Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə509/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   505   506   507   508   509   510   511   512   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
429 
tərtibatına görə əvvəlki dərsliklərdən xeyli fərqlənirdi. Bu dərsliklərin yazılmasında əsasən prof. 
M.Müseyibov, N.Seyfullayeva, Y.Qəribov O.Alxasov, E.Əlizadə və başqaları iştirak etmişdirlər. 
Bu mərhələdə də əvvəlki dövrlərdə olduğu kimi bir sıra müəlliflər tərəfindən metodik vəsaitlər nəşr 
olunurdu. 2004-cü ildən etibarən yeni islahatlar aparıldı, fənn kurikulumunun hazırlanması və onunla bağlı 
olaraq yeni dərsliklərin yazılması məsələləri yarandı. Məlumdur ki, 2006-cı ildə fənn kurikulumu təsdiqləndi 
və 2008-ci ildə ilk dəfə I siniflərdə tətbiq olundu, dərslik komplektləri nəşr olundu. Kurrikulum islahatı 
aparılmamışdan əvvəl coğrafiya dərsliklərinin məzmununda iki istiqamət ayrılırdı: tədris mətni və 
mətndənkənar komponentlər. Tədris mətninin tərkibinə isə aşağıdakılar daxil idi: 
1. Əsas mətn – elmin əsaslarının,, qanunauyğunluqların, nəzəriyyələrin və anlayışların şərhi daxildir. 
2. Əlavə mətn – bura izahedici mətnlər daxildir. 
Mətndənkənar komponentlərə isə aşağıdakılar daxildir: 
1. İstiqamətləndirici elementlər – bura başlıqlar, siqnallar, simvollar, şriftlərin petit və ya kursivlə 
yazılması aiddir. 
2. Bilik və bacarıqların mənimsənilməsinin təşkili aparatı – bura sual və tapşırıqlar sistemi aiddir. 
3. İllüstrasiyalar – bura xəritə, sxem, şəkil, foto, rəsm, cədvəl, diaqram və s. Aiddir. 
Dərsliyin əsasını mətn təşkil edir və mətndənkənar komponentləri ilə sıx bağlı olur. Dərsliklərdə mətn 
və mətndənkənar komponentlərin nisbəti siniflər üzrə, şagirdlərin yaş səviyyəsində asılı olaraq dəyişir. Mətn 
və mətndənkənar komponentlərin nisbəti daha əvvəllər 66% və 34%-dən daha sonralar isə 56% və 44%-ə 
çatrıımışdır. 
Dərslik hazırlanmasında 3-cü mərhələ 2013-cü ildən başlayaraq bu vaxta qədər olan dövrü əhatə edir 
və bu dövrlərdə kurikulum əsasında yeni dərsliklərin hazırlanıb nəşr olunmasına başlanıldı. Coğrafiya 
kurikulumuna uyğun dərsliklərin hazırlanmasında, qiymətləndirilməsində V.Əfəndiyev, F.İmanov, 
O.Alxasov, N.Seyfullayeva, Z.Eminov, Y.Qəribov, Ş.Hümmətova, Y.Şabanova, İ.Rakçiyeva iştirak etmişdir. 
Eyni zamanda coğrafiya dərsliklərin tərtib olunmasında orta məktəbin coğrafiya müəllimləri də geniş cəlb 
olunmuşdur. Hazırda orta ümumtəhsil məktəblərində istifadə olunan dərsliklər əvvəlki dərsliklərdən istər 
məzmununa, istərsə də illüstrasiya materiallarına görə kəskin fərqlənir. Əsasən də mətndənkənar 
komponentlərin rolu kəskin dəyişmiş, dərsin təhsilverici, inkişafetdirici və tərbiyəedici funksiyalarına da 
müsbət təsir etmişdir. Müasir dərsliklərdə mətnlərdənkənar komponentləri didaktik və öyrədici aparat da 
adlanır. Bunlar da şagirdlərdə təhlil etmək, düşünmək, suallara cavab vermək, sual qoymaq və s. kimi 
bacarıq və vərdişlər formalaşdırır. Azərbaycanda məktəb coğrafiyasının inkişafında islahatlar davam etdirilir, 
yeni dərsliklər, dərs vəsaitləri, tədris vəsaitləri, test-sorğu kitabları çap olunur. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   505   506   507   508   509   510   511   512   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə