|
Ministry of education of azerbaijan republic sumgayit state universityQIZILBULAQ FİLİZLƏRİNİN FORMALAŞMASININ FİZİKİ-KİMYƏVİ ŞƏRAİTİmagistr2021 3 2QIZILBULAQ FİLİZLƏRİNİN FORMALAŞMASININ FİZİKİ-KİMYƏVİ ŞƏRAİTİ
Novruzlu M.Ş.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
E-mail:
abbasnovruzlu0@gmail.com
Yataq Drambon vulkan-günbəz strukturunun mərkəzi hissəsində yerləşir.
Yatağın geoloji quruluşunda andezit-bazalt və bir qədər az dərəcədə dasit-riolit tərkibli lava-
piroklastuk çöküntülər yayılmışdır. İntruziv süxurlardan kvars-dioritlərə rast gəlinir.
Yataqda əsas filizə nəzarətedici struktur 55-60 dərəcə altında şərqə düşən sübmeredinal istiqamətli
Qızılbulaq dərinlik qırılmasıdır. Onun əsas hissəsi yatağın qərb cinahından keçir. Yataq ərazisində
Qızılbulaq qırılmasından bir-birinə yaxın yerləşmiş və yer səthində limonitləşmiş zonayla müşaiyət olunan
iki qırılmalar keçir. Bu qırılma pozulmaları (Qərb və Şərq) intensiv oksidləşmiş filiz kütləsinin çıxışına
nəzarət edirlər.
Qırılma pozulmaları uzun inkişaf tarixinə malikdirlər və yatağın müxtəlif mərhələdə formalaşmasında
müxtəlif istiqamətli hərəkətlərlə xarakterizə olunurlar. Əsas filizə nəzarətedici qırılma pozulmaları çox
güman ki, vulkanik strukturun formalaşma dövründə yaranmışlar.
Filiz kütləsinin yer səthinə çıxışı tam oksidləşməyə məruz qalmışdır. Yataqda filizləşmə ştokverkli,
damar-möhtəvi və möhtəvi şəklində müşaiyət olunur.
Qızılbulaq yatağında filiz kütləsi sulfidləşmiş, əsasən piritləşmiş riolit-dasit tərkibli hidrotermal
dəyişmiş suxurlar işərisində yerləşir. Yatağın alt horizontunda qeyd edilən suxurlar propillitləşmiş andezit-
bazalt və andezitlərlə əvəz olunur.
Məlumdur ki, yatağın tipinin aydınlaşdırılması çox vaxt mineraləmələgəlmə prosesinin ardıcıllığının
müəyyən edilməsindən asılıdır. Tədqiqatçıların gəldiyi nəticəyə görə mineralların əmələgəlmə
temperaturunun öyrənilməsi bu ardıcıllığın təyin edilməsində köməkçi amil kimi istifadə oluna bilər. Bu üsul
mineral assosiasiyaların əmələgəlmə ardıcıllığından müəyyən edilməsi ilə mineralların generasiyasının
aydınlaşdırılmasına imkan verir.
Qızılbulaq yatağında mineraləmələgəlmənin temperatur intervalı 350-130 dərəcə arasında dəyişir.
Təqribi ən yüksək təmperatur kvars-pirit minerallaşma mərhələsində qeydə alınır. Kvars və piritdə giriklərin
|
|
|