Ministry of education of azerbaijan republic sumgayit state university


TORPAQLARIN MORFOLOJİ ƏLAMƏTLƏRİ, MEXANİKİ VƏ FiZİKİ XÜSUSİYYƏTLƏRİNİN



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə478/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   474   475   476   477   478   479   480   481   ...   579
magistr2021 3 2

TORPAQLARIN MORFOLOJİ ƏLAMƏTLƏRİ, MEXANİKİ VƏ FiZİKİ XÜSUSİYYƏTLƏRİNİN 
ÖYRƏNİLMƏSİ METODİKASI 
 
Abdullayeva T.C. 
Naxçıvan Dövlət Universitet 
E-mail:
 
tugay444@icloud.com 
 
Torpaq insan həyatında mühüm əhəmiyyət kəsb edən ən mühüm təbii ehtiyatlardan biridir. Torpaq 
mühitini nəinki torpaqşünaslar öyrənməklə, hətta bütün insanlar onu göz bəbəyi kimi qorumalıdır.
Aparılmış torpaq tədqiqatlarının istiqamətindən asılı olmayaraq, bütünlükdə hamısı torpaq mühitinin 
qorunmasına və münbitliyinin artırılmasına xidmət edir.
Son dövrlərdə qəbul olunmuş "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" da bu 
məsələlərə xüsusi yer verilmişdir. Məhz, bu istiqamətdə, yəni torpaq mühitinin və ərazinin ekoloji şəraitinin 
qorunması üçün ümumitəhsil məktəb şagirdlərinin üzərinə də mühüm vəzifələr düşür .
Bu baxımdan muxtar respublikada torpaqların münbitliyinin artırılması üçün ərazidə müasir 
metodikalar üzrə ərazidə aparılan tədqiqatlar aktuallıq təşkil edir.


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
401 
Tədqiqatın əsas məqsədi torpaq sahələrində torpaqların münbitliyinin artırılması üçün onların 
morfoloji, fiziki və mexaniki xassələrinin öyrənilməsindən ibarətdir.

Tədqiqat obyeki kimi Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin akademik Həsən 


Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin torpaq sahələri götürülmüşdür.Mövzu yerinə yetirilərkən 
müstəqillik dövründə ölkəmizdə təhsil haqqında qəbul olunan Yeni islahatlar və Dövlət Proqramına uyğun 
olaraq uzun müddətli perspektiv planların müddəalarından, coğrafiyanın tədrisi metodikasına, 
torpaqşünaslığa aid metodikalardan, uyğun ədəbiyyat, çöl, xəritə və internet saytlarından materiallar 
toplanmışdır.
Tədqiqat işində eyni zamanda tarixin ayrı-ayrı inkişaf mərhələlərində xarici ölkələrdə, o cümlədən 
Azərbaycan və Naxçıvan MR-də coğrafiyanın tədrisi metodikasına aid tədqiqat aparan alimlərin 
monoqrafiya, metodik vəsait, xəritə materialları və müasir tələblərə cavab verən iş təcrübələrindən istifadə 
olunmuşdur.
İşin əsas məzmununda seçilmiş torpaq sahələrində torpaqların münbitliyinin artırılması üçün onların 
morfoloji, fiziki və mexaniki xassələrinin öyrənilməsi üçün nümunələrin götürülməsi üçün torpaq kəsimləri 
qoyulur. Aparılan tədqiqatın məqsədindən asılı olaraq dörd müxtəlif böyüklükdə kəsim aparılır (Şəkil 1):
- Dərin kəsim;
- Tam (ikinci dərəcəli) kəsim; 
- Yarım kəsim;
- Dayaz kəsim. 
Şəkil 1.
Şəkil 2 
Torpaq sahələrində torpaqların münbitliyinin artırılması üçün onların morfoloji, fiziki və mexaniki 
xassələrinin öyrənilməsi üçün nümunələrin götürülməsi üçün torpaq torpaq burundan da istifadə olunur 
(Şəkil2). 
Sahədə torpaq kəsimi qoyulduqdan və yaxud Torpaq burundan istifadə etməklə ilk növbədə götürülən 
nümunələrin morfoloji əlamətləri müəyyənləşdirilir. Torpaqəmələgəlmə prosesləri nəticəsində ana dağ 
süxurdan torpaq törəyir. O, bir sıra vacib xassə və əlamətlər əldə edir, onda torpaqəmələgətirən süxurda 
olmayan yeni maddələr yaranır. Torpaq genetikhorizontlara parçalanır və yalnız ona məxsus xarici və ya 
morfoloji əlamətlər əldə edir.
Beləliklə, torpaqtorpaqəmələgətirən süxurdan təkcə münbitliyinə görə deyil, morfoloji əlamətlərinə 
görə də fərqlənir. Morfoloji əlamətlərinə görə torpağı ana süxurdan, bir torpağı başqa torpaqdan ayırmaq, 
həmçinin torpaqəmələgəlməprosesinin istiqamətini və özünü ifadəetmə dərəcəsini fərqləndirmək 
mümkündür.Torpağın əsas morfoloji əlamətləri. Torpağın əsas morfoloji əlamətlərinə torpaq profilinin 
quruluşu, torpağın və ayrı-ayrı horizontların qalınlığı, rəngi, qranulometrik tərkibi, strukturu, kipliyi, yeni 
törəmələr və s. aid edilir.
Torpaq profilinin quruluşu-torpaq horizontlarının şaquli istiqamətdə aşağıya doğru müəyyən 
qaydadadüzüldüyü torpaq profilinin xarici görünüşüdür. Horizontlar bir-birindən rənginə, strukturuna, 
kipliyinə və başqa morfoloji əlamətlərinə görə fərqlənir. 
Torpaqların mexaniki tərkibi. Torpaq müxtəlif dərəcədə xırdalanmış mineral və qismən üzvi hissələrin 
qarışığından ibarətdir. Müxtəlif böyüklükdə hissəciklərin faizlə ifadə olunan nisbi miqdarı torpağın mexaniki 
tərkibi adlanır (Şəkil 3). 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   474   475   476   477   478   479   480   481   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə