|
Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
442
yaz gursululuğu və payız daşqınlı çaydır. Qorxulu hidroloji hadisələrdən çayda tez-tez baş verən sel
daşqınlarıdır. Sel mənbələri hövzənin 50%-dən çoxunu tutur.
Yuxarıdakıları yekunlaşdıraraq dеmək olar ki, daşqınlar hidrosferin atmosfer və litosfer ilə qarşılıqlı
təsirlərini yer müstəvisi üzərində əks etdirir.Kiçik çaylarda təbii amillərdən yaranan daşqınlara indi
antrоpоgеn amillərin təsirləri da əlavə olunmuşdur.
Mingəçevir, Şəmkir, Yenikənd, Varvara su anbarlarının kaskad su rejiminin tənzimlənməsi
mövcuddur. Lakin Kür çayının qolları (Əlicançay, Türyançay, Göyçay, Ağsuçay-Girdimançay və Araz
çayının Kür çayı ilə birləşməsi yerindən aşağı zonalarda daşqın axınları təhlükəli vəziyyəti yaradır. Bunu
2003,2006 və 2010-cu illərdə Kürün aşağı axınında baş verən daşqının nəticələri göstərir.
COĞRAFİYA DƏRSLƏRİNDƏ İQLİM TƏSƏVVÜRLƏRİNİN FORMALAŞMASININ
XÜSUSİYYƏTLƏRİ
Rəhimova G.R.
Sumqayıt Dövlət İniversiteti
E-mail:
gunayymeryem@gmail.com
Fiziki coğrafiya kursları tədris edilərkən şagirdlər arasında coğrafi təsvürlərin formalaşması
coğrafiyanın tədrisi metodikasında mühüm yer tutur, çünki idrak prosesində növbəti mərhələnin -
anlayışların formalaşmasının müvəffəqiyyətlə həyata keçirilməsi bu problemin həllindən asılıdır. İqlim -
(yunancadan klima - meyl (yer səthindən günəş şüalarına)), havanın çoxillik statistik rejimi, müəyyən bir
ərazinin əsas qrafik xüsusiyyətlərindən biridir. İlk olaraq iqlim tərifini verən Humbolta (1831) görə "iqlim -
hissiyat üzvlərinə təsir edən atmosferdəki bütün dəyişiklərdir, o nəinki, Yerin şüalanması, bitkilərin üzvi
inkişafı və meyvələrin yetişməsi üçün, həm də insanın əhval-ruhiyyəsi və bütün zehni ruhi əhvalı üçün də
vacibdir”. Yerin təbii kompleksinin əsas tərkib hissələrindən biri olan iqlim coğrafi təbəqənin və müxtəlif
dərəcəli təbii ərazi komplekslərin (TƏK): qitələr və okeanlar, təbii zonalar və yüksəklik qurşaqları,
düzənliklər və dağlıq ərazilər, çay vadiləri və dağ yamacları və s. meydana gəlməsində ən vacib amildir:
İqlimin insan həyatına və təsərrüfat fəaliyyətinə təsiri böyükdür. Bu o deməkdir ki, insanların işinin,
həyatının və istirahətinin səmərəli təşkili üçün müəyyən bir ərazinin iqlim xüsusiyyətlərini nəzərə almaq
lazımdır. Hava və iqlimin insana təsirini təhlil edərkən sağlamlığın qorunmasını və yüksək əmək
məhsuldarlığını təmin edən rahat yaşayış şəraitinin yaradılması əsas götürülməlidir.
İqlim insana həm birbaşa, həm də dolayı təsir göstərir. Birbaşa təsirlərə, əhalinin sosial və gigiyenik
yaşayış şəraitindən asılı olmayan və insan orqanizminə bilavasitə təsir göstərənlər aiddir: dəniz səviyyəsinin
hündürlüyündən asılı olan atmosfer təzyiqi və oksigenin parsial təzyiqi, kosmik şüalar və s. Dolayı yolla
təsir edənlər özlərinə görə nə qədər vacib və gərgin olsa da, sanitariya və texniki vasitələrlə, iş və istirahət
rüjimi ilə zəifləyənlərdir. Beləki, havanın temperaturu və rütubətliyi, külək rejimi, Günəşin ümumi və
ultrabənövşəyi şüalanması, yağıntılar, atmosferin tərkibi və s. yaşayış məntəqələrinin planlaşdırılması və
tikilməsi üsulundan, yaşayış yeri və geyimin xarakterindən, qızdırıcıların texniki vəziyyətindən, hava
hövzəsinin sənaye tərəfindən çirklənmə dərəcəsindən və s. asılı olaraq az və ya çox təsir göstərir.
Bizim fikirmizcə, məktəb coğrafiyası təhsilinin ən vacib vəzifələrindən biri məktəblilərə iqlim
hadisələri və prosesləri haqqında elmi əsaslandırılmış təsəvvürlər vermək, onları Yerin təbiətində iqlimin
dominant rolunu başa salmaqdır. Yer kürəsinin bu və ya digər ərazisinin iqlim xüsusiyyətlərini bilməklə,
şagirdlər iqlimin müəyyənedici amil olması və təbiətin digər komponentlərinin ondan asılı olduğu qənaətinə
gələ bilərlər.
Məlum olduğu kimi, təsəvvür və anlayışların formalaşması vahid bir prosesdir, çünki dərketmə prosesi
qnoseologiya baxımından müəyyən məntiqi ardıcıllıqda yerləşən ayrı-ayrı elementlərdən: hiss, qavrayış,
təmsil, anlayış, mühakimə, nəticədən ibarətdir. Şübhəsiz ki, şagirdlərin zehni fəaliyyətinin bir hissəsi
olmaqla, onlar bir-birinə bağlıdır, bir-birindən asılıdır, bir-birini şərtləndirir. Bu o deməkdir ki,dərketmə
prosesində vahid tamlığın hissələrinin hər biri müəyyən mənaya malikdir və tamamilə müstəqil bir
funksiyanı yerinə yetirir. Beləliklə, təsəvvürlər və anlayışlar arasında mövcud olan əlaqə göz
qabağındadır.Yəni
hissetmə
, coğrafi obyektlərin və hadisələrin qavranılması prosesi nəticəsində təsəvvürlər
yaranır və bunların əsasında isə anlayışlar formalaşır. Deməli, şagirdlərin zehni fəaliyyətinin inkişafı
|
|
|