Ministry of education of azerbaijan republic sumgayit state university



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə491/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   487   488   489   490   491   492   493   494   ...   579
magistr2021 3 2

 
Bayramova İ.İ. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail: 
ilbayramova95@gmail.com
 
 
Məlum oldugu kimi, Azərbaycanda çıxarılan neftin və qaz-kondensatın 90 %-i məhsuldar qat 
çöküntüləri verir. Bununla ələqədar olaraq da, bu çöküntülərin daha ətraflı öyrənilməsi onların quruluşunun 
və formalaşma şəraitinin ətraflı tədqiqi çox böyük nəzəri ə təcrübi əhəmiyyət kəsb edir. Məhsuldar 
çöküntülərin genezisini bilmək neft-qaz yataqlarının istismarı zamanı qısa zaman ərzində yataqların 
işlənməsnin optimal sisteminin elmi əsaslandırlmasına şərait yaradır.
Son illərdə Abşeron yarımadasının neft-qaz regionunun
 (
NQR)
 
Məhsuldar Qatının quruluşu və onun 
kollektor və ekran süxurları haqqında yetərincə məlumatlandırıcı faktiki materiallar toplanmışdır. Lakin 
neftlilik-qazlılıqla əlaqədar olan kollektorların litofasial xüsusiyyətləri və onların əmələgəlmə şəraiti hələ də 
lazımi səviyyədə öyrənilməmişdir. Bununla əlaqədar olaraq mədən geofiziki və seysmik kəşfiyyat 
materiallarının kompleks araşdırılması, Abşeron yarımadasının neft-qaz regionunun (NQR) MQ 
çöküntülərinin mənşəyi, litologiyası və əmələgəlmə şəraiti haqqında əsaslı tədqiqatların aparılması aktuallığı 
vacib əhəmiyyət kəsb edir. 
Təqdim olunan tədqiqat işində QGT üsullarının kompleks karotaj diaqramlarından istifadə etməklə, 
hər bir quyu kəsilişi üçün laylar üzrə nisbi gillilik və effektiv məsaməliyin qiymətləri təyin edilmişdir. Daha 
sonra onların dərinlikdən asılılıq əyriləri qurulmuşdur. «Karotaj fasiyalarının kəmiyyət modeli»nə uyğun 
olaraq quyuların kompleks karotaj diaqramlarından və nisbi gilliliklə effektiv məsaməliyin dərinlikdən 
asılılıq əyrilərindən birgə istifadə etməklə, Abşeron yarımadasının neftli-qazlı regionunda MQ-ın lay 
dəstələri üzrə çökmə süxurların litofasial təhlili aparılmış və çökmə süxurların fasial tərkibi təyin edilmişdir.
Bu tədqiqatda həmçinin Abşeron yarımadasının neftli-qazlı regionunda MQ-ın lay dəstələri üzrə axın, 
bar və çimərlik düzənliyi mənşəli fasiyaların qalınlıqlarının, effektiv məsaməliyin və həcmi gilliliyin tədqiqat 
profilində yerləşən strukturlar üzrə dəyişməsini nəzərə alan üçölçülü fəza modelləri qurulmuşdur.
Daha sonra bu modellərin köməyi ilə bir neçə məsələnin yəni sahə üzrə neft-qaz ehtiyatının dəqiq 
hesablanması, yeni quyuların qazılması və layihələndirilməsi, həmçinin istismar sxeminin dəqiqləşdirilməsi 
kimi məsələlərin öyrənilməsi vacib əhəmiyyət kəsb edir. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   487   488   489   490   491   492   493   494   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə