Ministry of education of azerbaijan republic sumgayit state university


EOSEN YANAR ŞİST YATAQLARININ LİTOLOGİYASI VƏ ƏMƏLƏGƏLMƏ ŞƏRAİTİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə493/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   489   490   491   492   493   494   495   496   ...   579
magistr2021 3 2

EOSEN YANAR ŞİST YATAQLARININ LİTOLOGİYASI VƏ ƏMƏLƏGƏLMƏ ŞƏRAİTİ 
 
Bəkirov R. A.
 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail:
 
rbkirov@gmail.com 
Dünyada yanar şist yataqları başqa enerji daşıyıcılarına nisbətən daha geniş yayılmışlar və böyük 
ehtiyatların olması ilə səciyyələnirlər. Qərb yarım şarında yanar şistlərin ən böyük yataqları Amerika 
Birləşmiş Ştatlarının Kolarada və Pensilvaniya ştatlarındadır. Müasir dövrdə Pensilvaniya yanar şistlərdən 
təbii qaz alırlar. Kanadada yanar şist yataqları Kalqara vilayətində cəmləşmişdir və indi də istismardadır. 
Keçmiş SSRİ-də zəngin yanar şist yataqları Baltikyanı ölkələrdə və Estoniyada hələ keçən əsrin 30-cu 
illərindən məlumdur. İndi Latviyada və Estoniyada yanar şistlərin bazasında iki nəhəng istilik elektrik 
stansiyası işləyir. Bundan başqa Rusiya federasiyasında yanar şist yataqları Leninqrad vilayətində, qərbi Ural 
çökəkliyində və şərqi Sibirdə aşkar edilmişdir. 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
414 
Yanar şistlərin tərkibi 50-65% silikatlardan və alimosilikatlardan ibarətdir. Üzvü maddə isə 
bitiumlardan, yağlardan petroleyindən, qatrandan və ibtidai orqanizmlərin qalıqları olan sopropellərdən 
ibarətdir. 
Azərbaycanda yanar şist yataqlarının əsas ehtiyatı miosen çöküntüləri ilə əlaqədardır. Bu da Böyük 
Qafqazın şimali Şərq və Cənub yamacında özünü biruzə verir. Onlardan Qafqazın Şimalı Şərq hissəsində 
Quba rayonunda Xanaqi yanar şist yatağıdır. Böyük Qafqazın Cənub yamacında İsmayıllı rayonu ərazisində 
1933-cü ildə P.Sultanovun aşkar etdiyi Diyallı yanar şist yatağıdır. Hər iki yataq, demək olar ki, eyni 
stratiqrafik intervalla, daha doğrusu Sarmat çöküntüləri ilə əlaqədardır. Bu yataqlarda yanar şist xammalı 
pirobitumlardır. 
Bundan başqa Şimali Qobustanda yanar şist təzahürləri Cəngiçayın vadisində, Cəngi qəsəbəsindən 1.5 
km Şimali Şərqdə Cəngiçay yanar şist təzahürü eosen çöküntülərində aşkar edilmişdir. Yataq 1966-cı və 
2008-ci ildə Ç.M.Xəlifəzadə tərəfindən öyrənilmişdir.Çayın qəsəbəyə yaxın hissəsində yanar şist kəsilişində 
0.3-0.5 sm qalınlığında qara gillər, boz gillər və mergellərlə növbələşirlər. Üzvü maddə ilə qara gillərin boz 
gillər və mergellərlə növbələşməsi hər 10-15 metrdən təkrar olunur. Sonra çay boyunca 1 kilometr fəth 
etdikdən sonra onun sağ sahilində Cəngiçay antiklinalın nüvəsində 5 metr qalınlığında şist yatağına rast 
gəlinir. Burada yanar şist yatağının mərkəzi hissəsində vərəqli teksturaya malik qara rəngli üzvi maddə ilə 
zəngin şistlər dominant rol oynayır. Sonra Mərkəzdən sağ və sol tərəfə hərəkət etdikdə şistlər vərəqli tekstura 
saxlamaq şərti ilə üzvü maddənin şistin tərkibində azalması üzündən sarımtıl qara rəngə boyanır. Yatağın 
mərkəzi hissəsindən üzvü maddə ilə zəngin şist kütləsindən kül maddəsinin çıxışı 60-65% təşkil edir. Bəzi 
nümunələrdə külün miqdarı 50% civarındadır, qazların çıxışı 18-20% çatır. Kükürd-1.5% miqdarındadır, 
karbon qazının miqdarı ayrıca təyin edilmiş 4.7% təşkil edir. Şistlərin istilik yaratma balansı 650kkal/mq, 
qatranın çıxış miqdarı 9.5% civarındadır. Əgər biz Cəngiçay yatağında almamış nəticələri və yanar şist 
laylarının qalınlığı 5 metr olduğunu nəzərdə tutsaq bu şist yatağı Xanaqi və Diyallı yataqlarının, demək olar 
ki, qazların və qatranın çıxışı görə miosen yataqlarını üstələyir. Bu səbəbdən yatağın konturunu təyin etmək 
və şist maddəsinin keyfiyyətinə qiymət vermək üçün 2 km
2
ərazidə axtarış kəşfiyyat işlərinin aparılması 
məqsədə uyğundur. Bu günə kimi Cəngiçay yatağının genezisi ətraflı öyrənilməmiş və xüsusi tədqiqat işləri 
aparılmamışdır. Ancaq Ç.M.Xəlifəzadə hesab edir ki, Şimali Qobustanda üst eosendə böyük reqressiya 
nəticəsində Cəngiçay ərazisində və ona yanaşı rayonlarda çökəkliklərdə dayaz şirin sulu laqunlar və göllər 
əmələgəlmişdir. Laqunların və göllərin dənizlə əlaqəsi olmadığından isti humid iqlim şəraitində laqunlarda 
və yaxud dayaz göllərdə küllü miqdarda su sevən bitkilər, yosunlar və ibtidai orqanizmlər-sopropellər inkişaf 
etmişdir. Onların məhv olmuş qalıqları laqun və yaxud gölün dibinə çökərək gilləri üzvü maddə ilə 
zənginləşdirmişlər. Sonraki mərhələdə göl lillərinin diagenezi və nisbətən katagenez nəticəsində üzvü 
maddələr təzyiq və temperaturun təsiri altında polimerizaisiyaya məruz qalaraq bitumlara çevrilmişlər. Odur 
ki, Cəngiçay yanar şist xammalı pirobitumlu şistlərə aiddir. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   489   490   491   492   493   494   495   496   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə