Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə543/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   539   540   541   542   543   544   545   546   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
455 
XII BÖLMƏ 
 
SƏNƏTŞÜNASLIQ 
 
 
AZƏRBAYCANIN QAX RAYONUNUN MAHNI FOLKLORUNUN SƏCİYYƏVİ 
XÜSUSİYYƏTLƏRİ 
Davudbəyli A. 
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
 
Azərbaycanın Qax rayonunun zəngin musiqi folkloru və konkret olaraq burada yaşayan müxtəlif 
xalqların milli mahnı folklorunun müxtəlif nümunələri hazırkı tədqiqat işinin obyekti olub, magistr 
dissertasiyasının hər iki fəslində araşdırılır. Azərbaycanın Qax rayonunun mahnı folklorunun səciyyəvi 
xüsusiyyətlərinin,bölgənin müxtəlif kəndlərinin musiqi folklorunda üzə çıxan fəqli cəhətləri araşdırıb əsas 
üslubi xüsusiyyətləri üzə çıxarmaq tədqiqatın əsas məqsədidir. 
Qarşıya qoyulmuş bu məqsədin gerçəkləşdirilməsi üçün Qax rayonunun müxtəlif kəndlərinə mənsub 
mahnı folklor nümunələrinin toplanılması, toplanılmış mahnı nümunələrinin nəzəri təhlili, müxtəlif kəndlərə 
mənsub mahnı nümunələrinin ayrı ayrılıqda və müqayisəli təhlili əsasında Qax rayonu kəndlərinin mahnı 
nümunələrinin fərdi xüsusiyyətlərinin araşdırılması kimi vəzifələrin həlli nəzərdə tutulmuşdur.
Qax rayonunda zəngin folklor nümunələri var. Bu bölgədə şifahi xalq ədəbiyyatının hər üç janrına rast 
gəlinir. Bayatı, ağı, aşıq şeiri nümunələri xalqın adət-ənənəsi, məişəti, yaşayış tərzi barədə məlumat verir. 
Güllük kəndi ərazisində yaşayan müxtəlif xalqlar – azərbaycan türkləri, gürcülər, avarlar, ləzgilər, ingiloylar, 
acarlar, rutullar və b.xalqların mahnı folkloru bölgənin zəngin musiqi folklorunun formalaşmasına səbəb 
olan əsas amillərdəndir. Müxtəlif mərasimlər, bayramlar bu bölgədə çox böyük həvəs və səy ilə keçirilir. Bu 
bölgədə insanların məşğuliyyəti, məişəti kimi təbiətin iqlimi də müxtəlifdir. Qax rayonunda yerləşən 
müxtəlif kəndlərdə - Güllük, İlisu, Sarıbaş kəndlərində havanın temperaturu və təbii şərait tam olduğu 
səbəbindən bu əhalinin məişəti bir-birindən fərqlənir və bu fərq özünü folklor yaradıcılığında da göstərir. 
Qışın sərt keçdiyi kəndlərdə insanların həyat şəraiti də çətin olur. Bu, onların yaradıcılığına da təbii olaraq 
təsir edir. Bu kəndlərin toy mərasimləri və xalq bayramları bir-birindən fərqlənir.
Tədqiqat işini təşkil edən iki fəsildən birincisi tarixi-icmali səciyyə daşıyır. Burada Qax rayonunun 
müxtəlif kəndlərində yaşayan xalqların musiqi-poetik folklor irsinə, müxtəlif məişət mərasimləri və fərqli 
folklor janrlarına ümumi tarixi-icmali nəzər salınır.
II fəsil isə seçilmiş konkret mahnı nümunələrinin təhlilinə həsr olunmuşdur. Bu hissəni təşkil edən iki 
yarımfəsil Qax rayonunda yaşayan azərbaycan türklərinin xalq mahnıları və müxtəlif kəndlərdə yaşayan 
qafqaz mənşəli xalqların xalq mahnı nümunələrinin təhlilini təqdim edir.
Araşdırılan mahnı nümunələrinə “Şeyx Şamil” qəhrəmani-tarixi mahnısı, gürçü və acar xalq 
mahnıları (Suliko, Tskals napoti çamoqonda), tədqiqatın müəllifinin özü tərəfindən nota salınmış “Bayatı” 
mahnısı və s.daxildir.

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   539   540   541   542   543   544   545   546   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə