|
Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
404
Ətraf mühitin çirklənməsi nəticəsində dəyən zərərin iqtisadi qiymətləndirilməsi aşağıdakı çirklənmə
növləri üzrə aparılır: havanın çirklənməsi, suyun çirklənməsi, torpağın çirklənməsi, təbiətin fiziki amillərlə
çirklənməsi, bioloji mənbələrə zərər.
Mütəxəssislər ətraf mühitin çirklənməsinin bütün növlərindən dəyən ziyanın müəyyənləşdirilməsi
üçün metodlar hazırlamışlar. Qarşısı alınan zərərin dəyərini müəyyən edən əsas amillərdən biri ekoloji
proqramların icrasına nəzarət hesab edilir. Məzmunca bu müxtəlif idarəetmə səviyyələri və müəssisənin
bölmələri üçün ekoloji idarəedilməsinin məqsəd və vəzifələri sistemindən ibarətdir.
Ekoloji-iqtisadi ziyanın qiymətləndirilməsinə dair mövcud yanaşmaları ümumiləşdirərək, onu sxematik
olaraq iki komponent şəklində təqdim etmək olar: pulla ifadə olunan təbii itkilər və mənfi nəticələrin aradan
qaldırılmasına və ya deqradasiyaya uğramış resursların əvəzlənməsinə sərf edilən xərclər.
Təbii zərərin məbləği (P
i
), eləcədə onun təsərrüfat fəaliyyətinə göstərdiyi təsirin aradan qaldırılmasına
sərf edilən xərclər (Z) iqtisadi zərərin dəyərini (U) müəyyənləşdirir. Ümumi halda, bu asılılıq aşağıdakı
kimidir:
)
,
(
Z
P
f
U
i
Təbii itkilərə, ilk növbədə, təbii ehtiyatın birbaşa məhv edilməsi və bu cür məhv nəticəsində
iqtisadiyyata birbaşa ziyan vurulması daxildir.Məsələn, faydalı qazıntıların açıq şəkildə çıxarılması, sənaye
obyektlərinin inşası üçün kənd təsərrüfatı sahələrinin ayrılması, su anbarları tikintisi zamanı və s. torpaqların
məhv edilməsi buna misal ola bilər.
Meşələrin yanğınlardan, qırılmalardan və havanın çirklənməsindən məhv olması birbaşa itkilərə səbəb
olur. Bəndlərin inşası zamanı, su obyektləri zərərli maddələrlə çirkləndikdə, su hövzələrinin termal
çirklənməsi və mavi yaşıl yosunların inkişafı nəticəsində suda oksigen tərkibinin azalması nəticəsində
birbaşa ziyan vurulur
Birbaşa itkilərdən (təbii zərərdən) başqa, ekoloji-iqtisadi ziyana, təbii mühitin çirklənməsi və ya
tükənməsinin nəticələrinin aradan qaldırılması zərurətindən yaranan xərclər də daxildir.
Onların dəyəri bu
təsirin müxtəlif iqtisadi obyektlərə mənfi təsirlərini kompensasiya etmək xərcləri ilə müəyyən edilir.
Bu, ilk
növbədə təmizləyici qurğuların quraşdırılması və istismarı xərcləridir.
Onların dəyəri gözlənilən təmizlənmə
dərəcəsindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir: təmizləmə yüksəldikcə təmizləyici qurğuların xərcləri
də getdikcə artır.
Havanın çirklənməsindən yaranan zərər, verilən ərazi daxilində çirkləndirici maddələrin (μ) vahid
toksikliyə gətirilmiş ümumi kütləsindən (şərti ton / il), bir şərti ton tullantınınn xüsusi zərərinin (γ)
dəyərindən, mənbə (f) tərəfindən yayılan çirkləndiricilərin seyrəlmə xüsusiyyəti və şəraitləri və ərazilərdə
havanın çirklənməsinin nisbi təhlükəsini (σ) nəzərə alan ölçüsüz əmsallardan asılıdır.
Bütün bu göstəricilərin
hesablanması da olduqca mürəkkəbdir. Yuxarıda göstərilən parametrlər nəzərə alınmaqla atmosfer
çirklənməsindən illik zərərin qiymətləndirilməsi aşağıdakı düsturla müəyyən edilə bilər:
а
У
а
Su hövzələrinin və torpağın çirklənməsindən itkilər oxşar şəkildə hesablanır.
Beləliklə, ekoloji-iqtisadi ziyan mürəkkəb bir dəyərdir və müxtəlif təbii mühitlərin - hava hövzəsinin,
su mənbələrinin, torpaqların, meşə ekosistemlərinin və s.-nin çirklənməsindən müəyyən növ ətraf mühitə
dəyən zərərdən ibarətdir.
Dostları ilə paylaş: |
|
|