Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə501/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   497   498   499   500   501   502   503   504   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
421 
QUSAR RAYONUNDA BİTKİÇİLİYİN ƏRAZİ TƏŞKİLİ 
 
Eminova Ə.M. 
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu 
E-mail:
 
esmeteminova1@gmail.com 
 
Qusar rayonu Quba-Xaçmaz iqtisadi coğrafi rayonunun tərikinə daxildir. Sahəsi 1542 km
2
olan 
rayonda 1 şəhər (Qusar), 1 qəsəbə (Samur), 88 kənd vardır. Relyefinə görə Qusar rayonu ovalıq, dağətəyi və 
dağlıq hissələrə bölünür.Torpaq örtüyü şabalıdı, boz-qonur, dağ-çəmən və dağ-meşə torpaqlarından 
ibarətdir. Qusar rayonunda kənd təsərrüfatında bitkiçiliyin öyrənilməsi aktual mövzudur. Çünki bu ərazi, 
əsasən, bitkiçilik regionudur. İqtisadi-coğrafi baxımdan ərazinin bitkiçiliyi demək olar ki, öyrənilməmişdir. 
Ona görə də Qusar rayonu ərazisində bitkiçiliyin ərazi təşkilinin iqtisadi-coğrafi baxımdan təhlili olduqca 
aktualdır. Bu tədbirlərin Qusar rayonu ərazisində tətbiqinin təhlilinin aparılması vacibdir. 
Qusar rayonunda kənd təsərrüfatında bitkiçilik heyvandarlığa nisbətən daha çox yer tutur. Bitkiçilik 
məhsulları içərisindən dənlilər və dənli paxlalılar, həmçinin buğda, kartof, tərəvəz, bostan bitkiləri, meyvə və 
giləmeyvə, üzüm və s. yetişdirilir. Bitkiçiliyin inkişafı rayonun relyefindən, torpaq örtüyündən, iqlimindən, 
su ehtiyatından asılıdır. Rayon ərazisindən Samur və Qusar çayı keçir. Bu çaylarda suvarmada istifadə 
olunur.
Cədvəl 1. 
Qusar rayonunda dənlilər və dənli paxlalı bitkilər 
İllər üzrə dəyişim, faizlə 
İllər 
2015 
2016 
2017 
2018 
2019 
2015-2019 
Əkin sahəsi (ha) 
28943 
28518 
25012 
24577 26619 
8.03 
İstehsalı (ton) 
60863 
62966 
59606 
53373 73734 
21.1 
Məhsuldarlıq 
(sent/ha) 
21.0 
22.1 
23.8 
21.7 
27.7 
ARSK-nın məlumatları, Kənd təsərrüfatı, Bakı 2015-2019 
Statistik materiallar əsasında müəyyən etmişik ki, illər üzrə dənlilər və dənli paxlalı bitkilərin əkin 
sahəsi 2015-2018-ci illər arasında azalmış, 2019-cu ildə 2018-ci ilə nisbətən 2042 ha. və ya 8.3 % artaraq 
26,6 min ha. olmuşdur. Uyğun olaraq göstərilən illərdə məhsuldarlıq artaraq 27.7 sent/ha, 2015-2017-ci 
illərdə artaraq 23.8 sent/ ha., 2018-ci ildə 2 sent azalaraq cəmi 21.7 sent/ ha. təşkil etmişdir. Qusar 
rayonunda istehsal olunan dənlilər və dənli paxlalı bitkilər Quba-Xaçmaz iqtisadi rayonununda istehsal 
olunan məhsulun 28,8%-ni təşkil edir. 
Cədvəl 2. 
Qusar rayonunda buğda əkinləri 
İllər üzrə dəyişim, 
faizlə 
İllər 
2015 
2016 
2017 
2018 
2019 
2015-2019 
Əkin sahəsi (ha) 
18132 
18812 
16786 
17514 
18444 
1.7 
İstehsalı (ton) 
36790 
43414 
41780 
38209 
51309 
39.5 
Məhsuldarlıq 
(sent/ha) 
20.3 
23.1 
24.9 
21.8 
27.8 
ARSK-nın məlumatları, Kənd təsərrüfatı, Bakı 2015-2019 
Buğda əkininin sahəsi 2015-ci ilə nisbətən 2016-ci ildə 680 ha. artaraq 18,8 min ha. olmuşdur. 
Məhsulun istehsalı da uyğun olaraq 18 % artaraq 43,4 t, məhsuldarlıq hər hektar üçün 23.1 sent. olmaqla, 
13.7 % artmışdır. 2017-ci ildə buğda əkin sahəsinin azalması (10.8 %) uyğun olaraq onun istehsalının da 
(3.8 %) azalmasına səbəb olmuşdur. Məhsuldarlıq isə əksinə (hektar üçün 25 sent olmaqla) 7.8 % artmışdır. 
Buğda əkinlərinin sahəsi 2018-ci ildə 2019-cu ilə nisbətən artım dinamikası ilə davam edərək 17,5 min ha 
(4,3%), əraziyə əkilmişdir. İstehsalı və məhsuldarlığı uyğun olaraq, 8.5 % və 12.4 % azalmışdır. Lakin 
2019-cu ildə buğdanın məhsuldalığı və istehsalı 2015-2019-cu illər ərzində ən yüksək həddinə çatmışdır. 
Əkinin sahəsi 18,5 min ha., məhsulun istehsalı artaraq 51,3 t təşkil etmişdir. Göstərilən dövrdə buğdanın 
əkin sahəsində məhsuldarlıq hər hektara 28 sent. təşkil etmişdir. Qusar rayonunda buğda əkinlərinin 
istehsalının və məhsuldarlığının inkişafı Cədvəl 2-də aydın əksini tapmışdır.



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   497   498   499   500   501   502   503   504   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə