|
Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
419
MİL DÜZÜ TORPAQLARININ AQROFİZİKİ XASSƏLƏRƏ GÖRƏ QRUPLAŞDIRILMASI
VƏ XƏRİTƏ-SXEMLƏRİNİN TƏRTİBİ
Əhmədov Y.E.
Bakı Dövlət Universiteti
E-mail:
kocerlisemender@gmail.com
Torpağın münbitliyinin artırılmasında və məhsuldarlığının yüksəldilməsində onun aqrofiziki
xassələrinin öyrənilməsi mühüm məsələlərdən biridir. Çünki, torpağın su, hava və qida rejimi onun
aqrofiziki xassələrindən bir başa asılıdır. Ona görə də bu məsələ olə bir çox xarici və yerli tədqiqatçılar
məşğul olmuş və öz fikirlərini söyləmişlər. Bütün bu işləri nəzərə alaraq biz tədqiqatlarımızı Mil düzü
torpaqlarında aparmışıq.
Mil düzü Kür-Araz ovalığının bir hissəsi olub, Kür və Araz çayları arasında yerləşir. Ərazi şimal və
şimal-şərqdən Kür çayı, cənub- qərbdən Kiçik Qafqaza aid yüksəkliklər, şərqdən Araz çayı və qərbdən isə
Qarqar çayı ilə sərhədlənən və ümumi sahəsi 3570 km
2
sahəni əhatə edir.
Mil düzünün yerləşdiyi ərazi şimal-şərq hissədə dəniz səviyyəsindən -15 m aşağı olub, cənub-qərbdə
100-150 m hündürlüyə qədər yüksəlir.
Ərazinin iqlimi qışı azrütubətli və isti, yayı quru və qızmar keçən yarımsəhra və quru bozqırlara aiddir.
Havanın orta illik temperaturu 14,1
0
C-dir. Yağıntıların orta illik miqdarı 315 mm, orta illik buxarlanma isə
970-1000 mm arasında dəyişir. Tədqiqatçılara görə ərazidə boz, çəmən-boz və boz-çəmən torpaqları vardır.
Mil düzü torpaqları geoloji quruluşundan, torpaq örtüyündən və s. xüsusiyyətlərindən asılı olaraq
müxtəlif göstəricilərə malik olmuşdur.
Bütün bu deyilənlərdən və öz məlumatlarımızdan istifadə edərək ərazinin torpaqlarını ayrı-ayrı
xassələrinə görə qruplaşdırmış və yekunda keyfiyyət göstəricilərinə görə qiymətləndirmişik.
Bildiyimiz kimi torpaqların əsas genetik göstəricilərindən biri onda olan üzvi maddələrin miqdarıdır.
Öyrəndiyimiz ərazidə torpaqların tipindən və dərinliklərindən asılı olaraq humusun miqdarı müxtəlif
olmuşdur. Bunları nəzərə alaraq Muğan düzü torpaqlarında humus ehtiyatının miqdarı hesablanmış onun
ayrı-ayrı qruplar üzrə arealı göstərilmişdir və nəticədə bir metrlik qat üçün 6 qrupda cəmləndirilmişdir.
Birinci qrup humus ehtiyatı 50 t/ha-dan az olan torpaqlar; ikinci qrup 50-100 t/ha; üçüncü qrup 100-150 t/ha;
dördüncü qrup 150-200 t/ha; beşinci qrup 200-250 t/ha; altıncı qrup humus ehtiyatı 250 t/ha-dan çox olan
torpaqlar daxilidir.
Tədqiqat sahəsində humusla paralel torpaqlarda karbonatlığın da miqdarı öyrənilmiş və beş qrupda
birləşdirilmişdir. Birinci qrup torpaqlar, karbonatlığın miqdarı 10%-dən az; ikinci qrup 10,1-10,5%, üçüncü
qrup 10,6-11,0%; dördüncü qrup 11,1-11,5%; beşinci qrup 11,6%-dən çox karbonatlığı olan torpaqlara
aiddir.
Torpağın əsas göstəricilərindən biri də torpağın udma qabiliyyətidir. Bütün tədqiqatçılar göstərir ki,
torpağın fiziki, kimyəvi və bioloji xassələri onun udma qabiliyyətindən bir başa asılıdır. Buna görə də
torpağın aqronomik və meliorativ xassələrinin öyrənilməsində bunun böyük əhəmiyyəti vardır. Tədqiqat
nəticəsində Mil düzü torpaqları udulmuş əsasların miqdarına görə aşağıdakı qruplarda birləşdirilmişdir:
birinci qrup 8 Ca 1Mg 1 Na (hər vahid 10% təşkil edir); ikinci qrup 7 Ca 2Mg 1 Na; üçüncü qrup 6 Ca 3 Mg
1 Na; dördüncü qrup 5 Ca 1 Mg Na; yeddinci qrup 6 Ca 2 Mg 2 Na; səkkizinci qrup 5 Ca 3 Mg 2 Na;
doqquzuncu qrup 4 Ca 4 Mg 2 Na olan torpaqlar daxildir.
Məlumdur ki, torpağın çox xassələri, xüsusilə onun su, hava, qidalanma rejimi və s. onun həcm
çəkisindən asılıdır. Ona görə də həcm çəkinin öyrənilməsi, onun qruplaşdırılması və xəritə-sxemlərinin
tərtibi böyük nəzəri və praktiki əhəmiyyətə malikdir. Bütün bunları nəzərə alaraq Mil düzündə torpaqların bir
metrlik qatında həcm çəkisi öyrənilmiş və qruplara ayrılaraq onun xəritə-sxemi tərtib olunmuşdur.
Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Mil düzündə torpağın həcm çəkisini onun miqdarına görə 5
qrupa birləşdirmək olar. Belə ki, birinci qrupda həcm çəkisinin miqdarı 1,10 q/sm
3
-dən kiçik olan sahələr, II
qrupda 1,11-1,15 q/sm
3
, III qrupda 1,16-1,20 q/sm
3
-olan sahələr, IV qrupda 1,21-1,25 q/sm
3
sahələr, V
qrupda 1,26 q/sm
3
-dən böyük olan sahələr təşkil edir.
Beləliklə, tədqiqatlar nəticəsində məlum olunmuşdur ki, Mil düzündə torpaqların keyfiyyət
göstəricilərinə görə həcm çəkinin miqdarını 5 qrupda, humusun ehtiyatını 6 qrupa, karbonatlığın miqdarını 5
qrupda, udulmuş əsasların miqdarını isə 9 qrupda birləşdirmək olar.
|
|
|