Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə63/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   59   60   61   62   63   64   65   66   ...   74

 
153
nəfərdir: atası, babası, oğlu, nəvələri, qardaşı (yalnız atadan və ya yalnız 
anadan olsa belə), bacı və qardaşının oğulları, əmisi, dayısı. Bu yeddi kişi
süd  əmmək və  ya  zina  səbəbi ilə  də  məhrəm olur. Dörd kişi də nikahla 
əlaqədar olaraq məhrəm olur: qayınata və onun atası, kürəkən, ögey oğul, 
ögey ata. Bir kişiyə övladlarının gəlinləri və bir qadına uşaqlarının kürə-
kənləri məhrəmdir. Məhrəm, nikahla alması haram olan deməkdir. Məsə-
lən, bacı məhrəmdir. Hamıya bacı və qardaşının uşaqları məhrəmdir. Qar-
daşların arvadları, əmi, dayı, xala, bibi uşaqları və həyat yoldaşları məh-
rəm deyil. Xalanın uşaqları və əri naməhrəmdir. Ərin və arvadın bacı-qar-
daşları naməhrəmdir. Yeznə və qayının məhrəm qohum olmadıqları, yad 
olduqları, “Neməti islam”da, həccin şərtlərində yazılmışdır. Qadının, bu 
ikisinə  də açıq görünməsi, üzündən başqa hər yeri örtülü olsa belə, bir 
otaqda yalnız qalması, birlikdə səfərə çıxması haramdır. Kürəkənə, qayı-
nanasının ana və atasının anaları da məhrəmdir. Bir qız məhrəm qohumu 
ilə evlənə bilməz. Onların yanında örtünməyə bilər, bir otaqda tək qala bi-
lər, birlikdə səfərə çıxa bilər. Məhrəm olmayan qohumu evə gəldikdə, əri-
nin və ya qohumu olan qadınların yanında üzündən başqa hər yeri örtülü 
olaraq, xoş  gəldiniz, deyər. Çay gətirə bilər. Lakin yanlarında otura bil-
məz. Müsəlmanlar, adətlərə, ənənələrə deyil, islamiyyətə, elmihal kitabla-
rına uymalıdırlar. Hər müsəlman, xanımına elmihal öyrətməli, özü bilmir-
sə, saleh xanım müəlliməyə göndərməlidir. İslamiyyətə uyan, haramlardan 
çəkinən xanım tapa bilməsə,  Əhli sünnət alimlərinin (rahimə-hümullahü 
təala) yazdığı doğru elmihal kitabını xanımı ilə birlikdə oxuyub, hər ikisi 
də dinini, imanını, haramları, fərzləri yaxşı öyrənməlidir. Məzhəbsiz din 
adamlarının yazdıqları yanlış təfsir və din kitablarını evə gətirməməli, on-
ları oxumamalıdır. Dini, əxlaqı pozan verlişlər təqdim edən radioları, tele-
vizorları da evə qoymamalıdır. Bunlar, pis dostdan daha betərdirlər, xanı-
mın və uşaqların dinini, əxlaqını pozar. Qadın və qızları ev işləri ilə məş-
ğul olmalı, tarlada, fabrikdə, bankda, ticarət yerlərində və idarələrdə işlə-
dilməməlidirlər. Qadının və qızlarının pul qazanması, atasının, ərinin sə-
nətinə, ticarətinə yardım etməsi lazım deyil. Bunları etmək və ev ehtiyac-
larını ödəmək kişinin vəzifəsidir. Qadın bu işlərə  məcbur edilərsə, dini, 
əxlaqı və səhhəti pozular. Hər ikisinin də dünyaları və axirətləri korlanar. 
Sonra dizlərini döysələr də faydası olmaz, günahdan, bəladan qurtula bil-
məzlər. İslamiyyətə uyan, dünyada da, axirətdə də rahatlığa qovuşar. Pis 
dostların, münafiqlərin gülər üzünə aldanmamaq, elmihal kitablarına uy-
maq lazımdır. Hər bir valideyn övladını haramlardan qorumalı, oğullarını 
müsəlman müəllimlərin olduğu məktəblərə göndərməlidir. Qadının mağa-
zalarda, dükanlarda, fabriklərdə, dövlət işlərində, kişilərin arasında işlə-
məsinə ehtiyac yoxdur. Əri yoxdursa və ya xəstədirsə, qadının hər ehtiya-
cını məhrəm qohumları təmin etməyə məcburdur. Bu qohumlar da kasıb-


 
154
dırsa, dövlət tərəfindən yüksək maaş ödənilməlidir. Allahü təala, islam qa-
dınının hər ehtiyacını ayağına göndərmiş, dolanmaq problemini kişilərə 
həvalə etmişdir. İşləyib qazanmağa heç ehtiyacı olmadığı halda, mirasdan, 
kişinin aldığının yarısını da qadına vermişdir. Qadının vəzifəsi evin için-
dəki işləri görməkdir. Bu işlərin birincisi, uşaqları tərbiyə etməkdir. Uşa-
ğın ilk mürşidi, yəni doğru yol göstərəni anasıdır. Anasından din və əxlaq 
elmlərini öyrənən uşaq, dinsiz müəllimlərə, pis dostlara və islam düşməni 
olan dönüklərin, ateistlərin yalanlarına aldanmaz. Anası və atası kimi xalis 
müsəlman olar. “Tam Elmihal Səadəti Əbədiyyə” kitabının 84-cü və son-
rakı nəşrlərində 579-cu səhifəsinə baxın! İslam düşmənliyi edən münafiq-
lərə “Dönük” deyilir.
 
Müsəlmanam deyənlərə, 
Beş vaxt namaz gərək olar. 
Sabah, qiyamət günündə
Hullə və tac burak olar.

 
 
 
CƏNAZƏNİN TƏCHİZ, TƏKFİN VE TƏDFİNİ

 HAQQINDA 
Cənazə namzı, dəfn etmək, yumaq, kəfənləmək, bunların hamısı fərzi ki-
fayədir. 
Meyit yuyulmaq üçün tənha bir yerə qoyulmuş mərmər və ya taxta ma-
sa üzərinə arxası üstə uzadılır. Köynəyi çıxarılır, dəstəmaz aldırılır. Başın-
dan göbəyinə qədər ilıq su ilə yuyulur. Sonra göbəyi ilə dizləri arası örtülüb 
yuyulur. Yuyan, sağ əlinə əlcək geyər. Bu əlini örtünün altına salıb, su tökə-
rək yuyar. Örtünün altına baxmaz. Sonra sol tərəfə çevirib, sağ tərəfini, sağ 
tərəfə çevirib, sol tərəfini əlcəkli əli ilə yuyar. Kəfənin üç hissəsindən biri ma-
sanın üzərinə, meyitin altına sərilir. Bu hissə meyit ilə birlikdə tabuta qoyulur. 
Kəfən üç növdür: Kəfəni fərz 
Buna kəfən-i zərurət də deyilir, kəfəni 
sünnət, kəfəni kifayə. 
Sünnət kəfənlər kişilər üçün üç, qadınlar üçün beşdir. 
Kəfəni kifayə, kişilər üçün iki, qadınlar üçün üçdür. 
“Bəhr”də deyilir ki, “Qadınların kəfən-i kifayəsi, izar (önlük), lifafe

 
və himar (baş örtüyüdür). Çünki qadınlar həyatda olarkən bu üç şeylə örtü-
nürlər.” İzar, o zamanlar çiyindən və ya təpədən ayağa qədər bədənə sarılan 
parça idi. Lifafənin köynək olduğu  İbni Abidində yazılmışdır. Göründüyü 
kimi, müsəlman qadınları əvvəllər geniş manto və baş örtüyü ilə küçəyə çı-
                                                 

 hullə-Cənnət geyimi; burak-Cənnətə məxsus olan minik vasitəsi. 

 təchiz-ölənin yuyulmasından qəbrə dəfn edilməsinə qədər edilməli olan şeylərdir. Təkfin və 
tədfin-kəfənləmə. 

 lifafə-başı və ayaqları örtəcək uzunluqda olub, başın üstündən və ayaqların altından ucları bü-
zülüb bezlə bağlanan hisə. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə