|
Mm-dən mühazirələrin kanspekti
|
səhifə | 67/79 | tarix | 23.12.2023 | ölçüsü | 1,17 Mb. | | #157440 | növü | Mühazirə |
| Mm-d n m hazir l rin kanspektiRegional təxliyə - zədə faktorları böyük ərazilərə təsir etdikdə, əhali sıxlığı yüksək və tərkibində iri şəhərlər olan bir və ya bir neçə regionu əhatə etdikdə həyata keçirilir. Regional təxliyə keçirildikdə fövqəladə hal zonasından çıxarılan əhali yaşayış yerlərindən xeyli uzaq məsafələrə çıxarıla bilər.
Hərbi konfliktin miqyasından, inkişafından, şəraitin konkret xüsusiyyətlərindən və əhalinin təxliyə tədbirlərinə cəlb edilməsindən asılı olaraq əhalinin təxliyəsinin aşağıdakı növləri vardır: ümumi təxliyə və qismən təxliyə.
Yaranmış vəziyyətdən asılı olaraq əhali bütünlüklə - ümumi və qismən köçürülə bilər. Göstərilən təxliyə variantlarının seçilməsi təhlükənin miqyas və xarakterindən, onun başvermə proqnozunun gerçəkliyindən, fövqəladə hal mənbəyi zərbə faktorlarının təsir zonasında yerləşən istehsal obyektlərinin təsərrüfat məqsədləri üçün istifadə perspektivlərindən asılı olaraq müəyyənləşdirilir.
Ümumi təxliyə - fövqəladə zonadan əhalinin bütün kateqoriyalarının çıxarılmasını tələb edir. Bütünlüklə (ümumi) köçürmə halları zamanı səfərbərlik vəsiqəsi olan şəxslərdən, köçürülməsi qeyri-mümkün olan xəstələrdən və onlara xidmət edən tibbi heyətdən başqa, qalan bütün əhali köçürülür.
Qismən təxliyə - fövqəladə zonadan iş qabiliyyəti olmayan, məktəbəqədər və məktəb yaşlı uşaqların çıxarılması məcburiyyəti yarandıqda həyata keçirilir. Qismən köçürmə zamanı əmək qabiliyyəti olmayan, habelə istehsalat və xidmət sahələrində çalışmayan əhali köçürülür. Qismən köçürmə hallarında ilk növbədə:
- internat məktəbləri şagirdləri, bu məktəblərin professor, müəllim heyəti və onların ailə üzvləri ilə birlikdə;
- həmçinin qocalar evində yaşayan təqaüdçülər və onlara xidmət edən heyət;
- uşaq evlərinin, uşaq bağçalarının və digər uşaq müəssisələrinin uşaqlarını təhlükəli rayonlardan çıxarılır.
Belə əhalinin daşınması vasitələrinin sülh dövründəki hərəkət cədvəllərini pozmadan, bütün nəqliyyat vasitələrindən istifadə etməklə yerinə yetirilir.
Təxliyənin keçirilməsi qərarının qəbul edilməsi ərazilərində fövqəladə hal baş verdikdə və ya proqnozlaşdırıldıqda bu və ya digər rayon, vilayət mülki müdafiə qərargahı rəis və bələdiyyə başçıları səlahiyyətindədir.
Baş vermiş fövqəladə halın miqyasından və təxliyə tədbirlərinin təcili olmasından asılı olaraq yerli və regional xarakterli təcili və ya qabaqlayıcı təxliyə müvafiq mülki müdafiə rəislərinin göstərişləri (sərəncamları) əsasında həyata keçirilir. Müharibə zamanı təhlükəsiz zonada öz istehsalat profilinə uyğun fəaliyyətini davam etdirə biləcək iqtisadiyyat obyektlərinin fəhlə və qulluqçuları (işləməyən ailə üzvləri ilə birlikdə) ilk növbədə köçürülür.
Hərbi dövrdə şəhərlərdən, rayonlardan və xalq təsərrüfatı obyektlərindən köçürülən əhalinin yerləşdiriləcəyi təhlükəsiz rayonlar və ya yaşayış məntəqələri əvvəlcədən təyin edilir. Bu zaman köçürülən ərazidə işini davam etdirəcək obyektlərin fəhlə və qulluqçuların, həmçinin zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması üçün qüvvə və vasitə qruplarını, mümkün qədər yaxın yaşayış məntəqələrində yerləşdirmək nəzərdə tutulmalıdır. Köçürülən əhali yerləşdiriləcək rayonlar və oraya gedən marşrutlar Azərbaycan Respublikası MM qərargahının orqanları tərəfindən bu şəhərin (rayonların) icra hakimiyyəti başçıları ilə birlikdə dəqiqləşdirilir və hərbi komandanlıq orqanları ilə əvvəlcədən razılaşdırılır. Köçürüləcək xalq təsərrüfatı obyektlərinin və digər təşkilatların bu yaşayış məntəqələrində yerləşdirilməsi məsələsi rəsmiləşdiriləndən sonra, əhalini qəbul edəcək şəhər və rayonların icra hakimiyyəti orqanları həmin obyekt və təşkilatlara lazımi qaydada tərtib edilmiş məskunlaşma orderləri verir və əhalinin həyat təminatı məsələlərini həll edirlər. Kimyəvi təhlükəli obyektlərdə qəza baş verərkən, eləcə də ərazidə radioaktiv zəhərlənmə (çirklənmə) olarkən köçürmə işləri, adətən, iki mərhələdə yerinə yetirilir: əhali əvvəlcə zədələyici amillərin təsir zonasının hüdudlarına çıxarılır, sonra isə təhlükəsiz rayonlardakı yerləşdirmə məntəqələrinə aparılır. Bu dövrdə, həmçinin radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizə tədbirləri də görülür. Qəza baş vermiş rayon ərazi polis idarələrinin əməkdaşları tərəfindən ciddi nəzarətə alınır, əhalinin qəza zonasından köçürülməsi isə yol polisi müəyyən marşrut üzrə nizama salır.
Köçürülən əhalinin qeydiyyatı üçün əsas sənədlər – şəxsiyyəti təsdiq edən pasport (vəsiqə) və yaşayış yerində tərtib olunmuş köçürülənlərin siyahısından ibarətdir. Şəhərlərdən, rayonlardan və ayrı-ayrı yaşayış məntəqələrindən əhalinin köçürülməsi barədə qərarları aşağıda göstərilən vəzifəli şəxslər qəbul edirlər:
- müharibə dövründə - Müdafiə Nazirinin, yaxud müvafiq ərazi icra hakimiyyəti başçısının təklifi üzrə - Azərbaycan Respublikasının Prezidenti və ya Baş Naziri;
- sülh dövründə - ərazisində fövqəladə hallar yaranmış şəhərin (rayonun) icra hakimiyyəti başçısı. Bu barədə dərhal Azərbaycan Respublikasının Prezidentinə və Baş Nazirinə məlumat verir.
Silahlı münaqişələr vaxtı hərbi əməliyyatlar aparılan sərhədyanı rayonlardan və cəbhəətrafı zolaqlardan əhalinin köçürülməsi hərbi komandanlığın və icra hakimiyyəti başçısının birgə qərarı ilə həyata keçirilir. Bu barədə onlar – tabeliyi üzrə yuxarı idarəetmə orqanlarına dərhal məlumat verirlər.
Şəkil 3.10. Texnogen qəza zamanı köçürmə tədbirləri
Dostları ilə paylaş: |
|
|