Ministry of education of azerbaijan republic sumgayit state university


MƏKTƏBLƏRDƏ COĞRAFİYA FƏNNİNİN TƏDRİSİNDƏ MÜASİR TƏLİM FORMALARININ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə483/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   479   480   481   482   483   484   485   486   ...   579
magistr2021 3 2

MƏKTƏBLƏRDƏ COĞRAFİYA FƏNNİNİN TƏDRİSİNDƏ MÜASİR TƏLİM FORMALARININ 
HƏYATA KEÇİRİLMƏSİ
 
Ağayev E.Ş. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:
 
emil.aqayev.1992@mail.ru
Tədris prosesinin təşkili və təlimin effektivliyi, şagird fəaliyyətinin təşkili formalarından çox 
asılıdır.Coğrafiya dərslərinin təşkili üçün üç forma əsas götürülür: frontal, fərdi, kollektiv. 
Müəllim və şagirdlərin səviyyə fəallığını eyni səviyyədə təşkil etmək üçün frontal formadan istiadə 
olunur. Coğrafiya dərslərində əyani vəsaitlərlə iş zamanı və xəritə üzərində aparılan işlərdə də bu təşkilat 
formasına üstünlük verilir yəni, frontal forma əyani izahedici, problemli şərh, reproduktiv tapşırıqlarla birgə 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
405 
təşkil olunur. Frontal forma orta səviyyəli şagirdlərdə daha yaxşı nəticələrə səbəb olur.Bu formanını mənfi 
tərəfi zəif və güclü səviyyəli şagirdlərin maraq dairəsini əhatə edə bilməməsidir. 
Coğrafiya fənninin müasir təlimində 4 iş forması nəzərdə tutulmuşdur: kollektiv, qruplarla iş, cütlərlə 
iş və fərdi iş. Hər bir təlim forması dərsin məqsədindən asılı olaraq seçilir və şagirdlərin fəaliyyətləri bu 
forma üzərində qurulur. 
Müəllim təlim formasını seçərkən;
 
dərsin məzmun standartını, dərsin aparılacağı təlim üsulunu,təlimin 
əsas məqsədini, təlim nəticələrini, təlim prosesindəki şagirdlərin sayını

nəzərə almalıdır.


 
Təlimin fərdi forması şagirdin tək başına gördüyü fəaliyyət nəzərdə tutulur. Şagirdlər öz templəri ilə 
işləyirlər, öz biliklərindən daha da əmin olurlar. Fərdi təlim formasının müsbət cəhəti şagirdin sərbəst 
düşünməsini imkan yaratmasıdır. 
Fərdi işlərdən dərsin bütün mərhələlərində istifadə oluna bilər.Bu formadan aşağıdakı tapşırıqların həll 
olunmasında istifadə etmək olar: Yeni nəzəri biliklərin mənimsənilməsi və möhkəmləndirilməsi, bacarıqların 
formalaşdırılması və möhkəmləndirilməsi bilik, bacarıq və vərdişlərin yoxlanılması və qiymətləndirilməsi. 
Təlimin kollektiv forması şagirdlərdə əqli inkişafa kömək edir. Kollektivlə işləmək, kollektiv 
fəaliyyətə alışmaq bacarığının bünövrəsi qoyulur, şagirdlərdə ünsiyyət yaratma bacarığının təşəkkülü və 
inkişafı təmin edir. 
İnteraktiv təlim zamanı daha çox qrup iş formasına üstünlük verilir. Qrup təşkilat forması dərsin 
təhsilverici, tərbiyəedici və inkişafetdirici məqsədlərinin həyata keçirilməsində böyük rol oynayır.Qrup 
formasının müsbət cəhəti şagirdlərin müzakirə etmək, fikir mübadiləsi aparmaq, mühakimə yürütmək və 
birgə fəaliyyət bacarıqlarının inkişaf etdirilməsidir.Təlimin təşkili zamanı qrup formasından istifadə edərkən 
şagirdlərin sayını nəzərə alınmaqla, qruplara bölünür.Hər qrupa bir qrup rəhbəri təyin edilir. Hər qrupa fərdi 
tapşırıq verilir. Qruplar öz aralarında iş bölgüsü aparır. Tədqiqata başlanılır. Qruplar fikir bildirir,sərbəst 
şəkildə digər qrupların suallarına cavab verir. 
Müəllim verdiyi tapşırıqları əvvəlcədən müəyyənləşdirməli və planlaşdırmalı,dərs zamanı 
materialı.Verilən iş təyin edilmiş zaman ərzində həyata keçirilir.Müasir dərsin təşkilində müxtəlif mövzuları 
həllində qrup təşkilat formasından istifadə olunur.Yəni, hər bir qrup mövzunun fərqli predmentini tədqiq 
edir. Məsələn, Respublikanın təbii vilayətləri,xarakterik xüsusiyyətləri və ölkənin təbiətinə aid tapşırıqlar 
verilir. 
Cütlərlə iş təşkil olunarkən, müəllim zəif səviyyəli şagirdlə güclü şagirdi birləşdirir. Beləliklə, güclü 
şagird bilik və bacarığını zəif şagirdə öyrədir, bu zəif şagirdlərə kömək məqsədilə təşkil olunur. Eyni 
zamanda güclü şagird zəif şagirdə tapşırıqların izahı, həlli ilə köməklik göstərərkən problem özü öyrənir və 
daha yaxşı dərk edir. Öyrənməyin ən yaxşı yolu öyrətmək olduğu üçün bu təşkilat formasından cütlərin hər 
biri məmnun qalır. Tədris prosesində cütlər tapşırıqları birgə yerinə yetirirlər. Bu təşkilatı forma dərsi keçilən 
zaman şagirdlərin əməkdaşlıq etməyə, tapşırıqları, məsuliyyəti bölüşməyə imkan yaradır. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   479   480   481   482   483   484   485   486   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə