlayışların mənimsənilməsi regionun bilavasitə öyrənilməsi; digər hallarda -
doğma yerlər haqda mövzuya uyğun hər hansı bir rayon və ya hətta ölkələr barədə söhbət etmək yolu ilə baş 
verir, dərslərdə şagirdlər diyarın coğrafiyasının məlum anlayışlarına əsaslanaraq doğma yurdun və bəzi xarici 
ölkərin təbiətini və təsərrüfatının xüsusiyyətlərini başa düşürlər.
Nəhayət, dərslərdə yerli məlumatlar əsasında tərtib edilmiş təbii və illüstrativ əyani vəsaitlərin dərslərə 
tətbiqinin də fənn proqramının mənimsənilməsinə kömək edəcəkdir. 
Müasir kompüter texnologiyası, interaktiv lövhələr, rəqəmsal kamera, skaner və geniş İnternet 
mənbələrindən istifadə edərək dərsi müşaiyət etmək üçün əla elektron təqdimatlar edilə bilər. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   482   483   484   485   486   487   488   489   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə