Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə534/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   530   531   532   533   534   535   536   537   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
447 
BOYUK QAFQAZIN CENUB YAMACINDA EKZOGENEZİN XUSUSİYYƏTLƏRİ 
 
Süleymanova S.H. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:
 
ssuleymanli23@gmail.com
 
Böyük Qafqazın Azərbaycana aid olan yüksək dağlıq ərazilərinin dağ-çəmən landtşaft sahəsi müxtəlif 
növ insan fəaliyyətinin artması ilə seçilir. Bu səbəbə görə dağ çəmən torf torpaqlarının əmələ gəlmə 
şəraitlərinin, fiziki-kimyəvi tərkib və xassələrinin, həmçinin təcili ekoloji tədbirlərin həyata keçirilməsi 
imkanlarına nəzər yetirməyə ehtiyac var. Məqalədə əsasən çay hövzələrinin yüksək dağlıq hissəsindəki 
torpaq tədqiqatlarının bir neçə nəticələri göstəriləcək.
Böyük Qafqazınn şimal-şərq yamacının çay hövzəsinə aidi olan Qudyalçay zaman keçdikcə daha çox 
antropogen təsirə məruz qalır. Bu ərazidə subalp və alp çəmənliklərinin otlaqlarının inkişafına turizm 
biznesinin də genişlənməsi öz təsirini biruzə verir. Bunun üçün turistlərin və əhalinin həyatına təsir göstərən 
bütün məqamlar həm indiki zaman, həm də gələcək üçün geniş tədqiq olunmalıdır.
Böyük Qafqazın Azərbaycan Respublikası daxilində yüksək dağlıq ərazilərinin dağ mənzərələrinin 
mühüm elementlərinin kompleks idarəetmə sistemini müəyyənləşdirmək və elmi tədqiqatların toplanmış 
materiallarından təcrübədə istifadə etməklə torpaq örtüyünün bərpa edilməsinə çalışmaq lazımdır.
Bu günə qədər Qudyalçay hövzəsindən dağ çəmən torflu torpaqlarının əmələ gəlmə şəraitini 
xarakterizə edən geniş ədəbiyyat materialları toplanmışdır. Bəzi ərazilərdə baş vermiş sürüşmə proseslərinin 
intensiv inkişafı ilə dağ çəmənliklərinin və biçənək sahələrinin görünüşünü yüksək dərəcədə dəyişdirir. 
Torpaqların sturukturunda baş vermiş bu dəyişikliklər həmçinin həmin ərazidə yaşayan kənd əhalisi üçün də 
sosial problemlər yaradır.
Bu baxımdan çay hövzəsi ətrafındakı kəndlərdə torpaq sürüşmələri eyni zamanda sel zamanı torpaq 
örtüyünün əhəmiyyətli dərəcədə dəyişməsinə şərait yaradan amil olmuşdur.
Bir çox tədqiqatçıların verdiyi məlumatlardan da görünür ki Qafqazda denudasiya prosesləri, ələxsus 
da şərq hissəsində intensiv inkişaf etmişdir.
Gətirmələrin böyük axım göstəriciləri ilə cənub və şimal-şərq çayları ( Qudyalçay, Qusarçay, 
Kürmükçay, Daşagilçay, Talaçay, Göyçay, Kişçay, Türyançay) fərqlənir. Tədqiqatlar göstərir ki, Böyük 
Qafqazın şimal-şərq yamacının çaylarında gətirmələrin axım modulları 2026 t\km kvadrat ilə(Xınalıq 
kəndində-Xınalıqçay) 531t\km kvadrat (Rük kəndində- Qaraçay) arasında, Baş Qafqaz silsiləsinin cənub 
yamacında isə 3487 t\km (Damarçın çay- mənsəb hissəsində) ilə 223 t\km (Oğuz şəhəri-Oğuzçay) arasında 
dəyişir.
Böyük Qafqazda yuyulan qatın ölçüsünün hündürlüyə doğru artması yüksək dağlıqda intensiv 
denudasiyanın üstünlüyünü göstərən əlamətlərdəndir. Sürüşmə massivləri müstəqil landşaft mərkəzləridir və 
böyük sahələri əhatə edir. Onların hüdudlarında müxtəlif dağ-çəmən torpaqları və bitki növləri müşahidə 
olunur. Torpaq nümunələrinin analiz nəticələri göstərir ki humus və azot da daxil olmaqla torpaqdaki qida 
miqdarının göstəriciləri ciddi şəkildə azalmışdır. Analizin bütün təhlil məlumatları Böyük Qafqazın şərq 
hissəsindəki dağ çəmən torf torpaqlarının nisbətən quru və isti ətraf mühit şəraitində əmələ gəldiyini göstərir 
bunun üçün də onlar digər ərazilərdəki torpaqlardan fərqlənirlər. Tətbiqdə müsbət nəticə əldə etmək üçün 
əsasən Qafqaz silsiləsinin cənub yamacından axan çay hövzələrində xüsusi ehtiyat rejimini tətbiq etməklə 
baş verə biləcək mənfi təsirlərin qarşısıını almaq olar. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   530   531   532   533   534   535   536   537   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə