Mühazirə 6. Fövqəladə hallarda yaranmış şəraitin aşkar
olunması və qiymətləndirilməsı
İonlaşdırıcı şüaların aşkarı və ölçülməsi üsulları
Müasir kütləvi qırğın silahlarının tətbiqi və ya radioaktiv təhlükəli obyektlərdəki hər hansı bir texnogen qəza ionlaşdırıcı şüaların ətrafa yayılmasına səbəb olur. Həmçinin ölkəmizdə müasir texnologiyalardan istifadənin artması ilə əlaqədar olaraq, tibb və sənaye obyektlərində, habelə elmi-tədqiqat və təhsil ocaqlarında ionlaşdırıcı şüalanma mənbələrindən istifadə halları artır.
İonlaşdırıcı şüalanma mənbələrinin yaydığı şüalar (radiasiya) insan orqanizmi və ətraf mühit üçün təhlükəli ola bilər. Hiss üzvlərimizin təsbit edə bilmədiyi bu şüaları ancaq xüsusi cihazlar vasitəsilə aşkar etmək mümkündür. Təhlükəsizlik texnikası, radiasiya təhlükəsizliyə və avadanlıqların istismar qaydalarına ciddi şəkildə riayət edilməsi şüalanmanın insan orqanizmi üçün təhlükəsiz hədd səviyyəsində saxlanmasına yardım göstərir. Buna baxmayaraq, hər hansı bir qəza baş verdikdə və ya hər hansı bir səbəbdən (məsuliyyətsizlik və təhlükəsizlik texnikası qaydalarına riayət
Şəkil 2.36. İonlaşdırıcı şüalanma məkanları
edilməməsi, mənbələrin itirilməsi, dağıdılması, oğurlanması və s.) ionlaşdırıcı şüalanma təhlükəsi yaranarsa, bu təhlükədən qorunma tədbirlərini hər bir vətəndaş bilməli, radiasiya təhlükəsini bildirən işarələri tanımalı və üzərində bu işarələrin olduğu hər hansı bir nəzarətsiz əşya ilə qarşılaşarsa, o əşyaya toxunmamalı, əşyanı sökməməli, özü ilə götürməməli, dərhal o əşyadan uzaqlaşmalı, o əşya barədə "112" qaynar xəttinə zəng edərək məlumat verməli və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələnə qədər şübhəli əşyanı uzaqdan nəzarətdə saxlamalı, həmin ərazidə olan kənar şəxsləri də məlumatlandıraraq, onların ərazidən uzaqlaşmalarına çalışmalıdır.
Şəkil 2.37. Radiasiya təhlükəli nişanlar
Dostları ilə paylaş: |