MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə50/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   46   47   48   49   50   51   52   53   ...   86

Az
ərbaycan dili məsələləri 
 
175 
sözl
ər  tamaşaçıda  nə  kimi  bir  hal  oyatmışdır:  qəzəbmi, 
istehzamı, kinayəmi, acıqmı və ya qorxumu?”
17
.  
Az
ərbaycan nəsrinin görkəmli nümayəndələrindən 
biri Ə.Əbülhəsən də “Dostluq qalası” romanının dili  üzə-
rind
ə  işləyərkən əsərin hər  növbəti çapında onun  mətninə  
yenid
ən  qayıdaraq  fikrin  aydınlığına  çalışmış,    işlənmiş 
sözün fikr
ə adekvat uyğun olub-olmadığına diqqət  etmiş, 
dild
ə  sadəlik, xəlqilik,  yığcamlıq  və  s. bu kimi məziy-
y
ətləri vermək üçün bu istiqamətlərdə çoxcəhətli  geniş və 
d
ərin yaradıcılıq işi aparmışdır. 
İlk  çapında  “Müharibə”
18
 
adlanan  “Dostluq  qalası” 
romanı üzərində istər süjet kompozisiya, istər sənətkarlıq, 
dil v
ə  üslub istiqamətlərində  Ə.Əbülhəsən uzun müddət 
yaradıcılıq  işi  aparmışdır.  Müharibənin  ilk  anlarından 
q
ələmini süngü ilə əvəz edən yazıçı Sevastopolun müdafi-
əsində  bir  zabit,  rota  komandiri  kimi  iştirak  etmiş,  gələ-
c
əkdə  yazacağı  əsər  üçün  xeyli  material  toplamışdır  ki, 
“bütün bunlar birinci hiss
əsi qələbədən iki il sonra  
oxuculara t
əqdim edilən  “Dostluq qalası”nın guşə daşları 
oldu”
19

G
ərgin və  səmərəli  əməyin bəhrəsi olan “Dostluq 
qalası”  romanı  üzərində  müəllif 30 ildən  artıq  işləmişdir. 
Əsərin ayrı-ayrı hissələri  üzərində müəllif fasiləsiz  inadlı 
yar
adıcılıq işi aparmış, nəticədə “xalqımızın Böyük Vətən 
                                                 
17
 
C.Cabbarlı. İlk məsləhət. “Ədəbiyyat qəzeti”, 1947-ci il, N 7 
18
  Birinci hiss
əsi 1947-ci ildə,  “İnqilab  və  mədəniyyət”  jurnalında  (N  5, 
s
əh.19-50; N 6, səh.11-67; N 7, səh.3-76)  bu  adla  çap  olunmuş  əsərin ilk 
kitabının  rusca  tərcüməsi Moskvada keçirilən Azərbaycan  ədəbiyyatı 
ongünlüyü münasib
ətilə  “Бастионы  дружбы»  başlığı  ilə  buraxılmış 
(t
ərcümə  edənlər: Mir Cabbar və  B.Runin.  «Советский  писатель», 1950) 
v
ə müəllif bundan sonra əsəri “Dostluq qalası” adlandırmışdır. 
19
 B
əkir Nəbiyev. Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı, Bakı, 
“Elm” n
əşriyyatı, 1977, səh.241. 


Misir S
əfərov 
 
 
176 
müharib
əsində  iştirakının  bütöv  bir  mərhələsi  geniş  bədii 
lövh
ələrdə,  maraqlı  ümumiləşdirmələr  əsasında  romanda 
öz inikasını tapmışdır”
20
.  
Əsər üzərində  hər yeni –  növbəti  yaradıcılıq  işi 
s
əciyyəvidir  ki, hər dəfə  romanın  dilinin  yeni  -  növbəti 
t
əkmili ilə  əlaqədar  olmuşdur.  Belə  ki,  əsərin  ilk  çapları, 
jurnal  variantları  ilə  sonuncu nəşrləri müqayisə  edildikdə 
aydın  olur  ki,  yazıçı  ayrı-ayrı  söz  və  ifadələri, cümlələri 
daha münasib qarşılığı ilə əvəz etmiş, fikir aydınlığı, məna 
tamlığı əmələ  gətirmək üçün mətnə əlavələr etmiş, uzun-
çuluqdan, t
əsvirçilikdən qaçmaq üçün yeri gəldikcə  ixti-
sarlardan da ç
əkinməmişdir.  Bu  iş  prosesini  sahələr üzrə 
aşağıdakı şəkildə təsnif etmək olar
21
.  
1.  Ayrı-ayrı  söz,  ifadə  və  cümlələr daha münasib 
qarşılığı ilə əvəz edilmişdir. 
2. Əsərin mətninə yeni söz, ifadə və cümlələr  əlavə 
olunmuşdur. 
3.  Romanın    mətnindən söz, ifadə  və  cümlələr 
çıxarılmışdır. 
Ədib  romanın  dili  üzərində  işləyərkən  əsərin ilk 
variantlarında  fikrin dəqiq və  dolğun  ifadəsinə  imkan 
verm
əyən sözləri daha tutarlı və daha sərrast sözlərlə əvəz 
etm
əyə xüsusilə səy göstərmişdir. Əsərin əlyazması ilə çap  
                                                 
20
 Yen
ə orada, səh.241. 
21
  V
əsait  üçün  “Dostluq  qalası”  romanının  birinci  kitabının  Azərnəşr 
t
ərəfindən  tam  halda  buraxılmış  hər üç nəşri  (1948,  1952,  1960),  əsərin 
ikinci  kitabının  təkmilləşdirilmiş  şəkildə  Azərnəşr  tərəfindən  buraxılmış 
ikinci n
əşri (1955), üçüncü kitabın Azərnəşr tərəfindən buraxılmış 1956-cı il 
n
əşri  və  romanın  dördüncü  kitabının  makinada  çap  olunmuş  əlyazmasının 
əldə  olan bir hissəsi, “Azərbaycan”  jurnalında  çap  olunmuş  parçaları, 
n
əhayət,  dördüncü  kitabın  Azərnəşr  tərəfindən  buraxılan  1970-ci il nəşri 
əsas mənbə kimi götürülmüşdür. 


Az
ərbaycan dili məsələləri 
 
177 
olunmuş  variantları  tutuşdurulduqda  külli  miqdarda 
sözl
ərin, cümlələrin və  hətta  şəkilçilərin daha müvafiq 
sinoniml
əri ilə əvəz olunduğunu görürük. Bunlar müəllifin 
dil
ə  nə  qədər məsuliyyətlə  yanaşdığını  göstərməklə 
b
ərabər, təbii ki, əsərin dilinin zənginləşdirilməsində, onun 
t
əsir qüvvəsinin  artırılmasında,  ideyasının  oxucuya  daha 
yaxşı  çatdırılmasında  mühüm təkmilləşdirmə  amili kimi 
q
əbul olunmalıdır. 
Əsərin mətnində  aparılmış  düzəlişlərin bir qismi  
fikrin istiqam
ətini təshih  etmiş,  ona  yeni  məna müəy-
y
ənliyi gətirmişdir.  Bəziləri  isə  surətlərin daxili aləminin 
açılmasına, xüsusilə müsbət surətlərin mənfi surətlərə olan 
münasib
ətlərinin  daha  qabarıq  verilməsinə  xidmət  etmiş-
dir: 

Bu  da  oğul  əlindən gələr. Siz mənim gördüyümü, 
Əhəd görməmisiniz, görərsiniz,  arxayın  olarsınız  ki, 
bel
əcə gedib bir gün onların qapısını kəsib oturacaqsınız, 
b
əli düz Germaniyada, gedib beləcə oturacaqsınız (I kitab, 
I n
əşr,  səh.273);  Bu  da  oğul  əlindən gələr. Siz mənim 
gördüyümü görm
əmisiniz, görərsiniz,  arxayın  olarsınız. 
Bel
əcə gedib bir gün onların qapısını kəsib oturacaqsınız. 
B
əli düz Germaniyada, gedib qalibiyyətlə oturacaqsınız (I 
kitab, III n
əşr, səh.221). 
Xalıqov, birinci dəfə olaraq, bu şəraitdə Kəyanla söz 
gül
əşdirməyə qalxışmadı, bayaqkı yumşaqlıqla dedi: 
-  Y
əqin  bu  gün  qatıdarsan;  bir-iki günlük orada  nə 
işin olacaq. 
K
əyan eyhamla cavab verdi: 

Əlbəttə, mənim orada ərizəbazlığım yox, bir şeyim 
yox (“Az
ərbaycan” jurnalı, 1964, N 6, səh.58); 

Xalıqov birinci dəfə olaraq  bu şəraitdə Kəyanla söz 
gül
əşdirməyə qalxışmadı, bayaqkı yumşaqlıqla dedi:  


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə