Ministry of education of azerbaijan republic sumgayit state university


ŞİRVAN ÇAYLARINDA DAŞQIN HADİSƏSİNİN YARANMA SƏBƏBLƏRİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə525/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   521   522   523   524   525   526   527   528   ...   579
magistr2021 3 2

ŞİRVAN ÇAYLARINDA DAŞQIN HADİSƏSİNİN YARANMA SƏBƏBLƏRİ 
 
Qasımova N.X. 
Bakı Dövlət Universiteti 
E-mail:
 
nn_qasimova@outlook.com

Qlobal iqlim dəyişmələrinin nəticəsi kimi hidrometeoroloji proseslərlə bağlı baş verən təbii 
fəlakətlərin, o cümlədən sellərin, daşqınların, quraqlığın, qasırğaların, meşə yanğınlarının və s. sayı artmaqda 
davam edir. Belə ki, son yüz ildə güclü subasma və daşqın iki dəfə baş vermişdirsə, artıq son 10 ildə bu 
hadisələr 3 dəfə təkrarlanmışdır. Şiddətli daşqın nəticəsində çay sahilləri boyunca inşa edilmiş mühafizə 
bəndləri bəzi yerlərdə dağılır, yaşayış məntəqələri və ərazini su basır. Əhalinin su təchizatı pisləşir, yeraltı 
suların səviyyəsi qalxır, torpaqlar yararsız hala düşür və s. ekoloji təhlükəli vəziyyət yaranır.
Daşqınların formalaşmasına, baş verməsinə təsir göstərən amillər çoxsaylı olub bir-birindən baş 
verməsinə, təkrarlanmasına görə fərqlənirlər: Çayın axıb keçdiyi ərazinin səth quruluşuna; Çayın uzunluğu, 
onun su toplayıcı sahəsinin böyüklüyü və ora düşən qarın, yağışın miqdarına, intensivliyinə, orta aylıq 
temperatur göstəricilərinə və s.; Çay mənsəbinin (deltasının) töküldüyü ərazinin dünya okeanı, dəniz, göl, 
körfəz və s. səviyyəsindən fərqli yerləşmə yüksəkliyinə; Təbii fəlakətlər: zəlzələlər, şiddətli küləklər, güclü 
dalğalar, sürüşmələr, sunamilər, tayfunlar, dəniz və okeanlarda kəskin səviyyə tərəddüdlərinə və s. 
Antropogen amilləri və s. (su anbarlarının idarə olunmasında problemlər, qoruyucu bəndlərə etinasız 
münasibət, meşələrin qırılmasına və s. aid etmək olar). 
Daşqınların formalaşmasına, baş verməsinə təsir göstərən amillər içərisində əsas yerlərdən birini çay 
hövzəsində gedən proseslər,çayın uzunluğu və оnun sutoplayıcı sahəsinin böyüklüyü mühüm уеr tutur. 
Dünyanın ideal düzənlik olan ərazilərindən axan çaylarda meandrlar çox geniş yayılıb. Meandrlar olan 
çaylarda axım sürəti minimuma enir, bolsulu dövrlərdə daşqınların baş verməsi üçün əlverişli şərait yaranır. 
Daşqınlara səbəb olan təbii proseslərdən biri də şiddətli küləklər olub, çayların bolsululuq dövründə baş 
verdikdə çaylarda güclü dalğalanmaya səbəb olur və bunun nəticəsində qoruyucu torpaq bəndlərin dağılma, 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   521   522   523   524   525   526   527   528   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə