Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə532/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   528   529   530   531   532   533   534   535   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
445 
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014 cü ilin yanvar ayına olan rəsmi 
statistikasında, 2014 cü ilədək müddətdə Azərbaycan ərazisində qeydə alınmış dəhşətli sel hadisələri 
nəticəsində 400 nəfər insan həyatını itirdiyi və son 100 il ərzində baş vermiş 200 sel hadisəsi zamanı 
Azərbaycan iqtisadiyyatına 0.5 milyard ABŞ dolları məbləğində zərər dəydiyi qeyd edilir. 
Yüksək sululuq dövründə Kür çayında, Böyük Qafqazın cənub yamacı və Lənkaran-Astara bölgəsi
çaylarında daşqınlar müşahidə olunur. Xəzər dənizinin səviyyə tərəddüdündən asılı olaraq qrunt sularının 
səviyyəsinin artması 1993-cü ildən sonra Kür çayında daşqınlar dövründə mənsəbdən 200 km-ə qədər 
məsafədə ətraf ərazilərin subasmasına səbəb olmuşdur. Daşqınlar nəticəsində Kürün sahil zonasında yerləşən 
Salyan, Neftçala, Sabirabad rayonlarının sahilboyu kəndlərinin və Şirvan şəhərinin sahilyanı ərazilərinin su 
altında qalması baş verir. Ayrı-ayrı ekstremal illərdə (1967, 1969, 1976, 1979, 1982, 1989, 1997, 2002, 2003, 
2010) daşqınlar müşahidə edilmişdir. Nəticədə bu ərazilərdə respublika əhəmiyyətli iri təsərrüfat 
obyektlərinə, fermer təsərrüfatlarına, həyətyanı sahələrə, yaşayış evlərinə ciddi ziyan dəyir. 2010-cu ildə Kür 
çayında müşahidə dövrü ərzində ən güclü daşqın müşahidə olunmuşdur.
Abseron iqtisadi rayonu istisna olmaqla qasırğa gücündə siddətli küləklər digər rayonlarda çox nadir 
hallarda baş verirdisə, indi artıq bu proseslərin də arealı genişlənmiş və respublikanın əksər bölgələrində tez-
tez təkrarlanması müsahidə edilir. Dolunun, leysan yağışların və digər hidrometeoroloji hadisələrin 
təkrarlanma intensivliyi də kəskin surətdə artmış və onlarında təsir göstərdiyi ərazilər xeyli genişlənmişdir.
Respublikamızın ərazisində 2008-2012-ci illərdə qlobal istiləsmə tendensiyasına uyğun olaraq orta 
illik temperaturlar iqlim normasından 0,2-1,3

C yüksək olmuşdur. Bu illər arasında 2011-ci il 0,2

C müsbət 
anomaliya ilə ən soyuq, 2010-2012-ci illər isə 1,3
0
C müsbət anomaliya ilə ən isti illər olmuşdur. Yağıntılara 
gəldikdə isə 2007-2012-ci illərdə həm müsbət, həm də mənfi anomaliyalar müşahidə olunmuşdur. 
Yağıntıların maksimumu 2011-ci ilə təsadüf edir, həmin il ölkə ərazisinə düşən yağıntılar iqlim normasından 
22% çox olmuşdur. İrimiqyaslı daşqınların müsahidə edildiyi 2010-cu ildə isə yağıntı anomaliyası 10,6% 
təşkil etmisdir. 2007, 2012-ci illərdə yağıntı anomaliyası müvafiq olaraq -6,7% və -6.1% təskil etmiş və az 
yağıntılı illər olmuşdur. 
Xəzər dənizində güclü dalğalanma əsasən sürəti 20-25 m/san-dən çox olan şimal və şimal-qərb 
küləkləri olanda və bu zamanı küləyin davamiyyətindən asılı olaraq açıq dənizdə dalğanın hündürlükləri 5-8 
m arasında dəyişir. Dənizində ən güclü dalğa hadisəsi 20-21 noyabr 1957-ci ildə Neft Daşları rayonunda 
olmuşdur. Hesablamalarına görə həmin küləklərdə dənizin müşahidə aparılmayan hissəsində dalğanın hesabi 
hündürlüyü 14.5 m olmuşdur. Güclü külək və dalğalanma hadisəsi həmin dövrdə Neft Daşları estakadalarına 
xeyli ziyan vurmuşdur. Son onilliklərdə Xəzər dənizində də güclü küləklərin və dalğalanmanın 
təkrarlanması artmışdır. Xəzər dənizinin Azərbaycan sektorunda güclü dalğalanma hadisələrindən biri 2011-
ci ildə 21 oktyabr tarixində müşahidə olunmuşdur. Bu zaman maksimal sürəti saniyədə 29 metrə çatan simal-
qərb küləyi Neft Daşlarında güclü dalğalanmaya səbəb olmuş, dalğanın maksimal hündürlüyü 7 metrə 
çatmışdır. 
Kənd təsərrüfatına, şəxsi və dövlət tikintilərinə kifayət qədər ziyan vuran dağıdıcı hidrometeoroloji 
hadisələrdən biri də dolu hadisəsidir. Dolu yağıntılarının təhlili göstərir ki, ölkəmizin ərazisində doluvurma 
əsasən yazın axırı və yayın əvvəllərində, yüksək dağlıq ərazilərdə isə iyul ayında daha tez-tez müşahidə 
olunur. Bu baxımdan Gəncə-Qazax, Naxçıvan MR, Şəki-Zaqatala və Yuxarı Qarabağ iqtisadi rayonları 
fərqlənir. Son 10 ilin faktiki məlumatlarının təhlili göstərir ki, təsərrüfatlara vurduğu zərərlərə görə dolu 
hadisəsi heç də digər dağıdıcı hidrometeoroloji hadisələrdən geri qalmır. Böyük Qafqaz təbii vilayətində 
cənub yamaclarda 74,6, Kiçik Qafqazın şimal hissəsində 78,2, cənub hissədə 86,3, Naxçıvan MR-da 
76,5, Lənkəran vilayətində 73,2%-i aprel-iyun aylarında müşahidə edilir. Bütün rayonlarda birinci 
maksimum əsasən mayda (33-42%), minimum isə iyul-avqust aylarında qeyd edilir.Yarımsəhra quru çöl 
iqlim tipinin hakim olduğu Mərkəzi Aran rayonlarında ən az dolu müşahidə edilir. 
Təhlükəli dağıdıcı hadisələr zamanı insanlara küllü miqdarda ziyan dəyir və bu ziyanın qismən də 
olsa aradan qaldırılması üçün dövlət bir çox qanunlar tətbiq etmiş, fərmanlar hazırlamışdır. Məhz bu 
baxımdan ölkəmizdə öz vətəndaşlarına kompensasiya ödənişləri edilmişdir. Məsələn, 2003-2008-ci illər 
ərzində əhaliyə verilən kompensasiyalar 887-1263min manat təşkil etmişdir. Ən çox ödəmələr 2004-cü 
(1449 min manat) və 2008-ci (1263 min manat) illərdə olmuşdur ki, bu da həmin illərdə dağıdıcı hadisələrin 
digər illərə nisbətən daha çox olması ilə əlaqədardır.
Son dövrlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin maddi texniki 
bazasının və kadr potensialının yüksəldilməsi nəticəsində, ölkə ərazisində baş verə biləcək təhlükəli 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   528   529   530   531   532   533   534   535   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə