Hidrosferin (su mühitinin) dəyişilməsi ilə əlaqədar FH:
- su mənbələrinin tükənməsi və ya çirklənməsi nəticəsində içməli suyun çatışmazlığı;
- məişət-təsərrüfat və texnoloji proseslərin təminatını təşkil edən su resurslarının tükənməsi;
- Dünya okeanı və daxili dəniz zonalarının çirklənməsi nəticəsində ekoloji tarazlıq və təsərrüfat fəalliyyətinin pozulması.
Şəkil 2.18. Ekoloji çirklənmə
Şəkil 2.19. Hidrosferin çirklənməsi
Biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar FH:
- yaşayış mühiti şəraitlərinin dəyişilməsinə həssas olan növlərin (bitkilərin, heyvanların) yoxa çıxması;
- böyük ərazilərdə yaşıllığın məhv olması;
- bərpa olunan resursların yenidən istehsalına qarşı biosferin alışma qabiliyyətinin kəskin dəyişməsi;
- hevanların kütləvi şəkildə məhv olması.
Bioloji xarakterli FH səbəbləri təbii fəlakətlər, irimiqyaslı qəzalar, infeksion xəstəliklər sahəsində aparılan tədqiqatlarla əlaqəli obyektlərdə qəza, eləcə də sərhədyanı ərazilərdə baş verən terror və hərbi əməliyyatların nəticəsində ölkəyə daxil olan xəstəliktörədicilərdir.
Bioloji yoluxma zonası – insan, heyvan və bitkilər üçün təhlükə yaradan bioloji vasitələrin geniş yayıldığı əraziyə deyilir.
Bioloji zədələnmə ocağı – insanların, heyvanların və bitkilərin kütləvi zəhərlənməsi baş verdiyi əraziyə deyilir.
Ekoloji qəzalara qarşı müdafiə tədbirləri. Ekoloji qəzalara qarşı müdafiə tədbirlərini planlaşdırarkən, maksimal dərəcədə ikincili qəzanın nəticələrini azaltmaq və lazımi hazırlıqdan sonra onları tam şəkildə istisna etmək lazımdır. Təbii və ekoloji fövqəladə hallardan tam müdafiə amillərindən biri onların səbəbləri və mexanizmlərinin öyrənilməsidir. Təhlükəli hadisələrin zamanında dəqiq proqnozlaşdırılması ən effektiv müdafiə şərtlərindəndir. Təbii fəlakətlərdən müdafiə aktiv (mühəndis-texniki qurğuların tikilməsi; səfərbərlik-fəaliyyətinə keçmək, müəyyən məqsədə çatmaq üçün qüvvə və vasitələrin toplanması; təbii resurslar- təbii obyektlərin yenidən qurulması) və passiv( sığınacaqların istifadəsi) olur.
Dostları ilə paylaş: |