468
Mirzə Ələkbər Sabir
QAFİL YAŞAMAQDANSA...
(Səh. 266)
İlk dəfə «Günəş» qəzetində (10 yanvar 1911, №8), az sonra isə Həştərxanda çıxan
«Bürhani-tərəqqi» qəzetində (21 yanvar 1911, №31) «Ə.S.» imzası ilə çap
olunmuşdur.
MƏMDƏLİ DEYİR Kİ:
(Səh. 266)
İlk dəfə «Günəş» qəzetində (13 yanvar 1911, №1) «Ə.S.» imzası ilə çap olun-
muşdur.
NASİRÜLMÜLK BAKIDAN İRANA AZİM OLDUQDA
(Səh. 266)
İlk dəfə «Günəş» qəzetində (14 yanvar 1911, №12) «Ə.S.» imzası ilə çap olun-
muşdur.
MÜXBİRÜSSƏLTƏNƏYƏ
(Səh. 267)
İlk dəfə «Günəş» qəzetində (14 yanvar 1911, №12) «Ə.S.» imzası ilə çap olun-
muşdur.
DƏHR BİR MÜDDƏT OLDU...
(Səh.267)
İlk dəfə «Günəş» qəzetində (16 yanvar 1911, №l3) «Ə.S.» imzası ilə çap olun-
muşdur.
ƏCDADINA ÇƏKDİ, PƏDƏRİN...
(Səh. 267)
İlk dəfə «Günəş» qəzetində (17 yanvar 1911, №14) «Ə.S.» imzası ilə çap olun-
muşdur.
MÜHAVİRƏ
(Səh. 267)
İlk dəfə «Günəş» qəzetində (18 yanvar 1911, №5) «Ə.S.» imzası ilə çap olun-
muşdur.
MÜXABİRƏ
(Səh. 267)
İran şahı Məhəmmədəli ilə Türkiyə sultanı II Əbdülhəmidin söhbəti şəklində
yazılan bu satira ilk dəfə «Molla Nəsrəddin» jurnalında (18 yanvar 1911, №3) imzasız
çap olunmuşdur.
469
Hophopnamə
ABBAS AĞA DEYİR Kİ:
(Səh. 268)
İlk dəfə «Günəş» qəzetində (19 yanvar 1911, №l6) «Ə.S.» imzası ilə çap olun-
muşdur.
ANALAR BƏZƏYİ (Səh. 268)
İlk dəfə «Günəş» qəzetində (20 yanvar 1911, №l7) «Ə.S.» imzası ilə çap olun-
muşdur.
DREPER DEYİR Kİ:
(Səh. 269)
İlk dəfə «Yeni həqiqət» qəzetində (23 yanvar 1911, №2) «Ə.S.» imzası ilə çap
olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.
Dreper, Con Uilyam (1811-1882) - Amerikan kimyaçısı və fızioloqudur. Əhməd
Midhət (1845-1913) - Məşhur türk yazıçısıdır.
ANALAR BƏZƏYİ (Səh. 269)
İlk dəfə «Yeni həqiqət» qəzetində (25 yanvar 1911, №4) «Ə.S.» imzası ilə çap
olunmuşdur.
AVROPADA MƏMDƏLİNİN EŞQBAZLIĞ1 (Səh. 269)
İlk dəfə «Molla Nəsrəddin» jurnalında (25 yanvar 1911, №4) imzasız çap olun-
muşdur.
Məhəmmədəli şah taxtdan salındıqdan sonra Odessada yaşayırdı. Bır aktrisaya
vurulmuş, ondan rədd cavabı almış, lakin dalınca Avropaya qədər getmişdi.
«Günəş»də (29 noyabr 1910) çap edilən «Bizim Məhəmmədəli eşqbazlıq edır-
miş» başlıqlı yazıda keçmiş İran şahı Məhəmmədəli Mirzənin başına gələn macə-
ralar haqda deyilirdi. «...Məhəmmədəli Mirzənin Odessadan Avropaya getməsi
siyasətçiləri narahat edib. Odur ki, Tehran hökuməti onun dalınca adam salıb, öy-
rənib ki, keçmiş şah 19 yaşlı bir irlandiyalı rəqqasəyə bənd olub. Rəqqasə onu rədd
edib, Avstriyaya - Vyanaya gedib.
_
Məhəmmədəli Mirzə qıza orda da evlənməyi təklif edib. Qız yenə rədd cavabı
verib. İndi şah onu şəhərbəşəhər izləyir».
470
Mirzə Ələkbər Sabir
NİTQƏ XİTAB (Seli. 271)
İlk dəfə «Yeni həqiqət» qəzetində (28 yanvar 1911, №7) «Ə.S.» imzası ilə çap
olunmuşdur.
YUXU
(Səh. 272)
İlk dəfə «Yeni həqiqət» qəzetində (28 yanvar 1911, №7) «Palanduz» səhifəsinin
4-cü nömrəsində «Nizədar» imzası ilə çap olunmuşdur.
«Tə’bir» adı altında hissə Heyvərənin dilindən Nizədara müraciət şəklində
yazılmışdır.
Heyvərə dostunun yuxusunu belə yozur:
Nizədara, edib yuxun təsir,
Guş ver, mən edim onu tə 'bir:
Gördüyündür Bakı qlasnıları
Ki, təmizlətdilər kuçə-bazarı;
Gecələr gəşt edib yığırlar «səs»,
Arifə bir işarə olmuş bəs!..
«Yuxu» satirasının digər əks-sədası «Palanduz»un elə həmin nömrəsində çıxan
«Qlasnılıq məsələsi» felyetonundan gəlir. «Palanduz» satira məclisinin bayraq-
darının - Nizədann yeri yaman görünürmüş ki, onun əsəri məclisə daxil olan kimi,
şairin qələmdaşlarına ilham və mövzu vermişdir. «Qlasnılıq məsələsi» felyetonunda da
duma seçkilərinin eybəcərliklərinin digər çalarları açılır.
Həmin felyetonun ideya-bədii dəyərini və oxucular üçün maraqlı olacağını nəzərə
alıb, burada bütövlükdə verməyi lazım bilirik:
«A kişi, hərdənbir mənim fikrimə belə gəlir ki, nə oldu qlasnılığa özümü sala
bilmədim. Nə qədər bu barədə fikir edirəm, xəyallaşıram, bu barədə heç bir tədbir qura
bilmirəm. O idi ki, bir gün bir nimdaş qlasnını yanladım. Dedim, aşna, iyirmi ildir ki,
sən bizim dum şoqəribdə qlasnılıq edirsən. Bircə mənə de görüm ki, necə edim ki, mən
də bu cənazəni dumaya birtəhər salım.
Bu sözü nimdaş qlasnı məndən eşidən kimi dedi:
-
Adə, üst-başından Quba meydanında köhnə paltar satana oxşayırsan.
Bu ağıznan da gör nə fikirlərə düşübsən. Bir də, balam, sən bu ağız ilə orada nə
danışacaqsan?
-
A kişi, məgər bizim qlasnılar danışmaq üçün oraya seçiliblər? Onlar millətin
heykəlləridir dumada oturublar. Allah eləməmişkən, bunların haqqında bir şey deyilsə,
o saat durub cavab verərlər. Yoxsa ki, nə lazımdır boş yerə laqqıldamaq. Bir də, ey
qlasnı, bəs nədən altı il bundan qabaq məktəblərdə süpürgəçilik edən bizim Nəstə
xanımın oğlu bu həvəsə düşüb? Sabah, biri gün ona şar yeşiyi qoyulacaqdır. Ona heç bir
söz deyən yoxdur. Helə bir gözün məni görür.