Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə523/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   519   520   521   522   523   524   525   526   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
439 
KOLLEKTOR LAYLARIN NEFT-QAZ DOYUMLULUQ ƏMSALININ TƏYİNİ 
MƏSƏLƏSİNƏ DAİR 
 
Poladxanov F.R.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail: 
farhad.poladkhanov@gmail.com
 
 
Kollektorların neft qaz doyumluluğunun kəmiyyətcə təyini məsələsi aktuallığını daim saxlayır, 
nəticələrin dəqiqlik dərəcəsinin artırılması üçün müxtəlif yanaşmalar işlənilir. Hazırda kollektorların neft qaz 
doyumluluğunun təyinində bir neçə üsuldan istifadə edilir: 
- məhsuldar laylardan götürülmüş süxur nümunələrinə görə; 
- mədən geofiziki üsulları məlumatlarına görə; 
- laboratoriya şəraitində əlaqəli suyun modelləşdirilməsinə görə; 
- hidrodinamiki tədqiqatların nəticələrinə görə.
Neft qazlılığın öyrənilməsində istifadə olunan üsulların say çoxluğuna baxmayaraq, doyma 
parametrinin təyini lazımı səviyyəyə çatdırılmayıb. Bu ilk növbədə layların açılışı prosesində , eləcədə bu 
parametrin təyini zamanı çoxsaylı amillərin təsiri ilə şərtlənir. Daha səlis nəticələrin süxur nümunələri və 
mədən geofizikası məlumatlarına görə alınmasına baxmayaraq, nəticələrin təhlil edilməsində əsas amillərdən 
biri laylara qazıma məhlulunun hopması hesab olunur. Laya məhlulun hopma dərəcəsi və miqdarı da 
özlüyündə çoxsaylı amillərdən asılı olur. Bu hər şeydən əvvəl gil məhlulunun xassəsi və gil qabığının 
filtrasiya xüsusiyyəti ilə tənzimlənir. Eksperimental yolla müəyyənləşdirilmişdir ki, gil qabığı çox aşağı 
keçiriciliyə (0,001 MDs ) malik olduqda gil məhlulunun laya daxil olma dərəcəsi kəskin zəifləyir və sıfıra 
yaxınlaşır.Yüksək keçirici gil qabığı olan laylara isə böyük miqdarda filtrat daxil ola bilir. Beləliklə laya 
daxil olmuş filtirat flüidi layın dərinliyinə doğru sıxışdırır.Odur ki, flüidin sıxışdırılma dərəcəsi əsasən 
məsaməli mühitin, lay flüidinin və filtiratın xassəsindən asılı olur.
Çoxsaylı quyu geofiziki və petrofiziki məlumatlarının təhlili göstərir ki,neft qaz doyumluluq əmsalını 
qiymətləndirdikdə geoloji şərait uyğun modelləşdirmə yanaşması daha sürətli olur. Tədqiqat işində aşağdakı 
nəticələr alınmışdır: 
- Konkret geoloji şəraitlər üçün süxur nümunələrində modelləşdirmə ilə müxtəlif tip kollektorlar üçün 
alınmış müvafiq Q=f(
𝑘
𝑠𝑢
) asılılığlarından istifadə edərək işlənmədə olan məhsuldar layın sudoyumluluq 
əmsalı qiymətləndirilir. 
- Kollektorlarda gilliliyin artmasının və lay sularının minerallaşma dərəcəsinin dəyişməsinin Q=f(
𝑘
𝑠𝑢

asılılığına təsir dərəcəsi də öyrənilmişdir.
-Qumdaşından ibarət məhsuldar layların tədqiqində süxurların süzmə-tutum və keçiriciliyinin geniş 
diapazonda dəyişməsi təhlil edilmişdir.
-Lay suyunun minerallaşma dərəcəsinin azalması bu asılılığın daha əydəmli olmasına səbəb olduğu 
müəyyən edilmişdir. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   519   520   521   522   523   524   525   526   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə