Ministry of science and education azerbaijan state pedagogical university



Yüklə 253,62 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix14.04.2023
ölçüsü253,62 Kb.
#105540
1   2   3   4   5
ADPU-Sərbəst iş

Translate-Tərcümə 
Həyatı 
Qoşqar Ömərov 9 fevral 1994-cü ildə Kürdəmir rayonunun Şilyan (Qarasu) 
kəndində müəllim ailəsində anadan olmuşdur.2011-ci ildə Qarasu kənd orta 
məktəbini yüksək qiymətlərlə bitirərək 466 balla Azərbaycan Dövlət Pedaqoji 
Universitetinin riyaziyyat-informatika fakültəsinə daxil olmuşdur.2015-ci ildə 
Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya texnologiyaları 
ixtisası üzrə magistraturaya daxil olsa da,hərbi xidmətə yola düşmüşdür. 2016-
2018-ci illərdə magistr təhsili almışdır. 2018-ci ildə MİQ imtahanında 57 bal 
toplayaraq Masazır kənd 5 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi 
kimi pedaqoji fəaliyyətə başlamışdır. 
Hərbi xidməti 
21 sentyabr 2020-ci ildə vətənin çağırışına qoşularaq Ordu sıralarına daxil 
olmuşdur. 27 sentyabrda Füzuli cəbhəsindən müharibəyə qatılmış, döyüşlərdə 
xüsusi fəallığı və igidliyi ilə seçilərək kəşfiyyat bölüyünə daxil edilmişdir. Bir 
sıra yüksəkliklər uğrunda döyüşlərdə iştirak etmişdir. Noyabrın 4-də Şuşanın 
Daşaltı kəndinin ətrafında gedən döyüşlərdə həlak olmuşdur.Azərbaycanın ərazi 
bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi 
hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə 
yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il 
tarixli Sərəncamına əsasən Qoşqar Ömərov ölümündən sonra "Vətən uğrunda" 
medalı ilə təltif edildi..Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi 
uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti 
nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il 
tarixli Sərəncamına əsasən Qoşqar Ömərov ölümündən sonra "Füzulinin azad 
olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan 
azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və 
şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 
24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qoşqar Ömərov ölümündən sonra 
"Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. 



Yüklə 253,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə