|
Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
417
Bütövlükdə yataq üzrə QÜQ lay dəstəsinin işlənilməsinin effektivliyinin artırılması məqsədilə tədqiq
olunan lay dəstəsinin tektonik bloklar üzrə işlənilmə göstəricilərinin müqayisəli təhlili aparılmışdır. QÜQ lay
dəstəsinin II blokdan V bloka kimi yatım dərinliyi artdıqca neftvermə əmsallarının müxtəlif xarakterli
dəyişməsinin səbəbləri araşdırılmışdır.
AĞYOXUŞ YATAĞININ QIZIL POTENSİALININ QİYMƏTLƏNDİRİLMƏSİ
Cəlilov M.İ.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
E-mail:
m.calilov@azergold.az
Ağyoxuş yatağı Çovdar Filiz Emalı Sahəsi hüdudlarında Çovdar yatağından 7 km şimal-şərqdə
Xeyrəçay hövzəsinin orta axımında yerləşir. Bilindiyi kimi Çovdar filizdaşıyan sahəsi 10-12 km enində bir
zolaq şəklində Daşkəsən kalderasının şimal sərhəd xəttindən başlayaraq şərq-cənub-şərq istiqamətində
Qoşqarçayın aşağı axımında Qızılca kəndinə qədər 20-25 km məsafəyə qədər davam edir. Zonanın cənub-
şərq sərhədini Xoşbulaq-Xanlar-Alazan dərinlik qırılması boyu undulyasiyaya uğrayan bayos çöküntülərinin
sərhədi təşkil edir.
Regional tektonik baxımdan Çovdar Filiz Emalı Sahəsi Somxit-Qarabağ struktur-formasiya zonasının
tərkib hissəsi olan Şəmkir qalxımına aid edilir və əsasən onun Daşkəsən kalderası ilə təmas zonasına yaxın
ərazidə yerləşir. Sahənin geoloji-struktur analizi göstərir ki, sahədə çoxsaylı və müxtəlif morfogenetik tipli
vulkan-tektonik tipli fay sistemləri inkişaf edib.
Uzanma və düşmə istiqamətlərində qırılmalar ətraf süxurlarda hidrotermal dəyişmə, əzilmə,
brekçiyalaşma, sulfid minerallaşması oreolları yaradırlar. Onlar qruplar şəklində inkişaf edərək, lokal
gərginlik blokları yaradıblar.
Geoloji cəhətdən sahə region üçün səciyyəvi olan bayos-bat yaşlı orta-turş tərkibli vulkanitlərdən,
litoloji olaraq andezit-dasit-riolit fasiyasından ibarətdir. Yatağın geoloji quruluşunun özəyini bayos yaşlı turş
tərkibli riolit, riolit-dasit tuflar, tufobrekçiyalar təşkil edir. Bəzi hallarda bu süxurlar eyni tərkibli subvulkanik
soxulmalarla mürəkkəbləşirlər. Yuxarı yura yaşlı andezit tərkibli tuflar, tuf-lavalar kəsilişin üst hisəssini
təşkil edərək filizləşmədən sonraya aiddir.
Ağyoxuş sahəsində aparılan buruq-qazma işləri nəticəsində əldə olunmuş kern nümunələrinin
sənədləşdirilməsi bitdikdən sonra, həmin nümunələr sınaqlaşdırılıb üyüdülərək analiz üçün labaratoriyaya
təhvil verilmişdir. Sınaqlaşdırılmış kern nümunələri İntertek Azərbaycan Laboratoriyasına və ALS Türkiyə
Laboratoriyalarına qızıl, həmçinin 35 element üzrə Əyar və İCP metodları ilə analiz olunmaq üçün
göndərilmişdir.
Rayonun geoloji cəhətdən öyrənilməsinə XX əsrin əvvəllərindən başlanılmışdır. Daşkəsən ərazisi də
daxil olmaqla Kiçik Qafqazın şimal-şərq yamacının hərtərəfli və genişmiqyaslı öyrənilməsi 1923-1929-cu
illərdə K.N.Paffenholts tərəfindən həyata keçirilmişdir. Onun Gəncə şəhəri və ona bitişik ərazilərin, həmçinin
Daşkəsən, Çıraqdərəsi yataqlarının tektonikası, metallogeniyası barədə çap etdirdiyi məqalələr indiyə qədər
də öz aktuallığını itirməyib.
Son illərdə isə (H.Həsənov) Daşkəsən filiz rayonunun şimal hissəsində planaalma işləri aparılmış,
tədqiqat sahəsinin geoloji quruluşunda müəyyən dəqiqləşdirilmələr edilmişdir. 1994-2000-ci illərdə
Xeyrəçay axtarış partiyası (A.Şirinov, Ş.Musayev, L.Əliyeva) Daşkəsən filiz rayonunun şimal hissəsində
Dəstəfur, Qoşqarçay, Çovdar, Layış, MTF, Narçala, Qartal Dağı, Danayeriçay kimi perspektivli qızıldaşıyan
sahələrin aşkarlanması ilə nəticələnən axtarış işləri aparmışdır. Onların içərisində, ən perspektivli sayılan
Çovdar sahəsi 2000-2005-ci illərdə axtarış-qiymətləndirmə mərhələsinə cəlb edilmişdir (A.Şirinov,
Ş.Musayev, L.Əliyeva, T.Kazımov, S.Əmirov, S.Həsənov) yerüstü xəritəyəalma və sınaqlaşdırma işləri
yerinə yetirilmiş və bu zaman sahənin cənub-qərbində ensiz zonaların qızıllılığına dair müsbət nəticələr əldə
edilmişdir.
Aparılan işlərin nəticələrinə əsasən Ağyoxuş yatağında nəcib metallardan qızılın orta göstəricisi 0.2
ppm-dən yüksək olduğundan bu yataqda əlvan və nəcib metalların qiymətləndirilməsi müsbət
nəticələnmişdir və sənaye əhəmiyyətli hesab edildiyindən yatağın istismarının ilkin mərhələsi başlanmışdır.
|
|
|