Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə519/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   515   516   517   518   519   520   521   522   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
436 
Şəki-Zaqatala iqtisadi rayonu Azərbaycan Respublikasında daha çox özünün kənd təsərrüfatı 
məhsulları ilə tanınır. Bu iqtisadi rayon ölkə üzrə əmək bölgüsündə tütünçülük, baramaçılıq, çayçılıq, 
gülçülük, çəltikçilik, meyvəçilik, taxılçılıq, üzümçülük və qoyunçuluq sahələrilə təmsil olunur.
Bu regionda kənd təsərrüfatının inkişafına təsir edən müxtəlif amillər vardır ki, onlardan biri də 
ərazinin geoloji quruluşu, torpaq örtüyüdür. Belə ki, Şəki-Zaqatala iqtisadi rayonu bu və ya digər kənd 
təsərrüfatı sahələrinin inkişafına təkan verən dağ-çəmən-meşə, qonur-dağ-meşə, qəhvəyi-dağ-meşə, çəmən-
qəhvəyi, boz-dağ-qəhvəyi, dağ-şabalıdı, şabalıdı, boz, çəmən-meşə və çəmən torpaqları geniş yayılmışdır.
Yuxarıda verilən kənd təsərrüfat sahələri torpaqla, ətraf mühitlə birbaşa əlaqəsi olan sahələrdir. Məhz 
bu səbəbdəndir ki, onların Şəki-Zaqatala iqtisadi rayonunda yaratdıqları geoekoloji problemlər uzun illərdir 
ki, tədqiq edilir, qarşısı alınması tədbirlər işlənib hazırlanır. Belə problemlərə torpaqların qaydasız şəkildə 
gübrələnməsi, mal-qaranın qadağan olunan ərazilərdə otarılması, torpaqdan istifadə normativlərinə riayət 
edilməməsi, suvarılmanın düzgün aparılmaması və s. daxil edilir. 
Şəki-Zaqatala iqtisadi rayonunun sənayesi nisbətən zəif və birtərəfli inkişaf etmişdir. Burada əsas 
etibarilə kənd təsərrüfatı məhsullarını emal edən yüngül və yeyinti sənaye sahələri vardır. Lakin buna 
baxmayaraq, təsərrüfatın bu sahələri də özlərinə məxsus şəkildə Şəki-Zaqatala iqtisadi rayonunda geoekoloji 
problemlər yaradır.
Sadaladığımız bu komponentlər qarşılıqlı mübadilə nəticəsində ümumi bir təbii kompleksi təşkil 
etməklə, regiondakı iqtisadi inkişafa məruz qalır. Göründüyü kimi Şəki-Zaqatala iqtisadi rayonu əsasən kənd 
təsərrüfatı məhsulları ilə seçildiyindən burada torpaqdan istifadə geoekoloji vəziyyətə, onun dəyişməsinə 
təsir göstərir. Burada təbii amillərlə (sel, daşqın və s.təbii fəlakətlər) yanaşı antropogen amillər də 
geoekologiyaya təsir göstərir. Torpaqdan səmərəsiz istifadə, onun “istismarı” bu ərazidə geoekoloji 
problemlərə təkan verir.
Şəki-Zaqatala iqtisadi rayonu zəngin, özünəməxsus bir landşafta malikdir. Bu region Azərbaycanın ən 
meşəli ərazilərindəndir. Meşə örtüyünün zəngin olması burada geoekoloji problemlərin dərinləşməsinin 
qarşısını nisbətən alır. Bitki örtüyünün, xüsusən, meşə örtüyünün çay axımına təsiri tədqiqatçılar tərəfindən 
tədqiq edilir. Məsələn, meşə örtüyü çay hövzəsində tənzimləyici rol oynamaqla, daşqın hidroqrafının 
formalaşmasına, xüsusən onun maksimal axımının azalmasına səbəb olur və axımın davamiyyət müddətini 
artırır, su-balans ünsürlərinin dəyişməsinə təsir edir. Şəki-Zaqatala zonasının çaylarında (Katexçay, Talaçay) 
sel daşqınlarının formalaşmasında və selə qarşı mübarizə tədbirlərinin genişləndirilməsində meşə örtüyünün 
müstəsna rolu vardır. Tədqiq olunan ərazi çaylarında meşə örtüyünün sel axımlarına təsiri B.Budaqovun, 
İ.Mərdanovun, Ə.Əyyubovun və başqalarının tədqiqatlarında öz əksini tapmışdır. 
Respublikamızın digər iqtisadi rayonlarında olduğu kimi Şəki-Zaqatala iqtisadi rayonunda da ekoloji 
problemləri tədqiq edən müxtəlif institutlar yaradılmış, həmin problemlərin qarşısının alınması üçün 
addımlar işlənib hazırlanmışdır. Belə ekoloji fəaliyyətlər hələ də respublikamızın hər yerində davam edir. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   515   516   517   518   519   520   521   522   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə