Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə522/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   518   519   520   521   522   523   524   525   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
438 
çatlanması yaxın temperaturlarda baş verir (350-320 dərəcə). Növbəti mineral assosiasiyaların əməgəlməsi 
kiçik temperatur fərqi zamanı baş verir (320-305 dərəcə). 
Kvars – xalkopirit – hematit minerallaşma mərhələsi kvars qalenit-sfalerit tipli filizin kristallaşdığı 
eyni filizli məhluldan əmələ gəlmişdir. Bu mərhələnin əsas mineralları pirpt, xalkopirit, hematit, xalkozin və 
kvarsdır. 
Kvarş – pirit – sfalerit – xalkopirit minerallaşma mərhələsi iki mineral üzrə xarakterizə olunur: kvars 
və sfalerit. Kvarsda giriklərin kütləvi çatlanması 320-300 dərəcə teçperatur zamanı baş verir. Sfalerit üçün 
dekripitasiya üsulu ilə 320-280 dərəcə, xalkopirit üçün isə 270-230 dərəcə temperatur müəyyən edilmişdir. 
Dekripitasiya (kvars) və homogenizasiyanın (kalsit) nəticələrinə görə zaman etibarı ilə kvars-
xalkopirit mineral assosiasiyası 320-195 dərəcəə temperaturda formalaşır
.
Yuxarıda hidrotermal mineraləmələgəlmə seolit-karbonat assosiasiyası çöküntüləri ilə başa çatır. 
Kalsitdə daxilolmalar 167-130 dərəcə temperaturda baş verir. Seolitin kalsitlə qarşılıqlı əlaqəsi onu 
daha aşağı temperaturda əmələ gəlməsinə səbəb olur. 
QIZILBULAQ YATAĞI FİLİZİNİN MİNERAL ASSOSİASİYALARI 
 
Novruzlu M.Ş. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail:
 
abbasnovruzlu0@gmail.com
 
 
Yataq Drambon vulkan-günbəz strukturunun mərkəzi hissəsində yerləşir. 
Yatağın geoloji quruluşunda andezit-bazalt və bir qədər az dərəcədə dasit-riolit tərkibli lava-
piroklastuk çöküntülər yayılmışdır. İntruziv süxurlardan kvars-dioritlərə rast gəlinir. 
Yataqda əsas filizə nəzarətedici struktur 55-60 dərəcə altında şərqə düşən sübmeredinal istiqamətli 
Qızılbulaq dərinlik qırılmasıdır. Onun əsas hissəsi yatağın qərb cinahından keçir. Yataq ərazisində 
Qızılbulaq qırılmasından bir-birinə yaxın yerləşmiş və yer səthində limonitləşmiş zonayla müşaiyət olunan 
iki qırılmalar keçir. Bu qırılma pozulmaları (Qərb və Şərq) intensiv oksidləşmiş filiz kütləsinin çıxışına 
nəzarət edirlər. 
Qırılma pozulmaları uzun inkişaf tarixinə malikdirlər və yatağın müxtəlif mərhələdə formalaşmasında 
müxtəlif istiqamətli hərəkətlərlə xarakterizə olunurlar. Əsas filizə nəzarətedici qırılma pozulmaları çox 
güman ki, vulkanik strukturun formalaşma dövründə yaranmışlar. 
Filiz kütləsinin yer səthinə çıxışı tam oksidləşməyə məruz qalmışdır. Yataqda filizləşmə ştokverkli, 
damar-möhtəvi və möhtəvi şəklində müşaiyət olunur. 
Məlumdur ki, yatağın tipinin aydınlaşdırılması çox vaxt mineraləmələgəlmə prosesinin ardıcıllığının 
müəyyən edilməsindən asılıdır.
Tədqiqatçıların gəldiyi nəticəyə görə mineralların əmələgəlmə temperaturunun öyrənilməsi bu 
ardıcıllığın təyin edilməsində köməkçi amil kimi istifadə oluna bilər. Bu üsul mineral assosiasiyaların 
əmələgəlmə ardıcıllığından müəyyən edilməsi ilə mineralların generasiyasının aydınlaşdırılmasına imkan 
verir. 
Qızılbulaq yatağının filizi bir neçə minerallaşma mərhələsində formalaşmışdır: kvars - pirit, kvars – 
pirit – xalkopirit, kvars – xalkopirit, xalkopirit – sfalerit və kvars – karbonat. 
Kvars – pirit – xalkopirit minerallaşma mərhələsinin məhsulları damarcıq-möhtəvi pirit filizidir. 
Qızılın bir hissəsi bu mineral assosiasiyası ilə əlaqədardır. Qeyd edilən tip filiz aşağıdakı elementlərin 
assosiasiyasından ibarətdir: Cu, Fe, Pb, Ag, Au, Mo, Mn, As. 
Qızıla görə məhsuldar kvars-xalkopirit mineral assosiasiyasıdır, hansı ki, bilavasitə təxmin edilən 
ştokverk görünüşlü filizdaşıyan kanalın üstündə geniş inkişaf etmişdir. Assosiasiyada olan elementlər: Cu, 
Au, Ag, Pb, Zn, Sb. 
Xalkopirit-sfalerit minerallaşma mərhələsinin tərkibində sfalerit, qalenit, xalkopirit mineralları 
üstünlük təşkil edir. Qeyd edilən tip filizlər aşağıdakı elementlərin assosiasiyasından təşkil olunmuşdur: Pb, 
Zn, Cu, Au, Ag, Bi, Sb. 
Filizəmələgəlmə prosesinin son mərhələsi olan kvars-karbonatda aşağıdakı elementlərin assosiasiyası 
mövcuddur: Cu, Ag, Au, C, Si. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   518   519   520   521   522   523   524   525   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə