Nəzakət Əliyeva
200
saxlanılıbsa insan təbiətinə müqavimət göstərir, yalnız
ondan qalan kiçik azad parçalar xoş əməl kimi tanınır
və məşq edilir, qadağan olunmuş qorxu isə ən çox
aldadır və dünya kimi qocalmış təcrübədir.
Buna görə də Şərqdə qadın səxavəti, xoş əməli
hərəmxana dustaqxanasından kənara çıxa bilmir və
burada qadınların iztirabları heç bir sərhəd tanımır.
Gənc qız ata evində sanki istixanada böyüyən bir gül
kimi böyüyür və oranı yalnız ərə gedəndə tərk edir.
Sanki bir dustaqxananı o biri ilə dəyişməyə gedir. O,
yazmağı – oxumağı, nəğmə ifa etməyi və hər cür qadın
işlərini görməyi öyrənmişdir. Ancaq bununla heç də öz
həyatını gözəlləşdirə bilmir, çünki onun şüur və
təsəvvür qüvvəsi nə qədər çox oyanarsa, o qədər də
alçaldıcı və çarəsiz vəziyyətlərdən xəbərdar olar.
Quranı oxumaq ona heç bir təsəlli verməyəcək,
çünki peyğəmbərin vədləri, daimi cəza və mükafatları
yalnız kişilərə aid edilmişdir: onun ölkəsinin şairlərinin
əsərləri ancaq ağanı nəşələndirə bilər, ancaq can atmaq
lazım deyil ki, bu əsərlərdə təsvir edilən xoşbəxtlik
mövcud münasibətlərdə olsun, çünki fars lirikasının
yaranması ilə mövcud olanların məzxərəyə qoyulması
və aradan qaldırılması başlandı və buna görə nəğmə
mənbələri təzə və canlı yayılmağa başladı, çünki onlar
öz yüksəkliklərindən aşağıya doğru dindarların
dönmüş nizamnamələrinin və adətlərinin üzərindən
keçərək, onları sındırmış və öz zarafatlarının köpüyü
ilə islatmışlar. Hafizin nəsihət etdiyi sevgi xoşbəxtliyi
bu gün öz sevgilisini yalnız Mirzə Şəfidə tapır. Belə
ruhlar Şərqdə çox nadirdir. Burada bir qızın öz əlini
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
201
həqiqətən sevdiyi adama verməsi çox müstəsna
hallardan biridir. Qaydaya görə, valideynlər qızlarının
talelərinə qərar verirlər və adaxlının seçilməsində onun
yaxşı xüsusiyyətlərinə, bədəninin, ruhunun və ürəyinin
xasiyyətinin yaxşı olmasına üstünlük vermək əvəzinə,
onun nüfuzlu vəziyyəti, rütbəsi və ya var – dövləti əsas
götürülür. Belə fikirləşəndə 12 yaşından 15 yaşına
qədər tər çiçək kimi gözəl qızları 60 və ya 70 yaşlı
kişilərə ərə vermək, hansıların ki, üzünü görməyiblər
və onlardan qabaq ikisini və ya üçünü öz ehtiraslarına
qurban veriblər, dəhşətə gəlmək olur.
Kişilərin nəzarəti altında onlar bir məhbus kimi
buxovlanır və qorunur, hərəmxana həyatında bir tərzli
həyatını yalnız onda xoşbəxt sayır ki, əgər dalaşqan,
paxıl və acıdil günülərindən üstün olaraq, ərinin
sevimli yeganə arvadı olarsa, əks təqdirdə onun
buradakı həyatı cəhənnəmə çevrilir. Buradakı adi bir
halı misal üçün götürəndə belə fikirləşmək olur ki, bir
hərəmxana gözəli Cənubun alovunda 1 ay ərzində
çəkdiyi iztirabları möhtərəm Şimal xanımları bunu
bütün həyatı boyu çəkdiklərinə bərabər olur, belə
qənaətə gəlmək olur ki, Şərqin hərəmxanaları
intriqaların, fitnə-fəsad və əxlaqsızlığın hörümçək
torudur, ona görə ki, burada qadın cinsinin tərbiyə
olunması üçün onların ruhunun formalaşması və
ürəklərinin nəcibləşdirilməsi üçün heç nə edilmir,
çünki qızlar öz gəncliklərindən, pozğun və
vəhşiləşdirilən nümunələr görürlər və ona görə də
onlar həyat xoşbəxtliklərini parıldayan dəbdəbələrdə
Nəzakət Əliyeva
202
və xam hisslərinin laxlayıb çökməsində axtarmağa adət
edirlər.
Lakin bunların arasında çox gözəl, istedadlı
uyğun təbiətli bütün əlaqə və münasibətlərdə əsl
xanımlar yetişdirmək olardı, əgər onlar öz hüquqlarını
qorumaq üçün yol tapa bilsəydilər, bu isə mümkün
olmayan bir şey deyil. Mən yenə təkrar edirəm:
Qaydaya görə Şərqdə qadınların mövqeyi (buna
German məfhumunda qadın ləyaqəti deyilir) azad
deyildir və əxlaqsızdır, çünki çoxarvadlılıq uşaqlara
nəcib təsir və tərbiyə vermək haqqında heç
fikirləşməyib,
beləliklə,
hərəmxanalar
bütün
bədbəxtliklərin mənbəyidir və islam xalqları əsrlərdir
buna düçar olublar və bu onların məhv olmasına gətirib
çıxara bilər. Müstəsna olaraq, bəzi sağlam Qafqaz
icmalarını götürmək olar, çünki onlar Məhəmmədin
yalnız adını daşıyır və çoxarvadlılıqdan uzaqdırlar,
korlanmış nəsillərlə yaxınlıq etmirlər, necə ki, bundan
İranda, Türkiyədə hər il minlərlə insanlar qurban
gedirlər.
Şərqdə qadınların qul mövqeyinə baxmayaraq,
necə ki mən sizə həqiqəti yuxarıda tam çılpaqlığı ilə
təsvir etməyə çalışdım, bəzən elə gözəl və ağıllı
qadınlar onu sevən axmaq ərlərini tam ram edərək onu
idarə edirlər, bir çox qadınlar isə öz mövqelərinin
təhqir olunmasını hiss etmədən, fürsət tapan kimi
Avropa həyatı ilə tanış olur, həqiqi baxışla və açıqca
avropalı bacılarla görüşür, açıq üzlə küçələrlə gəzir və
başqalarının ərləri ilə danışır və dostluq edir.
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
203
Xoşuna gələn bir kişi ilə gizli görüşmək və onun
xoşuna gələnləri etməyə icazə vermək, bu bir fars və
ya türk qadınının vicdanını çox narahat etmir, lakin
açıqcasına küçədə bir kişi ilə etinasızcasına söhbət
etmək, ya danışmaq böyük cinayətdir.
Bu ondan irəli gəlir ki, qəbul olunmuş hisslər,
ədəb, ləyaqət və hökmlər həmişə bizim doğma
ətrafımızda təsir və vərdişlərdən yaranır. Bundan tam
əmin olmaq üçün nə İrana, nə də Türkiyəyə getmək
lazımdır. Elə buradaca zülmkarlıq modasının ildən –
ilə yeni formaya keçməsi və yeni düzgün olmayan
məfhumların yaranmasını görmək kifayət edir; misal
üçün ən çox eşidilənlər: “Bunu etmək olmaz, bunu
geyinmək olmaz, bu sənə yaraşmır və s.” Bütün bu
deyilən qeyri-düzgünlüklərdən başqa Şərqin bəzi
xoşagələn adətlərindən də danışmaq lazımdır. Məsələn,
qadınlar yalnız öz ərləri üçün bəzənməli və yalnız onun
qarşısında üzünü açmalıdır, baxmayaraq ki, o evdən
başqa hər yerdə üzü örtülü və görkəmli paltarda
gəzməlidir.
Bizdə isə bu məlum olduğu kimi tam tərsinədir:
qadınlar evdə özlərinə çox az fikir verirlər, yalnız
qonaq gələndə və ya qonaq gedəndə yuyunur, bəzənir,
bir sözlə öz gözəllik və cazibədarlığını, yaxşı
geyimlərini başqa kişilərin xoşuna gəlmək üçün edirlər
və kişilər də eyni zamanda arvadlarının bir gözəl varlıq
kimi başqa kişilərə görünməyinə fəxr və razılıqla
baxırlar.
Şərqlilər isə bunu haqq və adətə uyğun hesab
edirlər ki, arvadını ciddi qorumaq, onun gözəlliyinin
Dostları ilə paylaş: |