Ministry of education of azerbaijan republic sumgayit state university


AZƏRBAYCANIN GEOİQTİSADİ MARAQLARI VƏ İNVESTİSİYA MÜHİTİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə511/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   507   508   509   510   511   512   513   514   ...   579
magistr2021 3 2

AZƏRBAYCANIN GEOİQTİSADİ MARAQLARI VƏ İNVESTİSİYA MÜHİTİ
 
Kərimzadə N.Ə. 
Bakı Dövlət Universiteti 
E-mail:
 
nuray12379@gmail.com 
Azərbaycan Respublikasının 2016-cı il 6 dekabr tarixli “Azərbaycan Respublikasının milli iqtisadiyyat 
prespektivi üzrə Strateji Yol Xəritəsi” ölkənin geoiqtisadi məkanda müəyyən hədəflərinə nail olmaq üçün 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
431 
hazırlanmışdır. Bu məqsədlə ilkin mərhələdə 27 milyard manat həcmində investisiyanın tələb olunacağı 
proqnozlaşdırılmışdır. Bu məbləğin iqtisadiyyatın bütün sahələri üzrə strateji yol xəritələri çərçivəsində tələb 
olunan vəsait idi. 
Hazırda ölkədə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindan biri də xarici 
investisiyaların ölkəyə cəlb olunması və investisiya mühitinin yaxşılaşdırılmasıdır. Ölkənin əlverişli coğrafi 
mövqeyi, siyasi va makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, zəngin təbii 
ehtiyatlar, ixtisaslı işçi qüvvəsi və s. Azarbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə 
çevirir. Bu günədək Azarbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi 
və qarşılıqlı qorunması haqqında 46 saziş imzalanmışdır. Təkcə 2019-cü ildə ölkə iqtisadiyyatına 14,6 
milyard ABŞ dolları həcmində xarici investisiyalar cəlb olunmuşdur. Onların da 50%-dən çoxu qeyri-neft 
sektoruna yönəldilmişdir. 
Cədvəl 1. Azarbaycanda iqtisadiyyata yönləndirilmiş investisiyaların həcmi, mln manat 
Göstəricilər 
illər 
1995 
2000 
2005 
2010 
2015 
2020 
Daxili investisiya 
149,3 
460,3 
2104,9 
7499,2 
9058,5 
12867,1 
Xarici investisiya 
331,4 
829,5 
4628,5 
6619,7 
10998,9 
12119,5 
Cəmi investisiya 
480,7 
1289,8 
6733,4 
14118,9 
20057,4 
24986,6 
Mənbə: stat.gov.az 
Ümumilikdə, 1995-ci ildən 2020-ci ilin sonunadək Azərbaycan iqtisadiyaatına qoyulmuş 
investisiyanın həcmi 221,3 mlrd. manat olmuşdur. Hazırda ölkədə 12 min xarici investisiyalı şirkət fəaliyyət 
göstərir. Bu şirkətlərin 36%-i Türkiyə, 8,3%-i Rusiya, 7,8%-i Böyük Britaniyanın investorlarıdır. 
Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarında artım, o cümlədən özəl sektorun inkişafı Azərbaycanı 
eyni zamanda investisiya ixracatçısına çevirmiş, Türkiyə, Gürcüstan, Rusiya, Monteneqro, Serbiya, İsveçrə 
və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılmışdır. Son illər Azərbaycan şirkətlərinin 
potensialı xeyli artmışdır. Bir sıra ölkələrdə, xüsusən Avropada mühüm infrastruktur layihələrinin icrasında 
özəl şirkətlərimiz aktiv fəaliyyət göstərməyə başlamışdır. 
“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət 
Proqramı” icrasının birinci ilinin yekunlarına əsasən, ticarət və investisiya fəaliyyəti sahəsində məhsullarımız 
yeni bazarlara çıxışını təmin etmişdir ki, bu da ölkəmizin investisiya fəaliyyətinin genişləndirilməsindən 
ibarətdir. Bu məqsədlə müntəzəm olaraq xarici ölkələrə milli sərgilər, biznes forumlar və görüşlər təşkil 
olunur.
Azarbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici ölkələrdə Azərbaycanın 
investisiya mühitinin tanıdılması, həmçinin xaricə ixracın təşviqi ilə əlaqədar bir sıra tədbirlər həyata 
keçirməkdədir.
Çoxşaxəli beynəlxalq şəbəkə sisteminə sahib olan AZPROMO İnvestisiya Təşviqi Agentliklərinin 
Dünya Assosiasiyasının üzvüdür və Mərkəzi Asiya üzrə bölgə direktoru statusuna malikdir. Fond 44 ölkə 
100 eyni fəaliyyət istiqaməti üzrə fəaliyyət göstərən təşkilat ilə əməkdaşlıq və tərəfdaşlıq üzrə memorondum 
imzalayıb. Təkcə 2019-cu ildə beynəlxalq tərəfdaşların iştirakı ilə 119-u ölkəmizdə, 77-si isə xaricdə 
olmaqla, ümumilikdə 196 biznes forum, sərgi, konfrans va digər işgüzar tədbirlər təşkil edilmişdir (
Mənbə: 
http://www.azpromo.az/).
Ölkəmizin iqtisadi uğurlarının xaricdə geniş təbliğ edilməsi Azarbaycanın xarici siyasətinin vacib 
istiqamətlərindəndir. Bu məqsədlə, sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar, yaradılmış əlverişli 
biznes investisiya mühiti, investisiya imkanları daha geniş təbliğ olunmaqdadır. Azərbaycanın tranzit və 
turizm imkanlarının geniş təşviq edilməsi istiqamətində işlər aparılır. 
TAP, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri, şimal-cənub, şərq-qərb magistral avtomobil 
yolları, yeni və müasir standartlara uyğun hava limanları, geniş turizm infrastrukturu ilə bağlı təbliğatın 
aparılması Azərbaycanın artan tranzit va turizm imkanlarından xarici tərəfdaşların faydalanması işinə öz 
müsbət töhfəsini verir. 
Azərbaycanda prioritet istiqamətlərdən biri də hal-hazırda sənaye parklarına, kənd təsərrüfatına, İKT-
nin, turizm və digər sahələrə xarici investisiyaların cəlb olunması təşviq ediləcək, müvafiq sahələr üzrə yeni 
texnologiyaların və rəqabət qabiliyyətli idarəetmə sistemlərinin tətbiqi istiqamətində işlər davam etdirilir. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   507   508   509   510   511   512   513   514   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə