Mm-dən mühazirələrin kanspekti



Yüklə 6,07 Mb.
səhifə17/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   122
Mülki müdafiə

Ekoloji xarakterli FH
Ekoloji xarakterli FH torpağın - litosferin, suyun - hidro­sfe­rin və havanın – atmosferin çirklənməsi ilə baş verir.

Lito­sfe­rin (torpağın, landşaftın) çirklənməsi ilə əlaqədar yaranmış FH:

- faydalı qazıntıların çıxarılması və yeraltı sərvətlərin iş­lə­nil­məsi nəticəsində baş verən qəzalı vəziyyətlər, sürüşmələr, ye­r­üs­tü dağıntılar;

- torpaqda (qruntda) yüksək həddli konsentrasiyalarda ağır me­talların (eləcə də radionuklidlər) və başqa zəhərli maddələrin olması;

- torpağın intensiv deqradasiya, eroziya, duzlaşma və bataq­la­şması nəticəsində böyük ərazilərdə əmələ gələn səhralaşma;

- bərpa olunmayan təbii qazıntıların tükənməsi ilə bağlı böh­ran vəziyyətlər;

- sənaye və məişət tullantıları ilə dolmuş anbarlar (zibil­lik­lər) və ətraf mühitin bu tullantılarla çirklənməsi nəticəsində yaran­mış böhran vəziyyətlər.

Torpağın intensiv deqradasiyası – torpaq xassələrinin təbii sə­bəblər və insanların təsərrüfat fəaliyyətinin (düzgün olmayan aq­rotexnika, çirklənmə, tükətmə) təsiri nəticəsində yavaş-yavaş pis­ləşməsi deməkdir. Deqradasiya - qübrələrin və pestisidlərin səhv qaydada tətbiq edilməsi nəticəsində baş verir. Məsələn, tər­ki­bində ağır metal duzları olan pestisidlərin dozalarının artırılması torpağın səmərəliyini və həmçinin onların yanlış qaydada is­ti­fa­dəsi torpaqda mikroorqanizmlər və qurdların məhv olmasına gə­ti­rib çıxarır. Meliorativ işlərin yanlış şəkildə aparılması qumus la­yı­nı azaldır, məhsuldar torpaqlar səmərəsiz qruntlarla əvəzlənir. Torpağın eroziyası – təbii və antropogen proseslərin tor­pa­ğa dağıdıcı təsiridir. Növləri: su eroziyası, külək, buz, sürüşmə, çay, bioloji eroziyalar.


Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə