51
Şlixtləmədən əmələ gələn qpsurlar. Uqarlar
Şlixtləmədən əmələ gələn əsas qösurlar bunlardı:
Az yapışqanlanan ərişlər, başqa sözlə şlixtin zəif konsentrasiyası
səbəbindən, həddindən atrıq sıxılmasından, çəndə şlixtlə zəif yükləməsindən saplar
lazım olan miqdarda yapışqanlı məhlul ala bilmirlər;
həddindən artıq yapışqanlanan ərişlər – sapların yüksək konsentrasiyalı
şlixtlə şlixtlənməsi, çəndə sapların normadan artıq şlixtlə yüklənməsi, şlixtin aşağı
temperatura malik olması və şlixtin zəif sıxılması;
tam qurudulmamış ərişlər – quruducu orqanların aşaöı temperaturaya
malik olmasından, yaxud çlixtlənmənin sürətinin həddindən artıq olmasından
ərişlər yüksək nəmliyə malik olurlar:
ərişin həddindən artiq qurudulması – quruducu orqanların həddindən
artıq yüksək temperaturaya malik olmasından, habelə zəif şlixtləmə sürətindən baş
verir.
Göstərilən nöqsanlar toxunma zamanı əriş saplarında qırılmalar sayını
kəskin artırır, bəzən də ümumiyətlə prosesin pozulmasına səbəb olur.
Şlixtləmə zamanı göstərilən əsas qösurlarla yanaşı şlixtləmə zamanı sapların
qırılmasından onlarda itki hallarının baş verməsi, navoya saplarının əriş sarımada
düzgün sarınmaması, sapların həddindən artıq dartılması və s. yaranır. Belə
qösurlar toxucuların işini xeyli dərəcədə çətinləşdirir, onların əmək məhsuldarlığını
aşağı salır və parçanın keyfiyyətinipisləsdirir.
Uqarlar şlixtləmə zamanı əriş valiklərində daxil olan yumşaq (şlixtlənməsi)
və yapışqanlı (şlixtlənmiş) sapların ucrasından əmələ gəlir. Şriş valiklərində daxil
olan sapların şlixtlənməsi zamanı ayrılan uqarın miqdarı öpliyin kütləsinin 0,1-
0,2%-ni təşkil edir.
Əriş valiklərində daxil olan sapların şlixtlənməsi zamanı ayrılan uqarın
miqdarı formula ilə təyin edilir.
,
100
1
2
1
e
şl
l
n
n
l
l
U
52
burada l
1
- yapışqanlı ucların uzunluğu, m-lə (adətən 13-16 m);
l
2
- kəsilmədən sonra əriş valiklərində qalan sapın orta uzunluğu, m-lə
(adətən 15-30m);
l
e
- ərişsarıma uzunluğu, m-lə.
6.SAPKEÇİRMƏ VƏ UCDÜYÜNLƏMƏ
Sapkeçirmənin mahiyyəti əriş saplarının müəyyən qanunauyğunluqla əriş
nəzarətçisinin lamellərindən, remiz gözlüklərindən və daraq dişlərindən
keçirilməsindən ibarətdir.
Sapkeçirmə yarımmexaniki və mexaniki üsullarla həyata keçirilir. Bu
əməliyyatlardan sonra toxucu navoyu uyğun toxunma şəklinə müvafiq saplarla
toxucu dəzgahına verilir.
Sapkeçirmədə məqsəd müəyyən olunmuş toxunma şəklinə uyğun parça
almaq və əriş üzrə 1 dm parçada nəzərdə tutulmuş sayda saplar sayını
yerləşdirməkdir.
Ucdüyünləmə ilə işlənib qurtarmış əriş saplarının ucları yeni hazırlanmış əriş
saplarının uclarına birləşdirilir.
Əriş sapları üçün sapkeçirmə və ucdüyünlıəmə iri həcmli proseslərdir.
Fəaliyyətdə olan mövcud müəssisələrdə əsasən əriş saplarının uclarının
düyünlənməsi ayrıca əməliyyat kimi tətbiq edilir. Ucdüyünləmə əl ilə sapkeçirməni
apadan götürülür. İstehsal olunan parçanın çeşidi dəyişdirilən zaman, yeni sapların
rəmizlərdən və daraqdan keçirilməsi ardıcıllığı dəyişdirilərkən, habelə remizlərin
və darağın sınması, yaxud yeyilməsi baş verdikdə əl ilə əriş saplarının keçirilməsi
tələb olunur.
Toxucu dəzgahlarında çıxarılıb dəyişdirilən hissələrlamellər, remizlər və
daraq aşağıdakı quruluşa malik olurlar:
Lamel - əriş müşahidəşisi rolunu oynamaqla əriş saplarının qırılması zamanı
dəzgahın saxlanması vəzifəsini icra edir. Lamel üzərində iki deşik 1 və 2 açılmış
polad təbəqədən ibarətdir. (şəkil 11, a) deşiyin birindən əriş sapı, ikincisindən isə
53
əriş müşahidəçisinin reykaalrı keçirilir. Lamellərin ölçüləri və onların kütləsi əriş
saplarının xətti sıxlığından asılı olur.
Şək.11.Sapötürücü qarniturlar a) lamel; b) remizlər; v,
q) remiz gözlükləri; d, e) daraq
Remizlər – toxucu dəzgahında əsnəyin əmələ gəlməsi əməliyyatına xidmət
edirlər. Hər bir remiz ensiz metal lövhələrdən 3 ibarət olur (şəkil 11, b). Köhnə
konstruksiyalı dəzgahlarda isə bu ağacdan olur. Metal lövhələri bəzən saplar da
əvəz edilir. Bunlar gözlüyə malik olurlar ki, bu gözlüklərə əriş sapları geydirilir.
Onların forma və ölçüləri əriş saplarının xətti sıxlıöından və istehsal olunan
parçanın növündən asılı olur. Toxucu dəzgahlarının rəmiz cihazlarındakı
rəmizlərin ümumi sayı parçanın əriş üzrə toxunma rapportundan, sapkeçirmənin
növündən və 1 dm əriş üzrə sapların sayından asılı olur.